Azərbaycan dilinin dialektoloji lüğəti.

  • PURX

    (Dərbənd) tövlənin qabağında üstüörtülü yer. – Ay balam, purxdan çıxar bu malları, bağa burax

    Tam oxu »
  • PURNA

    (Dərbənd) yarpız. – Purna iki cürə uladu: peyvəz purna, unə <ona> hələ purna da diyədüg, o biri də cir purna

    Tam oxu »
  • PURNƏ

    (Ordubad) bax purna. – Həsən purnəni dərdi

    Tam oxu »
  • PURNİ

    (Quba) bax purna. – Purni do:- ğada çux güzəl uladu

    Tam oxu »
  • PURSUXMAX

    (Şəmkir) bax pursulmax. – Məhəmmət yaman pursuxmuşdu, də:- sən nəsə bir iş var

    Tam oxu »
  • PURSULMAX

    (Tovuz) hirslənmək. – Hamayılın bəyaxkı sözdən yaman ajığı gəlif deyni pursuxuf

    Tam oxu »
  • PURSUMAĞ

    (Quba) bax pursulmax. – Nədən acuğuva gəlüb pursudun?

    Tam oxu »
  • PURTƏZƏLİ

    (Qax) od, köz qarışdırmaq üçün ucu əyri uzun dəmir

    Tam oxu »
  • PURTSİY

    (Zaqatala) yalançı. – İnsanın ən pis sıfatlarınnan biri də purtsiy olmaxdı

    Tam oxu »
  • PURUX

    (Zəngəzur) həmişəyaşıl yabanı bitki adı

    Tam oxu »
  • PURUXLIX

    (Zəngəzur) çoxlu purux bitən yer

    Tam oxu »
  • PUS

    (Axalsxi) duman

    Tam oxu »
  • PUSDAL

    (Qazax) bax posdal. – Pusdalı arvatdar geyir

    Tam oxu »
  • PUSDUMARI

    (Gəncə) zərif (tənzif). – Üç arşın pusdumarı cuna aldım

    Tam oxu »
  • PUSQURMAĞ

    (Tabasaran) asqırmaq. – Uşağ pusquradı

    Tam oxu »
  • PUSLAMMAX

    (Axalsxi) dumanlanmaq. – Yenə bahar olub puslandı dağlar

    Tam oxu »
  • PUSLU

    (Axalsxi) dumanlı. – Çox puslu gündə yağmur yağar

    Tam oxu »
  • PUSTAL

    (Başkeçid, Qazax) bax posdal

    Tam oxu »
  • PUSTAN

    (Ordubad) yetişib tağdan özü qopan yemiş. – Pustan qavın şirin olur

    Tam oxu »
  • PUSUS

    (Naxçıvan, Ordubad) gildən hazırlanmış çıraq. – Qabaxda pususu palçıxdan qayırardılar (Naxçıvan); – Bizzər qəbaxda pusus yandırardıx (Ordubad)

    Tam oxu »
  • PUŞ

    (Gədəbəy, Tovuz) təzək. – Puşun torpağa xeyri var, torpağ o sa:t canə:lir <cana gəlir> (Tovuz)

    Tam oxu »
  • PUŞDAMAX

    I (Gəncə) dağıtmaq. – Əkinnərin arasındakı xəndəx’ləri puşdamıyın! II (Cəbrayıl) sınıq şüşə qabları (çaynik, boşqab və s

    Tam oxu »
  • PUŞDAMMAX

    (Qazax) dağılmaq. – Sahənin içində olan böyük qajdar traxdornan puşdammışdı

    Tam oxu »
  • PUŞDİ

    (Şəki) böyük yastıq. – Gəlin gələndə iki dənə puşdi gətirmişəm

    Tam oxu »
  • PUŞGƏ

    (Şamaxı) təzək. – Puşgəni ocağda yandırallar

    Tam oxu »
  • PUŞĞURMAĞ

    (Dərbənd) fınxırmaq. – At puşğuradı

    Tam oxu »
  • PUŞQAX

    I (Basarkeçər, Çənbərək, Culfa, Naxçıvan, Tovuz, Şuşa) künc. – Əvin puşqağın toz basıf (Basarkeçər); – Lapatqa damın puşqağındadı (Çənbərək); – İşi yo

