Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ŞƏLO:

    (Ağcabədi) qalın, sıx. – Pambıx seyrəlməsə şəlo: olar

    Tam oxu »
  • ŞƏLPEX’

    (Meğri) böyük və sallaq quyruqlu qoyun

    Tam oxu »
  • ŞƏLPƏ

    (Bakı, Cəbrayıl, Gədəbəy, Goranboy, Kürdəmir, Quba, Mingəçevir, Salyan, Ucar) 1. köhnə palaz; köhnə palaz parçası (Bakı, Cəbrayıl, Kürdəmir, Quba, Sal

    Tam oxu »
  • ŞƏLPƏDODAX

    (Zəngilan) yekədodaq, sallaqdodaq

    Tam oxu »
  • ŞƏLPƏX’

    (Meğri) bax şəlpex’. – Şəlpəx’ qoyunnar kimi özx: niyə çəkəmmirsəη?

    Tam oxu »
  • ŞƏLPİY

    (İrəvan) keyfiyyətsiz, yağsız ət. – Bu şəlpiyi niyə alıbsan?

    Tam oxu »
  • ŞƏLPÜTƏ

    (Biləsuvar) xalça növü

    Tam oxu »
  • ŞƏLTƏ

    I (Ağdam, Böyük Qarakilsə, Goranboy, Xocalı, Kürdəmir, Qazax, Şuşa) kişi alt tumanı. – Əyləndə gədənin şəltəsi partdıyıf, cırılıf (Ağdam); – Şəltəni ş

    Tam oxu »
  • ŞƏLTƏK

    (Goranboy) köhnə ayaqqabı

    Tam oxu »
  • ŞƏMBƏLLƏ

    (Culfa, Naxçıvan, Ordubad) əkilən yem otu. – Şəmbəlləni bir dəfə əkərıx, bir dəfə biçərıx (Ordubad); – Şəmbəllə yoncuya oxşar otdu, özü də yazda əkill

    Tam oxu »
  • ŞƏMÇIRAX

    (Ordubad) gecələr işıldayan cücü

    Tam oxu »
  • ŞƏMƏGÜLİ

    (Salyan) dəmdəməki. – Şəməgüli adamı başa salmağ çətindi

    Tam oxu »
  • ŞƏMƏXİ

    (Qax) qıfıl. – Qəpuvuza şəməxi vurulsun

    Tam oxu »
  • ŞƏMƏLƏT

    (İrəvan) lağ, rişxənd ◊ Şəmələt eləməx’ (İrəvan) – lağ etmək, rişxənd etmək, ələ salmaq. – Şəmələt eləmə

    Tam oxu »
  • ŞƏMSİ-QƏMƏR

    (Bakı) parça növü

    Tam oxu »
  • ŞƏMŞINDIR

    (Bakı) cır-cındır, köhnə şey

    Tam oxu »
  • ŞƏNBƏLƏ

    (Cəbrayıl) heyvanı hürküdüb qaçırmaq üçün onun quyruğuna bağlanan ağac budağı. – Eşşəyin quyruğuna şənbələ bağladılar

    Tam oxu »
  • ŞƏNBƏRƏ

    (Bakı) yarasa, gecəquşu

    Tam oxu »
  • ŞƏNBÜDÜM

    (Şəki) yüngülxasiyyətli. – Şənbüdüm olma, ağır dur otur

    Tam oxu »
  • ŞƏNG

    (Culfa, Meğri) yüngülvarı yük. – Bizzər atın üstünə qoyulan yüngül yükə şəng deyərıx (Culfa)

    Tam oxu »
  • ŞƏNGLAMAX

    (Meğri) yükləmək (atı və s.). – Qatiri şəngladım, şəngin üsdindan da mindim

    Tam oxu »
  • ŞƏNXLAMAX

    (Meğri) bax şənglamax

    Tam oxu »
  • ŞƏPƏ

    I (Ağbaba, Meğri) küləyin bir yerə topladığı qar yığını. – Lij-teştinin başı üstə duran şəpə Mırğı çayında olan kətdərin dö:- lətidi (Meğri) II (Ordub

    Tam oxu »
  • ŞƏPGÜLƏ

    (Cəlilabad) bax şəpkülah. – Köhnə şəpgülə qoydi başinə

    Tam oxu »
  • ŞƏPİX’

