ŞİMAL – CƏNUB Eyni gündə, eyni saatda şimaldan cənuba gedən qatar Mir Əlini gətirdi (Mir Cəlal)
ŞİMALİ – CƏNUBİ Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və əlahəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız (M
ŞİMALLI – CƏNUBLU Şimallı qardaşım, dinlə sözümü; Bölündü ikiyə ürəyim mənim (S.Rüstəm); Təbiətdən nə zövq alsın cənublu qardaş (S
ŞİRİN – ACI Qızım, gəl, qəndi doğra, yeməkdən qabaq bizə bir yaxşı şirin çay verərsən, gəlinin şirnisini içərik (M
ŞİRİNLƏŞMƏK – ACILAŞMAQ Getdikcə söhbət şirinləşdi və ortalıqda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soğan daha da acılaşdı (“Uld
ŞİRİNLİK – ACILIQ Acılıqdan yemək olmur, şirinlikdən tullamaq (Ata. sözü)
ŞİŞ – ALÇAQ Tək bir göz qırpımında şiş dağlar dümdüz olur (S.Rüstəm); Alçaq dağa qar yağmaz (Ata. sözü)
ŞİT – CİDDİ Kələntərin üzündə daha şit bir təbəssüm oynadı (M.İbrahimov); Yox. Boş söhbət deyil, çox ciddi söhbətdir (M
ŞİTLƏŞMƏK – CİDDİLƏŞMƏK Üzündəki təbəssüm bir az da şitləşdi, iri dodaqları qulağının dibinə qədər açıldı (M
ŞİTLİK – CİDDİLİK Qızın birdən şitliyi tutdu (M.İbrahimov); Ciddilik onun təbiəti ilə bağlıdır (“Azərbaycan”)
ŞOR – ŞİRİN Bu torpağın altında şor sular axır (M.İbrahimov); Şirin aşına zəhər qatma (Ata. sözü)
ŞORAN – ŞİRİN Axı, sən briqadirsən, bilirsən ki, Muğan torpağı şoran torpaqdır (M.İbrahimov); Üç ay qabaq qazılmış quyu bol, şirin su verirdi (Ə
ŞORGÖZ – NAMUSLU Sonra da İdrisə dedim ki, bir də bu şorgözü evə buraxma (M.İbrahimov); O vaxt heç kim sənə namuslu qardaş deməzdi (M
ŞUX – KƏDƏRLİ Sən də vaxtilə cavan idin, bizim kimi şux idin və şənlik edərdin (M.Talıbov); Dinləyirəm məyus, kədərli (R
ŞUXLUQ – QƏMGİNLİK İki il sonra o da şuxluqdan düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); Qəmginliyin şərbətin dadan adamların damağında şəkəri
ŞULUQ – DİNC Nə vaxt dəliləşib şuluq salardım; Xəmir yoğurardı qulaqlarımdan... (S.Tahir); Əhməd dinc uşaqdır
ŞULUQLUQ – DİNCLİK Yoxdur daha şuluqluq əsla, baxız, İranda… (A.Səhhət); Xalq mənimdir, bilirəm, dinclik sevən xalq deyil (S
ŞUMAL – KƏLƏ-KÖTÜR Bu şumal pöhrəni; bir vurğa qələm elədi; və qürurla dedi (R.Rza); Bu taxta kələ-kötürdür
ŞÜBHƏ – İNAM Əlbəttə, şübhəyə düşmək olardı (S.S.Axundov); Yaşamaq olarmı inam olmasa (R.Rza)
ŞÜBHƏLƏNMƏK – İNANMAQ Yəqin uşaqlardan şübhələnəcək (İ.Şıxlı); Axı mən ona inanmıram (C.Əmirov)
ŞÜBHƏLİ – İNAMLI Niyaz doğru deyir, çox şübhəli adama oxşayır (S.S.Axundov); Mən də onların içindəyəm; siz də; bu gün inamlı, sabah ümidli qəlbimiz (R
ŞÜCAƏT – QORXAQLIQ Əbədi şöhrətə yetirdi səni; Cəsarət, şücaət, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstl
ŞÜCAƏTLİ – QORXAQ Fırlanardım daim könlüm sıxılmayan yerlərdə; Adım Almas, qorxu bilməz, şücaətli bir övlad (A
ŞÜURLU – AXMAQ Mən uşaqlıqda şüurlu idim (M.Talıbov); Axmaq kimi sən nə danışırsan (A.Məmmədrza)
ŞÜURSUZ – AĞILLI Bunun kimi olmaz şüursuz adam (A.Şaiq); Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi (A
