Azərbaycan dilinin dialektoloji lüğəti.

  • NATAYİR

    (Laçın) pis söz, söyüş. – Onnar bir-birinə natayir de:ir

    Tam oxu »
  • NATIĞ

    (Əli Bayramlı, Kürdəmir, Saatlı, Salyan, Şamaxı) yastıburun. – Natığ Məhəmmədi hamı tanıyır (Şamaxı)

    Tam oxu »
  • NAV

    (Axalsxi) bərə. – Malı, qoyunu Kürdən navnan keçirillər

    Tam oxu »
  • NAVA

    I (Kürdəmir) tala. – Qabağlar navada lobya, küncüt əkərdüg II (Kürdəmir) gölməçə. – Get navadan su gəti

    Tam oxu »
  • NAVAHIL

    (Ordubad) kiçik arx

    Tam oxu »
  • NAVAXDAN

    (Ordubad) qəflətən, birdən. – Qaplan navaxdan atılır adamın boynuna

    Tam oxu »
  • NAVAQQIL

    (Naxçıvan, Ordubad) körpünün altından keçən su yolu. – Bizim kətdə navaqqılsız körpü tix’məzdər (Ordubad)

    Tam oxu »
  • NAVALA

    (Culfa, Mingəçevir, Oğuz) mala vermək üçün arpa unundan hazırlanan yem. – Arpanı paralıyıb mal üçün yem düzəldillər, buna navala deyillər (Mingəçevir)

    Tam oxu »
  • NAVALÇA

    (Bakı) yağış suyunun axıb getməsi üçün evin üstündə dəmirdən düzəldilən nov

    Tam oxu »
  • NAVAR

    I (Bakı, Cəbrayıl, Göyçay, İsmayıllı, Quba, Şamaxı) 1. yəhər və palanın altından qoyulan keçə və ya otla doldurulmuş döşəkçə (Cəbrayıl, Göyçay, İsmayı

    Tam oxu »
  • NAVARPALAN

    (İsmayıllı) palan və çul. – Palanın alt tərəfinə navarpalan deyilir

    Tam oxu »
  • NAVAT

    (Oğuz) növbə

    Tam oxu »
  • NAVATI

    (Gəncə) ərik növü adı. – Hayıf ki, bağımızdakı navatı əriyimiz biyil qurudu

    Tam oxu »
  • NAVID

    (Qazax) əlacsız, naümid

    Tam oxu »
  • NAVIR

    (Qax) gölməçə, nohur

    Tam oxu »
  • NAVİR

    (Oğuz) bax navar II. – Bir navar toxu, cecimin qırağına çəkəx’

    Tam oxu »
  • NAVUR

    I (Quba, Tabasaran) kərpic kəsilən yer. – Navura saman səp (Quba) II (Tabasaran) bax navır

    Tam oxu »
  • NAY

    I (Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir) məzəli, zarafatcıl. – O, nay adamdı (Bərdə); – Nay yoldaşın yanında adam qojalmaz (Gəncə); – Dəli İrvaham çox

    Tam oxu »
  • NAY-NAY

    (Göyçay) boş-boş

    Tam oxu »
  • NAYQARA

    (Barana, Borçalı) zarafatcıl. – Çovan o qədər nayqaradı ki, öldürör adamı gülməx’dən (Borçalı)

    Tam oxu »
  • NAYLIX

    (Şəmkir, Tərtər) hoqqabazlıq, oyunbazlıq. – Naylığın da öz yeri var (Şəmkir); – Əmir naylığ eli:r, bizi güldürür (Tərtər)

    Tam oxu »
  • NAZ

    (Şəki) süpürgə düzəltmək üçün istifadə olunan yabanı bitki. – Bi şələ naz qırdım

    Tam oxu »
  • NAZBALINC

    (Culfa, Şərur) qu tükündən düzəldilmiş iri balış

    Tam oxu »
  • NAZBALIŞ

    (Şamaxı, Şəki, İrəvan) bax nazbalınc. – Nazbalış qu tükünnən olar (Şamaxı); – İki dənə nazbalışımız var (Şəki)

