Azərbaycan dilinin dialektoloji lüğəti.

  • SƏMRƏ

    (Qax, Zaqatala) 1. duman 2. sis

    Tam oxu »
  • SƏMRİ

    (Salyan) kök. – Mırad səmri adamdı

    Tam oxu »
  • SƏMRİMƏG

    (Lənkəran, Salyan) 1. kökəlmək 2. yaxşılaşmaq. – Hindi hava səmriyər; – Məza:him mə:llim səmriyib (Salyan)

    Tam oxu »
  • SƏMRİMƏX’

    (Qazax, Meğri, Mingəçevir) bax səmriməg. – Dağda yeyif səmriyer (Qazax); – Yemisən, səmrimisən, əxi mən sənnən gələ billəm? (Meğri)

    Tam oxu »
  • SƏNDİRRƏMƏX’

    (Meğri) büdrəmək. – Balacə dəyirmanın qabağında qatır səndirrədi, iras düşdü, özün genə yığışdırdı

    Tam oxu »
  • SƏ:NƏX’

    (Qarakilsə) bax səyənəx’

    Tam oxu »
  • SƏNƏKDAN

    (Gəncə) ombanın başı. – Ağaşdan yıxılan günnən sənəkdanım yaman ağrıyır

    Tam oxu »
  • SƏNƏMƏKİ

    (Şəki) bitki adı. – Sənəməki: n toxumu, çiçəyi olur

    Tam oxu »
  • SƏ:NƏY

    (Ağcabədi) bax səyənəx’. – Sə:nəy iti tutan kimin ölür

    Tam oxu »
  • SƏNGƏG

    (Ərdəbil, Naxçıvan, Təbriz, Zəncan) lavaşaoxşar çörək. – Ma:şalla, səngəgpəz Həsən qəribə səngəg pişirir (Naxçıvan)

    Tam oxu »
  • SƏNGƏH

    (Gəncə, Ordubad) bax səngəg. – Bu gün nahara səngəhnən pendir yidim (Ordubad)

    Tam oxu »
  • SƏηƏHLİ

    (Qazax) ombanın başı. – Belimiη səηəhlisi ağrıyer

    Tam oxu »
  • SƏηƏX’LİX’

    (Çənbərək) bax səηəhli. – Büyn çox işdədim deyn səηəx’liyim qırılır

    Tam oxu »
  • SƏNGİMƏX’

    (Çənbərək, Gədəbəy, Şəmkir) sakitləşmək, yavaşımaq, ara vermək. – Yağış səngiyənətən oturğunan gap elə:x’ bir az (Gədəbəy); – Qızı çox yerdən isdiyill

    Tam oxu »
  • SƏNGİSİTARƏ

    (Lerik) boyunbağıya keçirilən qiymətli qaş-daşın bir növü. – Boyunbağıda səngisitarə vardı

    Tam oxu »
  • SƏPBƏ

    I (Göyçay) məxmərək. – Qızı səpbə tutub II (Salyan) əkin. – Səpbə yerində arpa-bığda əkillər III (Tərtər) boranıplov

    Tam oxu »
  • SƏPƏL

    (Qax) murdar

    Tam oxu »
  • SƏPƏRTDƏK

    (Salyan) boyun damarı. – Elə vırdi ki, boynımın səpərtdəki qırıldı

    Tam oxu »
  • SƏPGƏK

    (Lənkəran) lavaşın bir növü

    Tam oxu »
  • SƏPGİ

    (Meğri) qayda, adət. – Bizim səpgimiz belədi

    Tam oxu »
  • SƏPÖ:R

    (Göyçay) səpindən sonra sahənin şumlanması

    Tam oxu »
  • SƏPPƏ

    (İsmayıllı) gildən hazırlanmış dayaq (saç, qazan və s. üçün) – Səppə qoy, sacı as

    Tam oxu »
  • SƏPPƏCUVAR

    səppəcuvar eləmax: (Balakən) biabır eləmək, rüsvay etmək. – Əlinin oğlu Umar yetimi səppəsuvar elədi