TABE – MÜSTƏQİL Saysız ulduzlar; nəhayətsiz fəza; insan iradəsinə tabe deyil (R.Rza); Uç, Səhər, müstəqil həyatın gözəl! Qırılmaq bilməyən qanadın göz
TABELİ – MÜSTƏQİL Tabeli mürəkkəb cümlədə baş cümlə müstəqil, budaq cümlə isə tabelidir
TABELİK – MÜSTƏQİLLİK Bu sözü müstəsna tabelik ifadəsilə deyib, ikiqat oldu (Mir Cəlal); Kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona ve
TAXMAQ – ÇIXARMAQ Geyin xara, geyin ipək; Boynuna tax daş-qaşları (S.Vurğun); Cibindəki kağızları çıxartdı (H
TALAQ – NİKAH Bu saat talağını verib səni boşayacağam (S.S.Axundov); Usta Qafar, bu sözdən sonra bu arvadın nikahı pozuldu (S
TAM – YARIMÇIQ Məsələ tam həll olundu. Hə, kapitan, sözüm yarımçıq qaldı (C.Əmirov)
TAMAHKAR – GÖZÜTOX O bilirdi ki, anası tamahkardır (İ.Fərzəliyev); Gözütox adamın müdrik göz yaşı; Qorxunun tikili binası – insaf (S
TAMAHKARLIQ – GÖZÜTOXLUQ Ancaq bir neçə vaxtdan sonra tamahkarlıq Baloğlana güc gəldi (C.Əmirov); İnsandakı yaxşı cəhətlər elə gözütoxluqla da bağlıdı
TANIMAQ – DANMAQ At minicisini tanıyar (Ata. sözü) Ay İnci, guya mən evli olduğumu danıram? (S.Rəhman)
TANIŞ – YAD Qaçqın köhnə bir tanış kimi salam verdi (S.Vəliyev); Yad adam gülümsəməyə çalışdı (A.Şaiq)
TANIŞLIQ – YADLIQ Hər təzə tanışlıq ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilirdilər ki, bu çəpərlər ən dərin ayrılığın, yadlığın başlanğıcıymış (M
TAPINTI – İTKİ Bu itki anayçün ağır olsa da; Bu məğrur ananın əyilməz başı... (S.Rüstəm); Bu mənim üçün təzə tapıntı idi (H
TAPMAQ – İTİRMƏK Uşaqlıqda məni itirsəydilər, dağda tapardılar (S.Vəliyev)
TAVAN – DÖŞƏMƏ Döşəmədən tavana qədər, sükut var otağında (R.Rza)
TAY – CÜT Qatırımın axsaq ayağı girsin sənin kor gözünə, hələ o tay gözüvü də çıxartsın, töksün ovcuna (C
TEZ – GEC Gec gəldi, tez öyrəndi (Ata. sözü)
TEZDƏN – GEC Arabaçıların biri ilə danışıb səhər tezdən yola çıxdı (Mir Cəlal); Gec tərpəndi (A.Şaiq)
TEZLƏŞMƏK – YAVAŞIMAQ Bir də ki, bu ancaq faciəni tezləşdirər... (M.İbrahimov); O gah yavaşıyır, gah bərkiyir, gah da dayanaraq ora-bura boylanırdı (S
TEZLƏŞMƏK – LƏNGİMƏK Onun məzuniyyətə çıxması, nədənsə tezləşdi. Onun gecikməsi işi də ləngidirdi (M
TEZLİK – LƏNGLİK Hərgah üz görsəydin, bu tezlikdə getməzdin (Ə.Vəliyev); İşin ləngliyi rəhbərliyi narahat edir (“Ulduz”)
TƏBİİ – SÜNİ Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir (Ə.Haqverdiyev); Biz içəri girən kimi Sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbb
TƏBİİLİK – SÜNİLİK Bu təbiilik onlara daha gözəl bir görkəm verirdi (İ.Şıxlı); Onun bu hərəkətlərindən bir sünilik, naşı bir hiyləgərlik duyulurdu (Mi
TƏCİLİ – YAVAŞ Bədirzadə ilə Anarbayevi təcili qərargaha çağırtdırdı (S.Qədirzadə); Çox yavaş yeriyirdi
TƏCRÜBƏ – NƏZƏRİYYƏ Mən bu xüsusiyyəti bircə dəfə sizdə təcrübədən keçirtdim (M.S.Ordubadi); Nəzəriyyə təcrübəsiz kordur (“Fəlsəfənin əsasları”)
TƏCRÜBİ – NƏZƏRİ Əziz əsərinin həm nəzəri cəhətinə, həm təcrübi tərəfinə tamamilə inansa da, yenə də ürəyi sakit deyildi (Ə