Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ÇONÇOR

    (Balakən) gölməçə

    Tam oxu »
  • ÇOPUX

    (Oğuz, Zaqatala) yunun darana bilməyən keyfiyyətsiz hissəsi. – Yastığın için çopuxnan doldur (Zaqatala)

    Tam oxu »
  • ÇOPUZ

    (Qax, Şəki, Zaqatala) keçədən tikilmiş geyim növü. – Yapıncı uzun olur, çopuz bir az qısa (Qax); – Çopuzum öydə qalıtdı

    Tam oxu »
  • ÇOR

    (Cəbrayıl, Şərur) üzüm tənəklərinə, meyvə ağaclarına düşən xəstəlik. – Bı yil üzümümüzü çor təmiz puç elədi (Cəbrayıl)

    Tam oxu »
  • ÇORÇOR

    (Balakən) dəyirman suyunun kənara axıdılması üçün düzəldilən yer

    Tam oxu »
  • ÇORNA

    (Salyan) bəhanə. – Görəssən, genə bı çorna tapacağ

    Tam oxu »
  • ÇORPUMAX

    (Şəki) çaşmaq, karıxmaq. – Laf çorpumişəm, bilminəm heç hansı işi tutum

    Tam oxu »
  • ÇORT

    I (Gəncə, Şəmkir) şortlaq (at). – Çort atı mimməx’ yaxşı döy (Gəncə); – Çort at minməyə əl verməz (Şəmkir) II (Salyan) fikir; qəm, qüssə

    Tam oxu »
  • ÇORTAN

    (İrəvan) 1. qatıq qarışdırılmış şor. – Bu qava bir az çortan qoy 2. süzülmüş ayran (Şərur)

    Tam oxu »
  • ÇORTDAĞAN

    (Gəncə) narahat yerişli, yorğa olmayan, adamı atıb-tutan (at). – Sizin at çortdağandı

    Tam oxu »
  • ÇORTDURMAX

    (Balakən) qovmaq. – Yazığı hora kimi çortdurup

    Tam oxu »
  • ÇOŞA

    I (Zəngilan) qarğıdalı cecəsi. – Bı çoşaları yolun içinə töx’mü:n II (Şərur) çərəz, hər hansı bir yeməli şey

    Tam oxu »
  • ÇOTA

    (Çənbərək, Qazax) təpə. – Do:- şanı qoyladım, çotada gizdəndi (Çənbərək); – Qoyunu çotuya ver (Qazax)

    Tam oxu »
  • ÇOTMAL

    (Gədəbəy) əyri. – Çotmal ağaşdan taxta olmaz

    Tam oxu »
  • ÇOTURRU

    (Xanlar) kələ-kötür. – Gərməşö: n üzü çoturru olur

    Tam oxu »
  • ÇO:UMAĞ

    (Dərbənd) bax ço:max. – Gəti muni sürt kirişə çiğirğdən ço:umasun

    Tam oxu »
  • ÇO:UŞ

    (Kürdəmir) başçı. – Qaçaxların ço:uşu de:llər Mehdi olup

    Tam oxu »
  • ÇOVUT

    (Zaqatala) quru çay. – Çovutnan çey dəmliylə

    Tam oxu »
  • ÇOYĞA

    (Daşkəsən, Goranboy) tayfa, nəsil. – Bizim kətdə iki çoyğa oluf (Daşkəsən); – Kətdə xeylax çoyğa var (Goranboy)

    Tam oxu »
  • ÇOYNAX

    (Qazax) çolaq, şikəst. – Bu kişi çoynaxdı

    Tam oxu »
  • ÇÖCƏ

    (Ağdaş, Qəbələ, Oğuz) bax çöycə. – Bir çöcə qaymağ aldım (Qəbələ); – Çöcəmiz çox paslıyıf (Ağdaş); – Sütü çöcəyə töküb bacıma verdim (Oğuz)

    Tam oxu »
  • ÇÖÇƏ

    I (Ordubad, Şərur) şirin çörək növü. – Bayram olanda çöçə yapırıx (Ordubad) II (Şəki) pəncə. – İt çöçələrini pəncərəyə qoyuf öyə baxırdı

    Tam oxu »
  • ÇÖÇƏLƏMƏX’

    (Gədəbəy) kiçik addımlarla yerimək. – Nə çöçəlersəη, belin-zadın sınme:f ki?

