Azərbaycan dilinin dialektoloji lüğəti.

  • NİCAR

    (Salyan) duzlanıb qurudulmuş <balıq>. – Nicar balığ plo:nan yiməli olir

    Tam oxu »
  • NİÇƏX’

    (Borçalı) qulağın sırğa taxılan hissəsi. – Təniyi niçəyə taxdım

    Tam oxu »
  • NİF

    (Çənbərək) qarğış. – Nif töx’mə uşağa, az:

    Tam oxu »
  • NİFƏ

    (Şəki) tumanın bağ keçirilən yeri (hissəsi). – Nifəyə bağ keçirərdux belə bağlamaxdan ötərin

    Tam oxu »
  • NİFLƏMƏX’

    (Çənbərək) qarğamaq. – Arvatdar Usuva niflədilər

    Tam oxu »
  • NİFRİN

    I (Cəbrayıl) nəhəng. – Əhməd dayı, bırda bir nifrin gürzə yatıf II (Füzuli) çox, çoxlu. – İclasda nifrin adam vardı III (Qax) soyuq IV (Gədəbəy) eybəc

    Tam oxu »
  • NİFUSƏT

    (Şamaxı) bədbəxtlik. – Səni nifusət basıb

    Tam oxu »
  • NİĞƏ

    (Dərbənd) ördək tutmaq üçün düzəldilmiş göl. – Niğələri kövlü açan dikabirdə açadı

    Tam oxu »
  • NİĞNİ

    (Zaqatala) tərəcə

    Tam oxu »
  • NİĞNİĞLAMAX

    (Quba) sözü uzadauzada danışmaq. – Danışanda niğniğlama

    Tam oxu »
  • NİHRƏBAŞİ

    (Tabasaran) nehrə tıxacı

    Tam oxu »
  • NİX

    (Ordubad) məzənnə, nırx. – Bazara təzə nix qoyulub

    Tam oxu »
  • NİJDEN

    (Qarakilsə) onbaşı. – Həsən bılların birin götürür, gedir nijdeh dalınca. – Nijdehin vaxtında mən onun borcunu verdim

    Tam oxu »
  • NİL

    (Astara, Quba, Lənkəran) ağac növlərindən birinin adı. – Nil ağacı quruyub (Quba)

    Tam oxu »
  • NİMÇAVA

    (Tabasaran) bax minçava

    Tam oxu »
  • NİMDAR

    (Astara, Bakı, İsmayıllı, Lənkəran, Salyan, Şamaxı) döşəkçə. – Oturmo:un, qoyın nimdar gətirim (Şamaxı); – A:z, Səknə xanım, nimdarı at ora, aton ossu

    Tam oxu »
  • NİMDƏR

    (İsmayıllı, Salyan, Şamaxı) bax nimdar. – Nimdəri gəti altıma qoyım (İsmayıllı)

    Tam oxu »
  • NİMDƏRÇƏ

    (Quba) bax nimdar. – Qərdeşim uşağlarçun usdulların üsdünə nimdərçə quydi

    Tam oxu »
  • NİMEHRİ

    (Lənkəran) iri duz

    Tam oxu »
  • NİMİCMAR

    (Bakı) yarımçıq. – Senə min kərəm dimişəm ki, nimicmar iş görmə

    Tam oxu »
  • NİMKƏT

    (Təbriz) bax nimdar. – Təxtin üssində nimkət vardı

    Tam oxu »
  • NİMLİ

    (Meğri) naməlum. – Əş, at almağın nimlidi, ya alecan?