    Tam oxu »
  • PUŞQU

    (Naxçıvan, Şərur, Şuşa) mişar, bıçqı. – Balaca ağaşdar puşquynan kəsilir (Şərur); – Puşqunu gəti, odunu puşquluyax (Şuşa)

    Tam oxu »
  • PUŞQULAMAX

    (Şuşa) mişarlamaq, bıçqılamaq. – Bu taxdanı ortadan puşqulamax lazımdı

    Tam oxu »
  • PUT

    I (Qubadlı, Tərtər) bax pıt I. – Ağacın putunda qurt var (Qubadlı) II (Balakən) künc. – Öyün yuxarı putunda oturmuşdu Put daşı (Ağcabədi, Bərdə) – yo

    Tam oxu »
  • PUTDAMAX

    (Ağdam, Ağdaş) çürümək (ağaca aiddir). – Ağaja çipo:ul tüşür, ağac putduyur (Ağdam); – Bu şalman putdayıb (Ağdaş)

    Tam oxu »
  • PUTDIX

    (Zaqatala) varlı, dövlətli

    Tam oxu »
  • PUTUL

    (Lənkəran) çürük (ağaca aiddir)

    Tam oxu »
  • PUYXURMAX

    (Çənbərək) məc. yemək. – Alxan bir quzuyu bir dəfiyə puyxurdu

    Tam oxu »
  • PÜÇÜX’MƏX’

    (Qarakilsə, Meğri) fikrə dalmaq. – Ə, Səməd dayı, niyə həylə püçüx’- müsən?

    Tam oxu »
  • PÜFƏ

    I (Əli Bayramlı, Salyan, Tovuz) 1. yonqar (Əli Bayramlı, Salyan). – İrəndənin ağzınnan çıxır püfə (Əli Bayramlı); – Püfə taxdadan tez yanar (Salyan);

    Tam oxu »
  • PÜFƏRƏX’

    (Cəbrayıl) tez, cəld

    Tam oxu »
  • PÜFÜRÜK

    (Zaqatala) puç (qoza, fındığa aiddir)

    Tam oxu »
  • PÜX’DƏRMƏX’

    (Qazax, Şəmkir, Tovuz) eşmək. – Nəziy ifləri püx’dərerik kin, sonra işdə:ndə qırılmasın (Tovuz)

    Tam oxu »
  • PÜK

    (Oğuz) mamır

    Tam oxu »
  • PÜKCƏ

    pükcə çiçəyi: (Qazax) yabanı bitki adı. – Pükcə çiçəyini toplamağ asandı

    Tam oxu »
  • PÜKÜRƏM

    (Şəmkir) otluq (yer). – Burya girmə, pükürəmdi, ilan-çiyan olar

    Tam oxu »
  • PÜLƏMİD

    (Bakı) b ax pələmird. – Uşağ çox püləmiddi

    Tam oxu »
  • PÜLK

    (Gəncə) lax (yumurta)

    Tam oxu »
  • PÜLÜCÜK

    (Şərur) qarğıdalı dənələrinin yerləşdiyi hissə

    Tam oxu »
  • PÜLÜX’

    (Gədəbəy) kök (heyvan). – Bu çox pülüx’ heyvandı

    Tam oxu »
  • PÜLÜŞ

    (Salyan) puçal (çaya aiddir). – Zəkiyə, çaynikdən çayın pülüşün at gessin Pülüşdən çıxmax (Cəbrayıl) – yanıb qabarmaq, suluqlamaq

    Tam oxu »
  • PÜLÜŞÜX’

    pülüşüx’ çıxmax: (Qarakilsə) yanıb suluqlamaq. – Dərisi pülüşüx’ çıxıp

    Tam oxu »
  • PÜNƏ

    I (Lənkəran) bax purna II (Balakən) çəltik kəpəyi

    Tam oxu »
  • PÜRÇÜKLÜ

    (Ağbaba) kök, yerkökü

    Tam oxu »