Azərbaycan dilinin dialektoloji lüğəti.

  • PORRAMMAX

    (Qax) kiflənmək. – Çora <çörək> yeydə porrıyıy

    Tam oxu »
  • PORSALMAX

    (Oğuz) tüklərini qabartmaq (quşa aiddir). – İndişqa xoruzu porsalır

    Tam oxu »
  • PORSUMAX

    I (Qax, Şəmkir, Zaqatala) qızarmaq II (Qazax, Hamamlı, Laçın, Tovuz, Zaqatala) qıcqırmaq. – Xamır porsuyuf, tez ol qala təndiri (Qazax); – Qatığ o qəd

    Tam oxu »
  • PORSUTMAĞ

    (Lənkəran) bax porsalmaq

    Tam oxu »
  • PORT

    (Ucar) kövrək qabıqlı (qoz). – Port qozun ləpəsi irahat çıxır

    Tam oxu »
  • PORTDAMA

    (Qarakilsə, Ordubad) yemək adı (süd ilə doğranmış çörəyin qaynadılmasından hazırlanır). – Portdama payız lap yaxşı olur (Ordubad)

    Tam oxu »
  • PORU

    (Ağcabədi, Borçalı) körpə quzular salınan yer. – Poruda anadan təzə olan quzular olur (Ağcabədi); – Poru otuxmuyan quzularçündü (Borçalı)

    Tam oxu »
  • PORUĞ

    (İmişli) bax poru. – Bir az so:ra poruğa yığılar quzı

    Tam oxu »
  • PORUMAX

    I (Oğuz) bax porramax. – Çürək porruyuf II (Gəncə) xarab olmaq. – Yumurta yaydan qalıf poruyuf

    Tam oxu »
  • PORUMUŞ

    (Gəncə) çürümüş. – Porumuş almanı uşax yeyirdi, əlinnən aldım

    Tam oxu »
  • PORUNNAMAĞ

    (Lənkəran) süst olmaq

    Tam oxu »
  • POSALAX

    (Qarakilsə, Oğuz) bax pasalax I. – Posalağ adam çox hilləkər olan şeydi (Oğuz)

    Tam oxu »
  • POSDAL

    (Barana, Basarkeçər, Borçalı, Culfa, Hamamlı, Qazax, Şəki, Şərur, Tovuz) çust. – Posdalın altı gön olor, üzü də dəri olor, özü də davansız olor (Borça

    Tam oxu »
  • POSXURTMAX

    (Çənbərək) udmaq (oyunda). – Ay İrva:m, də:n top oyununda Vəliyi posxurtdun

    Tam oxu »
  • POSPƏLƏD

    (Əli Bayramlı) darvaza. – Sırxayın pospələdi xarab olıb

    Tam oxu »
  • POSTAL

    (Ağdam, Başkeçid, Bolnisi, Borçalı, Cəbrayıl, Culfa, Hamamlı, Qazax, Şəmkir, Şərur, Yevlax) bax posdal

    Tam oxu »
  • POSTALÇI

    (Borçalı) çusttikən. – Postalını apar postalçıya tikdir

    Tam oxu »
  • POŞABOYU

    (Qazax) yabanı bitki adı

    Tam oxu »
  • POŞALIX

    poşalıx eləmək: (İrəvan) çığır-bağır salmaq. – Çox da posalığ eləmə, sənnən qorxan yoxdu

    Tam oxu »
  • POT

    (Borçalı, Qazax, Şəmkir) suda, süddə həll olunmamış un yumrucuqları (xəşildə, umacda və s.). – Pot xaşılın içindo:lur (Borçalı); – Hörrüyü qarışdırmad

    Tam oxu »
  • POTA

    (Ağdam, Başkeçid, Bolnisi, Borçalı, Qazax, Şəmkir, Tovuz) 1. biryaşar camış balası (Başkeçid, Bolnisi, Borçalı, Qazax, Şəmkir, Tovuz)

    Tam oxu »
  • POTAXIRÇ

    (Salyan) ağzınacan, ağızbaağız (doldurmaq). – Siyəzini bığdeynan potaxırç doldırdım Potaxırç olmağ – sıxışdırılmaq (darısqal yerdə)

    Tam oxu »
  • POTAQ

    (Zaqatala) kök (adam)

    Tam oxu »
  • POTAL

    (İmişli) bol

    Tam oxu »
  • POTALAY

    (Zaqatala) yabanı bitki adı

    Tam oxu »
  • POTAMAY

    (Qax) kök və yekəqarın adam

    Tam oxu »
  • POTQA

    (Ağdam, Xocavənd, Qazax, Tovuz) vəlin altında döyülməyib qalan sünbül. – Taxılı döyüf şaneynan so:ururux, potqası bir yana tüşür, duru taxılı bir yana

