İZTİRABLI – XOŞBƏXT Yox, demə dirçəldik, yenə yeridik; Eşqin iztirablı, çətin yolunda (S.Rüstəm); Ah, sən xoşbəxt uşaqsan (S
KAFİ – PİS Güclə kafi qiymət alırdı (İ.Fərzəliyev); Dərslərindən pis qiymət alır (“Azərbaycan”)
KAFİR – MÜSƏLMAN De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafirlərə? (S.Vurğun); Yoxsa müsəlmanlar şəhərə giriblər? (Mir Cəlal)
KAFTAR – CAVAN Deyirlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı qoca kişinin tayıdır? (Ə.Haqverdiyev); Cavan adamsan, nə çoxdur ər, birinə qoşul
KAL – YETİŞMİŞ ...Kal meyvələrdən dərib ağzına atır... (M.İbrahimov); Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxırdı (Mir Cə
KALAFA – DÜZ Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri (S.Vurğun); Onlar dərin bir həyəcanla düzə sarı baxırdılar (M
KALAFALIQ – DÜZƏNLİK – O dağın dibində saraylar tikilmiş, indi kalafalıqları qalıb (M.Süleymanlı); O, düzənliyin adı qılıncdır, çıxdığımız yol sarı yo
KALLAŞMAQ – AÇILMAQ Getdikcə onun səsi kallaşırdı (F.Kərimzadə); Birdən səsi açıldı (“Ulduz”)
KAMALLI – SƏFEH Bu oğlan kamallı oğlandır (S.S.Axundov); Çox səfeh adamdır ki, dirilib (Mir Cəlal)
KAMALSIZ – AĞILLI Mən onlara, ağılsız, qabiliyyətsiz, kamalsız adam deyə bilmərəm (Ə.Haqverdiyev); Gülər ağıllı və bacarıqlı qızdır (M
KAMİL – NÖQSANLI Kamil insan kamalından bəlli olar (Ata. sözü); Hələ o özünü nöqsanlı bir şəxs kimi tanıtmışdır (“Azərbaycan”)
KAMİLLİK – SƏFEHLİK Dedilər kamilliyin, hürufiliyin yeri zindandır (F.Kərimzadə); Bu da sənin səfehliyindir (“Azərbaycan”)
KARLI – ZƏRƏRLİ Zaman şuluqluq, qışqabağı bir karlı iş yox, filan yox! (Mir Cəlal); Zərərli işdir, mən ona qol qoya bilmərəm (“Azərbaycan”)
KASAD – GƏLİRLİ Hacı nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik (Ə.Haqverdiyev); Alverimiz gəlirlidir
KASADLAŞMAQ – VARLILIQ Çit bazarı kasadlaşmışdı, ya pul tərəfindən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); İşim yaxşıdır, alverimiz pis deyil, varlanırı
KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın arasında böyük fərq var (Ə.Haqverdiyev)
KASIBLAŞMAQ – VARLANMAQ Var-yoxu əlindən çıxıb, kasıblaşıb (“Azərbaycan”); Baloğlan varlanmaq üçün daima müxtəlif yollar axtarıb tapmaq haqqında düşün
KASIBLIQ – VARLILIQ Üzündən, gözündən kasıblıq yağır (B.Vahabzadə); Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata
KEÇİNMƏK – YAŞAMAQ Arvadın ürəyi titrədi və gördü ki, gəlin “körpə”sini bağrına basaraq keçinmişdi..
