Azərbaycan dilinin dialektoloji lüğəti.

  • SAL

    I (Quba) tez-tez xəstələnən (adam). – Sal adamun işi çətin uladı ◊ Sal ulmağ – tez-tez xəstələnmək. – Məsələn, diyədü ki, filankəs həmişə sal uladu II

    Tam oxu »
  • SALAB

    (Şamaxı) selin açdığı dərə, yarğan. – Salabdan su axırmış

    Tam oxu »
  • SALACA

    (Ağdam, Gədəbəy) tabut. – Me:jit salaca usdasıdöy (Gədəbəy)

    Tam oxu »
  • SALAĞA

    salağa eləmək: (Salyan) nişan vermək. – Gülverdini mə: sən salağa elədün

    Tam oxu »
  • SALAĞANTA

    (Qazax) işsiz, boş-bikar. – Niyə salağanta gəzirsəη, gedif bir işin ujunnan yapışsaηa!

    Tam oxu »
  • SALAĞAT

    salağat verməx’: (Gəncə) nişan vermək, göstərmək. – Oranı maηa salağat versəη özüm gedərəm

    Tam oxu »
  • SALAHLI

    I (Qəbələ) əlverişli. – Kolxozda işləmək salahlıdı II (Salyan) səliqəli. – Gördüyü işlərə baxdım, salahlı bənnıya oxşıyır

    Tam oxu »
  • SALAXANTA

    (Çənbərək) laqeyd. – Qanı Mühəmmət salaxanta şeydi, ona a:dı umutdo: lamaz adam

    Tam oxu »
  • SALAMLUĞ

    (Quba) dəhliz. – Salamluğda salam veribəni, gürüşübəni içəri girəduğ

    Tam oxu »
  • SALAT

    (Qax) səməni

    Tam oxu »
  • SALAVAT

    (Meğri) çaylarda üzərindən keçmək üçün yarayan buz örtüsü. – Mırğıdan yenişə hər il Ərəzin üsdə salavat düşer

    Tam oxu »
  • SALAVAYTOP

    (Bərdə) uşaq oyunu adı

    Tam oxu »
  • SALAVEY

    (Bərdə, Gədəbəy, Qazax, Tovuz) səlbə. – Salavey atarsan, tut tökülər yerə (Bərdə); – Bir salavey atdım, amma dəymədi (Qazax); – Yetənə yetir, yetmiyən

    Tam oxu »
  • SALBAY

    (Zaqatala) bax salavey. – Salbayı bərk at, çoxlu qoz tökülsün; – Əhmədin salbayı büyüx’dü

    Tam oxu »
  • SALBEX’

    (Şəki) bax salavey. – Salbeynən töhdürüf yığırıx el çatmiyən yerdən meyvəni

    Tam oxu »
  • SALBEY

    (Balakən, Bərdə, Qax, Zaqatala) bax salavey. – Salbeynan ağaşdan qos saldırram (Bərdə)

    Tam oxu »
  • SALBƏND

    (Ordubad) daş döşənmiş (küçə). – Bu küçə salbənddi

    Tam oxu »
  • SALBIL

    (Hamamlı) uşaq oyunu adı

    Tam oxu »
  • SALBILBIL

    (Hamamlı) bax salbıl. – Salbılbılı toylarda çox oyno:rux

    Tam oxu »
  • SALÇƏX’MƏ

    (Qazax) qanlı ishal

    Tam oxu »
  • SALDAN

    (Dərbənd, Tabasaran) arabanın qollarını boyunduruğa calayan uzunhacalı ağac. – Hele yarani – saldani bəbin ağacinnən düzəltillər (Tabasaran)

    Tam oxu »
  • SALĞAMAX

    (Gəncə, Gədəbəy, Qazax) 1. nişan vermək, göstərmək. – Azmışdılar yolu, salğadım getdilər (Qazax); – Dünənnəri salğadım dağıη yolunu Quluya (Gədəbəy) 2

    Tam oxu »
  • SALĞAR

    I (Balakən, Qax, Kürdəmir, Salyan, Zaqatala) 1. tərəcə, qamışdan hörülmüş dam örtüyü (Kürdəmir, Salyan)

    Tam oxu »
  • SALĞARI

    (Oğuz) sümsük (it). – Salğarı gəzəyən bir it vardı, adam tutan döyüldü

    Tam oxu »
  • SALĞARRI

    I (Kürdəmir) ağırtəbiətli. – Salğarrı adamın hürməti çox olar II (Salyan) səliqəli. – Gülxa: m salğarrı iş görür