    Tam oxu »
  • NİMMƏ

    (Kəlbəcər) quyruqsuz <toyuq, xoruz>. – Nimmə to:ux quyruxsuz olar

    Tam oxu »
  • NİMRİ

    (Meğri) qayğanaq. – Popağı vurem yerə, gündə üş dəfə nimri ye:m

    Tam oxu »
  • NİMS

    (Çənbərək) iştaha. – Yə:mmədim büyünkü ploydan, nəysə nimsim çəx’mədi dayna

    Tam oxu »
  • NİMSAĞ

    (Cəlilabad) qadın şalvarı. – Bırda arvatdar da nimsağ geyir

    Tam oxu »
  • NİMŞARAN

    (Mingəçevir) tamamilə, tamam. – Bu aşın nimşaran yağı yoxdu

    Tam oxu »
  • NİN

    (Naxçıvan, Ordubad, Şərur) hin. – Toyuxları ninə qat (Naxçıvan)

    Tam oxu »
  • NİR

    (Cəlilabad) yəhər

    Tam oxu »
  • NİRİ

    (Cəlilabad) bax nir. – Niri qoyginən atın belinə, minginən, getginən

    Tam oxu »
  • NİSİ

    (Quba) pendir növü adı. – Gidüb Qafardan bir girvənkə nisi gətirün

    Tam oxu »
  • NİSLAMAĞ

    (Quba) çox yemək nəticəsində ağırlaşmaq, ağır-ağır nəfəs almaq. – Çox yemə, nislarsan

    Tam oxu »
  • NİST

    (Gədəbəy, Tovuz) şikəst. – Görüm səni nist olasan (Tovuz)

    Tam oxu »
  • NİŞ

    niş vurmax: (Gəncə) tənə vurmaq. – Niyə belə niş vurmağ isdədiyiηi mən yaxşı annıyıram

    Tam oxu »
  • NİŞDOV

    (Ordubad) bağı suvardıqdan sonra artıq qalan su. – Bu dəfə bağdan çoxlu nişdov çıxmışdı

    Tam oxu »
  • NİŞDOVLUX

    (Ordubad) bağı suvararkən artıq suyun yığılıb qaldığı yer. – Nişdovlıxda bir ilan gördüm

    Tam oxu »
  • NİŞXORD

    (Yardımlı) bax neşqurd. – Axurun içindəki nişxordi at

    Tam oxu »
  • NİYABET

    (Bakı) ah, zar. – Sənün niyabetün öz təpəvə degsün

    Tam oxu »
  • NO:AR

    (Gədəbəy, Qazax) cecimin kənarlarında toxunan haşiyə. – Cejimin no:arını tix’dinizmi, oğul? (Gədəbəy)

    Tam oxu »
  • NOBAT

    (Cəlilabad) b ax navat. – Dəgirmanda dən çoxdu, bu gün nobat olmaz bizə

    Tam oxu »
  • NOBATİ

    (Bakı) açıq çəhrayı. – A balam, nabati rəngdədü də, hələ qızçun yaxçıdu

    Tam oxu »
  • NO:ÇƏ

    (Şəki) pəhləvanın köməkçisi. – Pehlivannarın eli:n altında işdiyənnərə deyillər no:çə

    Tam oxu »
  • NODƏRƏMƏT

    (Gəncə) həddindən artıq, çox. – Nodərəmət gözəldi Pəri

    Tam oxu »
  • NOĞAR

    I (Culfa) gəlin II (Culfa) öküz qoşularkən yara olmamaq üçün onun boynuna qoyulan yastıq

    Tam oxu »
  • NOĞUDAĞACI

    (Ağdaş) ağac növlərindən birinin adı. – Bizim bağlarda noğudağacı yoxdu

    Tam oxu »
  • NOĞULDAN

    (Şəki) taxça. – Noğuldana pərdə tik

    Tam oxu »
  • NOHƏN

    (Cənubi Azərbaycan) bulağın qabağında düzəldilmiş nov

    Tam oxu »
  • NO:XARIŞ

    (Bakı) yavanlıq

    Tam oxu »
  • NO:XƏRİŞ

    (Bakı, Tabasaran, Zaqatala) bax no:xarış

    Tam oxu »
  • NOXSANT

    (Gəncə) xatakar. – Qulu noxsant adamdı

    Tam oxu »