MƏYUS – MƏSUD Bir gün olacaqsan, inan ki, məyus (S.Rüstəm); Məsud və xoş baxışları ilə oğlunun hərəkətlərini izləyirdi (Mir Cəlal)
MƏYUSLAŞMAQ – ŞADLANMAQ Bayatının sözləri onu daha da məyuslaşdırdı (İ.Şıxlı); Sevinən ürəklər şadlandı, gülən gözlər şənləndi (S
MƏYUSLUQ – ŞADLIQ Bu qadının çöhrəsində bir məyusluq göründü (S.S.Axundov); Getdikcə sərbəstlik, şadlıq, hay-küy artırdı (M
MƏZƏLİ – QARAQABAQ Siz nə məzəli oğlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman qaraqabaq oğlandır (İ
MƏZƏLİLİK – QARAQABAQLIQ – Özünü məzəliliyə qoydun, bəsdir! (M.İbrahimov); Onun qaraqabaqlığı bizi narahat edir (Ə
MƏZƏMMƏT – TƏRİF Ceyran qara, parlaq gözlərindəki ağır məzəmmətli ox kimi ovçunun qəlbinə sancdı (C.Məmmədov); Alim və bilikli adamların tərifini qaza
MƏZƏMMƏTLƏMƏK – TƏRİFLƏMƏK ...Xanpərini danlayır, məzəmmətləyir, axırda da ona məsləhət görürdülər ki, adamlardan aralanmasın, öyrətsin (Ə
MƏZƏMMƏTLİ – TƏRİFLİ Adam onun məzəmmətli sözlərini eşitməmək üçün baş götürüb getmək istəyir (Ə.Vəliyev); Sənin tərifli briqadirin Bayramı Əziz mənim
MƏZHƏKƏLİ – FACİƏLİ O, məzhəkəli əsərlərin müəllifi kimi tanınır (F.Qasımzadə); Bura faciəli teatr tamaşasını xatırladır (S
MƏZLUM – ZALIM Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrənmişdi (M
MƏZLUMLUQ – ZALIMLIQ Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı (İ.Şıxlı); Zalımlığı ilə şöhrət tapmışdı (S
MƏZMUN – FORMA Şeirlərində məzmuna müvafiq forma tapırdı: təşbeh, istiarə və s. bədii məcazları həmişə məzmuna uyğun şəkildə seçirdi (F
MƏZMUNLU – CANSIXICI Öz dövrünün ictimai eyiblərini dolğun, məzmunlu satiraları ilə tənqid atəşinə tutmuşdu (F
MƏZMUNSUZ – MƏNALI Söhbətlər çox qırıq və məzmunsuz idi (M.S.Ordubadi); Komediyanın sonu mənalı bir finalla qurtarır (F
MISMIRIQ – XOŞSİFƏT Atam yenə nə olub mısmırığı yerlə sürünür? (S.Qədirzadə); Bu xoşsifət adam niyə Pavlosuz, parolsuz gəlib (S
MİNMƏK – ENMƏK Oho var, dağa mindirər, oho var, dağdan endirər (Ata. sözü)
MİSKİN – XOŞBƏXT O cür zavallı, miskin adamlara mənim həmişə yazığım gəlib (M.İbrahimov); Ah, sən nə xoşbəxt uşaqsan (S
MİSKİNLİK – XOŞBƏXTLİK Mənim nanəcibliyindən yoxsulluğa, miskinliyə giriftar olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M
MONOLOQ – DİALOQ Əsərin ekspozisiyasında verilən Heydər bəyin bu monoloqu çox maraqlıdır (F.Qasımzadə); Sabirin “İki həpənd” şeri dialoqun ən yaxşı nü
MÖCÜZƏ – ADİ Ay kişi, lap möcüzədir ki! (M.İbrahimov); Hər tərəfə işıq saçanda artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı (M
MÖCÜZƏLİ – ADİ Möcüzəli, yaz havalı, davamlı bir səs dalğası haradansa harasa axıb gedirdi (S.Sərxanlı); Yarış isə adi iş gününün qanadıdır (S
MÖHKƏM – ZƏİF Mənim başım da, möhkəm qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar lalənin ləçəyini tökərsə: suçlu zəif laləni, qüvvətli ruzigarımdır
MÖHKƏMLƏNMƏK – BOŞALMAQ Sülh ordusu getdikcə möhkəmlənir (İ.Şıxlı); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M
MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpə ağacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın
MÖHKƏMLİK – BOŞLUQ Zivər gənclikdən möhkəmlik, diqqət və gözəl mənəvi keyfiyyət görməyincə təslim olmur (S