    Tam oxu »
  • POTQALAMAX

    (Ağdam) vəlin altında yaxşı döyülməmiş taxılı bir yerə yığmaq, toplamaq. – Taxılı so:urannan soηra onu potqalıyırdıx

    Tam oxu »
  • POTPOTU

    I (Ağdam, Xocavənd) pətənək (quşlarda) II (Borçalı) yabanı bitki adı. – Potpotu baldırğanın arasınnan çıxır Potpotu çıxarmax (Xanlar) – əngəl çıxarma

    Tam oxu »
  • POTUĞ

    (Biləsuvar, Lənkəran, Masallı) bax pota (1-ci məna). – Gomuş potuğa süt verir (Lənkəran); – Ay gədə, potuğu qovla bəri (Masallı)

    Tam oxu »
  • POTUŞ

    (Basarkeçər, Qazax) kök

    Tam oxu »
  • POTUŞDAMMAĞ

    (Çənbərək) kökəlmək. – Tutduğum küçüx’ potuşdanıf

    Tam oxu »
  • POZMAX

    (Ordubad) dərib qurtarmaq. – Gedax, mevlığı (üzümlüyü) pozax

    Tam oxu »
  • PÖHRƏ

    (Cəlilabad, Meğri) bax pörə II. – Arinin balasinə deyük pöhrə (Cəlilabad)

    Tam oxu »
  • PÖJDƏLƏMMƏG

    (Lənkəran) qarsalanmaq, yaxşı bişmədən üzü yanmaq, qızarmaq

    Tam oxu »
  • PÖJDƏMƏK

    (İmişli) yolmaq (quş tükünə aiddir). – Pöjdeyün to:uğı, bişirün

    Tam oxu »
  • PÖKƏ

    (Cəlilabad) qorxu. – Heç kəssən pökəm yoxdi

    Tam oxu »
  • PÖLDÜ

    (Qax) sümüksüz ət

    Tam oxu »
  • PÖLİŞGƏMƏG

    (Cəlilabad) solğunlaşmaq (susuzluqdan). – Çiçəklər pölişgeyib

    Tam oxu »
  • PÖRƏ

    I (Göyçay) pöhrə II (Sabirabad) beçə arı. – Pörələr çoxalmağdadu

    Tam oxu »
  • PÖRNƏK

    (Qarakilsə, Zəngilan) bax pornax I. – Pörnəklər çobanın haqqını hər ayın axırında verillər (Zəngilan)

    Tam oxu »
  • PÖRPÖTƏ

    (Borçalı) pətənək (quşlarda). – Dən dəndəx’dən gedər töyüğun pötpötəsinə

    Tam oxu »
  • PÖRŞƏLƏMƏK

    (Ağcabədi, Çənbərək, Kürdəmir) pörtmək, pörtələmək (ət haqqında). – Bir az ət vardı, pörşələdik, yedik (Ağcabədi); – Toyuğı kəsib qaynar suda pörşəliy

    Tam oxu »
  • PÖRT

    (Zaqatala) ağciyər (iri buynuzlu heyvana aiddir)

    Tam oxu »
  • PÖRTDƏX’

    (Zəngilan) pörtülüb qurudulmuş zoğal. – Pörtdəx’ bişmişdə işdənir

    Tam oxu »
  • PÖRTDƏMƏ

    (Cəbrayıl, Qazax, Mingəçevir, Şəki, Zəngilan) 1. buğda, lobya və noxudu pörtlədərək hazırlanmış yemək

    Tam oxu »
  • PÖSGÜRMƏK

    (İrəvan) udma (oyunda). – Rəşidin aşıxlarını pösgürüf əlinnən aldım

    Tam oxu »
  • PÖŞDƏMƏX’

    (Qarakilsə, Zəngilan) isti suda pörtmək. – Sən cücüyü pöşdə, mən də ayrı iş görüm (Zəngilan); – Az, toyuxları pöşdə (Qarakilsə)

    Tam oxu »
  • PÖŞƏLƏMƏK

    (Oğuz) məc. yemək, yaxşı çeynəmədən tez-tez yemək. – Hümbət üç çörəyi pöşələdi

    Tam oxu »
  • PÖTPÖTÜ

    (Gəncə, Qazax) bax pötpötə. – Pötpötü yeməlidi (Qazax)

    Tam oxu »