    (Basarkeçər) bax şəpik II. – Şəpiyi əyağına alsana, yer soyuxdu

    Tam oxu »
  • ŞƏPİK

    I (İrəvan) yavan, yağsız ət. – Bu şəpik əti nəyə alıp gətiripsən, onnan heş zad çıxmaz II (Kürdəmir, Şamaxı) ev ayaqqabısı

    Tam oxu »
  • ŞƏPKİ

    (Qazax) kotanın ağzı, kotanın torpağı kəsən hissəsi

    Tam oxu »
  • ŞƏPKÜLAH

    (Masallı) gecəpapağı

    Tam oxu »
  • ŞƏPPƏ

    (Qazax) eybəcər

    Tam oxu »
  • ŞƏPPİLTİ

    (Salyan) ev başmağı. – Hərənin bir cüt şəppiltisi var

    Tam oxu »
  • ŞƏRAB

    (Zaqatala) gavalı və ya zoğal turşusu

    Tam oxu »
  • ŞƏRÇİL

    (Böyük Qarakilsə, Şərur) böhtançı. – Bağır çox şərçil adamdı (Böyük Qarakilsə); – Gözü qırmızı adam şərçil olar (Şərur)

    Tam oxu »
  • ŞƏRƏMƏT

    I (Ağdam) xoşsifət, xoşxasiyyət. – Əhməd şərəmət adamdı II (Cəbrayıl, Mingəçevir) 1. ürəkdən, həvəslə 2

    Tam oxu »
  • ŞƏRƏNG

    (Quba) kiçik səhəng

    Tam oxu »
  • ŞƏRGÖZ

    (Borçalı) höcət, tərs. – Şərgöz adam xoşuma gəlmir mənim

    Tam oxu »
  • ŞƏRXATA

    (Gədəbəy) yabanı dərman bitkisi. – Şərxatanın uzun mal dili kimi yarpağı oloy

    Tam oxu »
  • ŞƏ:Rİ

    (Basarkeçər) çarıq növü. – Malın dizin bütöy çıxardıf çarığın davanı eli:llər, üzünü tikillər, olur şə:ri çarıx

    Tam oxu »
  • ŞƏRİL

    (Mingəçevir) qırmızı qılçıqlı çəltik növü. – Şəril qırmızı qılçıx olur, özü də altı aya yetişir

    Tam oxu »
  • ŞƏRİT

    (Ağdam, Füzuli, Gədəbəy, Qarakilsə, Ordubad, İrəvan) bax şəlit I. – Paltarrar hələdəmi şəritdədi, a:z? (Gədəbəy); – Nargilə paltarı şəritə sərmişdi (O

    Tam oxu »
  • ŞƏRİTDƏMƏY

    (İrəvan) bax şəlitdəməx’. – Düşməz, bərk şəritdəmişəm

    Tam oxu »
  • ŞƏRKƏMLİ

    (Zaqatala) həvəskar. – Ho at sürmağa yaman şərkəmlidi

    Tam oxu »
  • ŞƏRMƏ-ŞƏRMƏ

    (Şəki) yerli-yersiz. – Şərmə-şərmə çırmanıf ortiyə düşmə

    Tam oxu »
  • ŞƏROV

    (Ordubad) şoraba. – Keçən il çoxli şərovumuz variydi

    Tam oxu »
  • ŞƏROVLU

    (İrəvan) duzlu, duzlanmış. – Şərovlu pənir niyə dadıxır?

    Tam oxu »
  • ŞƏROVSUZ

    (İrəvan) düzsuz, duzlanmamış. – Şərovsuz qalanda pənir qaxar da:

    Tam oxu »
  • ŞƏRPƏ

    (Şəki) döşəmə silmək üçün əsgi. – A:z, Sona, şərpəni gəti, öyü sil

    Tam oxu »
  • ŞƏRŞƏMƏTƏ

    (Meğri) aravuran, böhtançı. – Şərşəmətə Mohmıt gedey altda-üsdə dişinin dibinnən qurtaranı dey

    Tam oxu »
  • ŞƏRVAN

    şərvan olmax: (Şəki) biabır olmaq, rüsvay olmaq. – Qonşular içində şərvan oldux

    Tam oxu »
  • ŞƏRVƏTİ

    (Başkeçid, Beyləqan, Borçalı, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Zaqatala) kiçik kasa, piyalə. – Şərvətiyi ma: ver ordan (Daşkəsən); – Uşağın xö

    Tam oxu »
  • ŞƏSDİ

    (İrəvan) bədəncə iri. – O, çox şəsdi oğlandı

    Tam oxu »