MÖMİN – ATEİST Ateizm tərəfdarı olan şəxsə ateist deyilir. Çölləri seyr edirdi: olmuşdu mömin bəndə (A
MÖVCUDİYYƏT – YOXLUQ Mövcudiyyəti heç kəs inkar edə bilməz. Qaynım həmişəki kimi indi də Midhədin yoxluğunu mənə hiss etdirməyə çalışırdı (M
MÖVHUMAT – ATEİZM Bu olar! Bu olmaz! Bu ateizm, bu mövhumatdır (R.Rza)
MURDAR – TƏMİZ Murdar əskiyə od düşməz (Ata. sözü); Kərim dayı Rəfiqə xanım kimi səliqəli, təmiz və nəcib bir xanıma ikiqat bükülüb əzilmiş jurnal ver
MURDARLAMAQ – TƏMİZLƏMƏK Kafir oğlu bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım (Ə.Haqverdiyev); Yoxlamış və silib təmizləmişdi (S
MURDARLIQ – TƏMİZLİK Su murdarlıq götürməz (Ata. sözü); Təmizlik, sədaqət, əxlaq başqa şeydir, bunlara dəxli yoxdur (M
MÜASİR – KÖHNƏ Həmin kənddə müasir gənclərin tələblərini ödəyən hər cür şərait yaradılmışdır. Bilirəm, köhnədir eşqin dastanı; Ondan taleyini qurtaran
MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK Bir sıra məsələlərə münasibət müasirləşmişdi. İlin axırında yoldaş aqronom görər ki, köhnələr nə edir, yenilər nə cür köhnə
MÜASİRLİK – QƏDİMLİK B.Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir (Ç
MÜBARİZ – ƏFƏL O, Zaranı xatırladıqda, özünü daha qüvvətli, daha mübariz bir adam kimi hiss edərdi (S
MÜCƏRRƏD – KONKRET Mücərrəd mühakimələr və ümumi fərziyyələr onlar üçün əhəmiyyətsizdir (M.Talıbov); Deyəsən, konkret cavabdan uzaq düşdüm
MÜCƏRRƏDLİK – KONKRETLİK ...Ayrı-ayrı surət və xarakterləri səciyyələndirərkən mücərrədliyə və sxematizmə yol verməmiş, hər surəti öz fərdi xüsusiyyət
MÜDRİK – SƏFEH Təbiəti etibarilə xoşxasiyyət, bir qədər müdrik və baməzə adamdır (M.İbrahimov); Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıb
MÜDRİKLƏŞMƏK – SƏFEHLƏŞMƏK Bizim əsr müdrikləşib, yaşa dolub (C.Novruz); Səfehləşmə, ağlını başına yığ (“Ulduz”)
MÜDRİKLİK – SƏFEHLİK Mənim ürəyimi dağ boyda eləyən ağsaqqalın müdrikliyidir (F.Kərimzadə); O da öz səfehliyinin yox, sadəliyinin güdazına gedir (F
MÜFƏSSƏL – QISA Deyirəm, nə varsa, müfəssəl danış! (S.Vurğun); Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi (M
MÜFLİS – VARLI Qalanları, yəni milyonlarla adam əslində yoxsul və müflisdir (M.Talıbov); Varlı kisəsini döyür, kasıb dizini (Ata
MÜFLİSLƏŞMƏK – VARLANMAQ İndi Heydər bəy elə müflisləşmişdir ki, toy etməyə pulu yoxdur (F.Qasımzadə); Onun yeganə məqsədi pul yığmaq, varlanmaqdır (F
MÜFTƏ – PULLU Müftə sirkə baldan şirindir (Ata. sözü); Pulludur, havayı deyildir
MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: “Hamı millətlərin zəhmətkeşləri qardaşdırlar”
MÜFTƏXORLUQ – ZƏHMƏTSEVƏRLİK Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim (M.Ə.Sabir); Müəllimlər öz şagirdlərini zəhmətsevərlik ruhunda tərbiyə etməlid
MÜHARİBƏ – SÜLH Müharibə hamıya bədbəxtlik gətirir (S.Vəliyev); [Bağır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətin
MÜXƏNNƏT – SADİQ İgid ölər adı qalar, müxənnətin nəyi qalar (Ata. sözü); Dosta, ailəyə sadiq adamdır (“Ulduz”)
MÜXƏNNƏTLİK – SADİQLİK – O nadürüstün əlindən hər müxənnətlik gələr, yoldaş komissar! (M.Hüseyn); Onun ən yaxşı cəhətlərindən biri də dosta sadiqliyid
MÜXTƏSƏR – GENİŞ O, Səmədə müxtəsər bir cavab verdi (Ə.Vəliyev); Ev böyük; Geniş pəncərəli, qapılı (R