    Tam oxu »
  • ÇÖÇÜN

    (Meğri) bacarıqsız, yarıtmaz. – Xacca çöçün arvatdı Çöçün gəlməx’ (Ağcabədi, Cəbrayıl, Kürdəmir, Laçın, Mingəçevir, Lerik, Salyan, Yardımlı, Şamaxı)

    Tam oxu »
  • ÇÖÇÜY

    (Qax) qardaş. – Çöçüy, gəl morux yığmağa gidax

    Tam oxu »
  • ÇÖDİ

    (Dərbənd) bax çodi

    Tam oxu »
  • ÇÖFLƏMƏ

    (Basarkeçər) toyuq xəstəliyi adı. – Tö:xlərə çöfləmə azarı tüşüf

    Tam oxu »
  • ÇÖFLƏMƏX’

    (Qazax) otlamaq. – A bala, malları yellə çöfləsin

    Tam oxu »
  • ÇÖGƏCƏ

    (Qax) bax çöycə

    Tam oxu »
  • ÇÖX’SƏX’

    (Daşkəsən) çökək. – Hop çöx’səy oloy, orya ağajı keçireylər, da çıxası olmoy

    Tam oxu »
  • ÇÖX’SÜTMƏX’

    (Gədəbəy) hədə-qorxu gəlmək, qısma-boğmaya salmaq. – Nə çöx’- südüfsüη, ə: uşağı, götü göröm burdan

    Tam oxu »
  • ÇÖJ

    (Bərdə, Tərtər) fırfıra. – Çöjün uzu nəziy olur (Bərdə)

    Tam oxu »
  • ÇÖKƏCİMƏX’

    (Qax) büdrəmək. – Ha burda onun ayağı çökəciyər

    Tam oxu »
  • ÇÖKƏNƏX’

    (Zaqatala) çökək

    Tam oxu »
  • ÇÖKÜR

    I (Gədəbəy) biçilmiş ot və ya taxılın yerdə qalan gövdə hissəsi. – Əyğımı atan kimi bir çökür düz barmağımın arasın yardı II (İmişli) kol-kos yarası

    Tam oxu »
  • ÇÖKÜRRƏNMƏX’

    (İmişli) kol-kosdan yaralanmaq. – Qoyunun ə:ğı çökürrənif

    Tam oxu »
  • ÇÖLÇİ

    (Göyçay) çöl işləri ilə məşğul olan şəxs

    Tam oxu »
  • ÇÖLMƏ

    (Culfa) xörək bişirilən saxsı qab. – Çölmədə ət bişirəllər

    Tam oxu »
  • ÇÖLMƏG

    (Cəlilabad, Salyan) 1. b a x çölmə 2. dibçək

    Tam oxu »
  • ÇÖLMƏX’

    (Gədəbəy, Naxçıvan, Şərur, Ordubad) bax çölmə. – Çölməx’ləri yü, piti qoyuram indi (Gədəbəy); – Çölməx’də biz qərtop bişirərıx (Ordubad)

    Tam oxu »
  • ÇÖLMƏY

    (Göyçay, Lənkəran, Masallı) bax çölmə. – Nənəm çölməydə xörəy pişirmişdi; – Çölməy düşdü yerə tikə-tikə oldu (Lənkəran)

    Tam oxu »
  • ÇÖMÇƏ

    (Salyan) dəfə. – Sən onnan da yüz çömçə ötəsən (yaxşısan)

    Tam oxu »
  • ÇÖMÇƏQURUTMAZ

    (Ağdam) payızın son ayı

    Tam oxu »
  • ÇÖMƏLƏN

    (Çənbərək) toyuq xəstəliyi adı. – Ballının töyğünü çömələn qırdı

    Tam oxu »
  • ÇÖNÇƏ

    çönçə olmax: (Füzuli) kiflənməmək, kif atmamaq. – Xamra vurulan lavaş yaxşıdı, çönçə olur, bir ay qalır

    Tam oxu »
  • ÇÖNDƏRMƏG

    (Cəlilabad) çevirmək, döndərmək. – Üzin çöndərdi oğlı İbrahimə tərəf

    Tam oxu »
  • ÇÖPBAŞI

    (Ağcabədi) inqilabdan əvvəl heyvanların otlaqda otlamasına görə alınan vergi. – Çöpbaşı, yəni heyvanın otduyur düzdə, qoyuna bir abbası, qara mala on

    Tam oxu »
  • ÇÖPİX’

    (Şəki) yorğan-döşəyin içərisində işlənib xarab olmuş yun. – İki döşşeyə tezə yün lazımdı, içindəki çöpix’di, ha didif düzəldiyəm bi şey çıxmiyi

    Tam oxu »
  • ÇÖPÜX’

    I (Ağdam, Basarkeçər, Gədəbəy, Xocavənd, Qazax, Zaqatala) 1. b a x çöpix’ (Ağdam, Xocavənd). – Çömpüx’dən bir şey olmur (Ağdam) 2

    Tam oxu »
  • ÇÖRƏGQATIĞI

    (Salyan) ətsiz bişirilmiş borş

    Tam oxu »