KEÇMİŞ – İNDİ Çiçəklinin nə keçmişinə, nə indisinə yaraşır (Ə.Vəliyev). KEÇMİŞ – İSTİQBAL Mən öz keçmişinə heykəl yonmağı; Alnına yazdıran oğullardana
KEF – KƏDƏR Kef məclisini qoyaq sonraya (A.Şaiq); Gəlməsin üstümüzə dalğası dərdin, kədərin (S.Rüstəm)
KEFCİL – KƏDƏRLİ Kefcil adamdır, heç kefdən qalmır (“Azərbaycan”); Səttar xan olduqca düşüncəli və kədərli idi (M
KEFLƏNMƏK – AYILMAQ Səni içirdib kefləndirmək istəyirəm (S.Qədirzadə); Çaxır boçkası kimi doldurub qarnını, üç gün ayılmaz (S
KEFLİ – AYIQ Bəlkə... bəlkə keflisən? (C.Əmirov); Bu başlarla aşıq-aşıq oynayan; Çevik əldə, ayıq başda nə günah (M
KEFSİZ – SAZ Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər? (Ü.Hacıbəyov); Qurban götür kəs məni; Qənarədən as məni; Al könlümü, saz eylə; Sin
KEFSİZLƏŞMƏK – YAXŞILAŞMAQ ...Atanın da gözünə görün, bir az kefsizləyib (M.İbrahimov); İstirahətdən sonra xəstənin vəziyyəti xeyli yaxşılaşmışdı
KƏBİN – TALAQ Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm (Ə.Haqverdiyev); Fövrən bir molla çağırıb, vəkil elə ki, get Mədinədə mənim arva
KƏC – DÜZ Hələ bir yol üzümə kəc baxmayıb (S.Qədirzadə); Adam gərək dosttanışa düz baxa (“Ulduz”)
KƏCİNƏ – DÜZÜNƏ Ay arvad, mən ha düzəldirəm, sən məni tərsinə burur, kəcinə çəkirsən (Mir Cəlal); Sən düzünə danışsan, ona xeyir olar
KƏCLİK – ÜZÜYOLALIQ Kəclikdən nə çıxar, üzüyolalıq səni ucaldar (“Azərbaycan”)
KƏDƏR – SEVİNC Həm sevinc, həm kədər tutdu məclisi; İlk dəfə şair tək xəyala vardım (H.Hüseynzadə)
KƏDƏRLƏNMƏK – SEVİNMƏK Bilmədi ki, bu hala sevinsin, yoxsa kədərlənsin (İ.Şıxlı)
KƏDƏRLİ – SEVİNCLİ Bəli, o çox kədərli idi (C.Əmirov); Mənə ümman desələr; Azad süzən gəmim ol; Səadətli, sevincli, fərəhli aləmim ol (M
KƏHƏR – YABI Kəhər olmasın lap yabı olsun, mollaya bir at vacib idi (Mir Cəlal)
KƏLƏKBAZ – SADƏLÖVH Kələkbaz, daha nə düşünürsən (A.Şaiq); Hanı sadəlövh çağım; Onlara inanırdım (C.Novruz)
KƏNAR – YAXIN Onun yanına kənar və yaxın adamlar toplaşmışdılar (“Azərbaycan”)
KƏNARDA – YAXINDA Salman yastıqlanaraq kənarda oturmuşdu (M.İbrahimov); Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H
KƏSƏ – DOLANBAC Kəsə yolla getsək, onlara çatarıq. Cığır dolanbac yol kimi əyri idi, on addım qabağı görmək olmurdu (M
KƏSƏRLİ – KÜT O indi aciz və küt bir mətbəx bıçağı deyil, sınaqlardan çıxmış kəsərli bir qılınc kimi idi (Mir Cəlal)
KƏSİCİ – KÜT Baxışlar xəncər kimi kəsicidir (M.İbrahimov); Bu elə kütdür ki, heç yerə də qoymaz (S.S
KƏSİR – ARTIQ Gəl, gəl ki, yoxaldaq hər cəbhədə kəsiri (S.Rüstəm); Bıy, ay kişi, məndə artıq heyvan nə gəzir (M
KƏSKİN – ZƏİF Sual kəskin və amansız idi (C.Məmmədov); Onun cavabları çox zəif idi (“Azərbaycan”)
KƏSKİNLƏŞMƏK – ZƏİFLƏŞMƏK Nigarançılığın göyərtisi getdikcə kəskinləşirdi (S.Sərxanlı); Qızdırma ürəyi çox zəiflədir (M
KƏSKİNLİK – ZƏİFLİK İnsanların gözlərində, baxışlarında, hərəkətlərində dərhal diqqəti cəlb edən bir kəskinlik vardı (M
KƏSMƏ – DOLAMA Buradan kəsmə enmək mümkün idi (S.Vəliyev); Adamlar həmin boşluq ətrafındakı yolla dolama gedəcəkdir (S
KİÇİK – BÖYÜK Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (C.Cabbarlı). KİÇİK – YEKƏ İdealları yekə; Ürəkləri kiçik (R
KİÇİKLİ – BÖYÜKLÜ 24 ölkə gəzdim; böyüklü, kiçikli (R.Rza)
KİÇİKLİK – BÖYÜKLÜK Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq (C.Cabbarlı); Başın böyüklüyü yiyəsinə donuz güldürər (Ata
KİÇİLMƏK – BÖYÜMƏK Niyə kiçildim; Nə oldu birdən (İ.Tapdıq); Bunu, əziz ata, ona görə yazıram ki, bilsən, mən daha böyümüşəm (S
KİFİR – GÖZƏL Həmişə gözəl qızlar kifir kişilər haqqında bu cür düşünürlər (C.Əmirov)