    Tam oxu »
  • NAZIL

    nazıl olmax: (Daşkəsən, Gədəbəy) nəsib, qismət olmaq. – Bu dünya mülkü kimə nazıl olajax

    Tam oxu »
  • NAZİG

    nazig girmeg: (Bakı) məc. özünü işə verməmək

    Tam oxu »
  • NAZLI

    (Ordubad) şaftalı növlərindən birinin adı. – Bir put nazlı aldım

    Tam oxu »
  • NAZNAZ

    (Bakı) ipək baş yaylığı

    Tam oxu »
  • NAZNAZI

    (Zəngilan) uşaq oyunu adı

    Tam oxu »
  • NAZNAZİ

    (Quba) bax naznaz. – Bakudan gələndə mənimçün naznazi gəti

    Tam oxu »
  • NEHRƏGÜLÜ

    (Masallı, Salyan) lalə. – Nehrəgülü açıbdu

    Tam oxu »
  • NEHRƏPARTDADAN

    (İmişli, Kürdəmir, Saatlı) lalə. – Küdrüdə nehrəpartdadan çoxdu (Kürdəmir)

    Tam oxu »
  • NEHRƏSINDIRAN

    (Şamaxı, Ucar) lalə. – Yazda bırda nehrəsındıran çox olur (Ucar); – Nehrəsındıranı dərmə, nehrən sınar; – Nehrəsındıran meşədə dolıdı (Şamaxı)

    Tam oxu »
  • NELÇİ

    (Quba) nalbənd. – Şə:r yerində nelbənd diyədülər, bizdə nelçi: – Nelçi Quba şə:rində uladu

    Tam oxu »
  • NERQARAN

    (Ordubad) göyərçin

    Tam oxu »
  • NESƏ

    (Meğri) ərə gedən qıza valideyni tərəfindən verilən torpaq və ya bağ payı. – Hesə, yani qızdara dədəsinin qoşduğu torpağa diyellər

    Tam oxu »
  • NESTƏ

    (Bakı) nahaq. – Nestə didim sənə ki, imtahan olaceg

    Tam oxu »
  • NEŞDAV

    (Cəbrayıl) acgöz

    Tam oxu »
  • NEŞDƏRXAN

    (Salyan) hindtoyuğu

    Tam oxu »
  • NEŞQURD

    (Zəngilan) bax muşqurd

    Tam oxu »
  • NETAĞ

    (Quba) qurşaq. – Quca kişilər həmişə belinə netağ bağlallar

    Tam oxu »
  • NEYBƏT

    I (İsmayıllı) bədniyyət. – Neybətün öz başunda çatdasun II (Şərur) kifir, eybəcər

    Tam oxu »
  • NEYVƏNT

    (Balakən) çirkin, yaraşıqsız. – Lalə neyvənt qızdı

    Tam oxu »
  • NEYVƏT

    (Cənubi Azərbaycan, Gədəbəy, Gəncə, Qazax, Naxçıvan, Oğuz, Ordubad, Şəki) bax neyvənt. – Bu neyvət adamdı, görəndə lap qorxoram (Qazax); – Bu nə neyvə

    Tam oxu »
  • NƏBƏRBUD

    (Bakı) kobud adam

    Tam oxu »
  • NƏBİT

    (Salyan) balıq toru

    Tam oxu »
  • NƏBİTÇİ

    (Salyan) balıq toru düzəldən. – Bankədə nəbitçilər var, balığ tutullar

    Tam oxu »
  • NƏBLƏ

    (Salyan) nə qədər. – Nəblə səni çağırdım, eşitmədün

    Tam oxu »
  • NƏDALƏT

    (Cəlilabad) ədalətsiz. – Adamlarda eləsi var ədalətdidi, eləsi var nədalətdi

    Tam oxu »
  • NƏDƏHİM

    (Cəbrayıl, Cəlilabad, Füzüli, Zəngilan) tərs. – Çox nədəhim uşaxsan, dedi: nnən dömmürsən (Zəngilan); – Xaccanın qızı yaman nədəhim uşaxdı (Cəbrayıl);

    Tam oxu »