    Tam oxu »
  • SALĞINTI

    (Laçın) saymazyana. – Binnət çox salğıntı gəzir

    Tam oxu »
  • SALXAQ

    (Yardımlı) bərabər. – Tayı salxaq elə, düşməsin

    Tam oxu »
  • SALXMAĞ

    (Salyan) sallanmaq. – Pencəg əgnimə çox bö:gdi, qolları salxır

    Tam oxu »
  • SALIC

    (Culfa) bax salıx. – Salıcu: Qarabaşdan almışam

    Tam oxu »
  • SALIX

    (Borçalı, Gədəbəy, Gəncə, Xanlar, Qazax, Şəmkir, Tərtər) 1. xəbər 2. soraq ◊ Salığını almax (Gəncə) – 1

    Tam oxu »
  • SALIXLAMAX

    (Xanlar) 1. yol göstərmək 2. başa salmaq. – Sən dediyin adamı göndər, mənim borcum onu salıxlamaxdı

    Tam oxu »
  • SALIMÇAX

    (Göyçay, Qazax, Laçın) yelləncək. – Salımçağı kim asıf? (Qazax); – İrza salımçaxda üçünür (Göyçay)

    Tam oxu »
  • SALIZ

    (Şəki) yavaş hərəkət edən, tələsməyən, ehmal. – Salız adam elə hər yerdə salız olar

    Tam oxu »
  • SALLAX

    I (Şəmkir) qayıq dayanan yer. – Camışdarı sallaxdan öyzə sığıdım II (Qazax) eniş. – Göyəzəndə bir sallax var, həməşə ordan tüşörüx’ ◊ Sallax salmax (Q

    Tam oxu »
  • SALLAXANIM

    (Qax) ev bitkisi adı

    Tam oxu »
  • SALLAMA

    I (Gəncə) yanlarından qızıl, gümüş və s. bəzək şeyləri sallanan toqqa. – Belində sallama toqqası var II (Balakən, Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd,

    Tam oxu »
  • SALLAMAX

    (Hamamlı) döşəmək. – İnəyin altın iri daşdarnan sallı:rıx

    Tam oxu »
  • SALLAŞMAĞ

    (Şamaxı) arası dəymək, düz gəlməmək. – Olar biziynən çoxdan sallaşıblar

    Tam oxu »
  • SALLAYI

    (Cəbrayıl) işsiz, avara, bikar

    Tam oxu »
  • SALMA

    salma çay: (Basarkeçər, Cəbrayıl, Culfa, Göyçay, Qax, Şəki, Şərur, Zəngilan) şirin çay. – Salma çaynan bir tikə çörəx’ yemişəm (Zəngilan); – Sə:rdən b

    Tam oxu »
  • SALMAĞ

    (Şamaxı) sallanmaq. – Gecə qalxar, günüz salxar (cəftə)

    Tam oxu »
  • SALMANCA

    (Ağdam, Cəbrayıl, Kürdəmir, İrəvan) 1. b a x salmanja (Ağdam, Cəbrayıl, Kürdəmir). – Salmancadan do:ğa bişirrüg (Kürdəmir); – Qızdar salmanca yığdılar

    Tam oxu »
  • SALMANCADUAĞ

    (Şamaxı) güzgünün üzərinə salınan bəzəkli pərdə. – Güzgünün salmancaduağın sal

    Tam oxu »
  • SALMANJA

    (Zəngilan) yeməli yabanı bitki adı. – Salmanja, saldımi saja, sən bişincə mən aja

    Tam oxu »
  • SALMANTƏRƏ

    (Ucar) yeməli yabanı bitki adı. – Salmantərənin yaxşı do:ğası olur

    Tam oxu »
  • SALPANA

    (Hamamlı) xırda daş, daş qırıntısı. – Divarı örəndə daşdarın arasına salpana qoyurux kun, boş yer qalmasın

    Tam oxu »
  • SALSAL

    (Basarkeçər) qanmaz. – Sən nə salsal adamsaη? Bu qədər de:rəm başa düşmürsən

    Tam oxu »
  • SALT

    (Başkeçid) tək, tənha

    Tam oxu »
  • SALTAB

    (Balakən, Zaqatala) çardaq növü. – Yaxşı saltabdı, su buraxmır (Zaqatala); – Bu gün bir araba bə:lim qoyub, inəyə saltap qayırdım (Balakən)

    Tam oxu »
  • SALTUK

    (Balakən) gənc qadınların toy paltarı

    Tam oxu »