    Tam oxu »
  • SƏRAB

    I (Ordubad) əkinə üçüncü dəfə verilən su II (Lənkəran) abqora, qora suyu

    Tam oxu »
  • SƏRBİRAH

    sərbirah eləməg: (Şamaxı) sahmana salmaq, qaydaya salmaq. – Sən ged, mən də bu işdəri sərbirah eliyib gəlirəm

    Tam oxu »
  • SƏRCAM

    (Şamaxı) dairəvi dərin mis qapaq. – Sərcamun bö:rinnən deşiyi var

    Tam oxu »
  • SƏRÇƏBUDI

    (Xaçmaz, Quba) armud növü adı. – Sərçəbudı yaxşi armud dəgil (Quba)

    Tam oxu »
  • SƏRÇƏLƏ

    (Xanlar) çeçələ barmaq. – Balaca barmağa sərçələ deyrəx’

    Tam oxu »
  • SƏRÇİ

    (Şərur) bax sərəçi. – Əkin suvaranda su başqasının yerinə keşməsin deyə bir sərçi qazarux

    Tam oxu »
  • SƏRDABA

    (Salyan) əhvalat. – O:n sərdabası çox deyiləcəgdi

    Tam oxu »
  • SƏRDAXIL

    (Lənkəran) qəbiristan

    Tam oxu »
  • SƏRDAN

    (Culfa, Qafan, Zəngilan) malqaranın yığıldığı və ya sağıldığı yer. – Bizim cöngə sərdanda yoxdı, yə:qin ki, qurd yedi (Qafan); – Fərzəli qoyunu sərdan

    Tam oxu »
  • SƏRDƏHNƏ

    (Gəncə, Qazax) 1. istifadəsiz axan su (Qazax) 2. suçıxan, sututan sahə (Gəncə). – Bizim arx elə sərdəhnə axer (Qazax); – Sənin yerin sərdəhnədədi (Gən

    Tam oxu »
  • SƏRDƏN

    (Culfa, Füzuli, Gəncə, Xanlar, Qazax, Oğuz, Şəmkir, Tovuz, Zəngilan) 1. bax sərdan. – Sərdən belə açıx yerdi, orda mal da saxlanar, qoyun da (Xanlar);

    Tam oxu »
  • SƏRDƏNNƏMƏX’

    (Çənbərək) seyrəltmək, səpələmək (qoyun-quzuya aiddir). – Çovannar quzuyu əmişdirəndə sərdənniyir deyin qoyun balasın tez tapır

    Tam oxu »
  • SƏRDƏSİ

    (Bakı) başdansovdu, birtəhər, başdan eləmə

    Tam oxu »
  • SƏRDƏST

    (Zəngibasar) heyvanın bel əti. – Mu:n sərdəstini də ma: verərsən, yaxcımı?

    Tam oxu »
  • SƏRDİG

    (Quba) taxtadan qayırılmış qazan qapağı. – Qazanun ağzini sərdignən ürt

    Tam oxu »
  • SƏRDUVAĞ

    (Salyan) qabların ağzına qoyulan qapaq. – Qazanın sərduvağı yoxdı

    Tam oxu »
  • SƏREX’

    (Meğri) həqiqi, düzgün. – İramazan sərex’ sözün mx: deyip, o bir də bu vilayətə qeyitmecex’

    Tam oxu »
  • SƏRƏ

    I (Zaqatala) qurum. – Turbadan sərəni təmizdə! II (Meğri, Ordubad) suluf. – Tökecəm mejmeyinə düyünü, sərəsin bicə-bicə təmizdə:n (Meğri); – Düyünün s

    Tam oxu »
  • SƏRƏCƏ

    (Zəngibasar) bostan-tərəvəz sahələrinin baş tərəfi. – Xiyarrarı yığıf tığlamışıx sərəcələrə

    Tam oxu »
  • SƏRƏÇİ

    (Şərur) əkin yerinin qutaracağında suyun başqa sahələrə keçməməsi üçün qazılmış kiçik arx

    Tam oxu »
  • SƏRƏF

    (Bakı) bax sarağ (2-ci məna). – Adə, bu ağacdəri əkirsən birbaşdi, sərəfi sındırginən, sal şirəyə ağacün kötügini, undə lap əntiqə olar

    Tam oxu »
  • SƏRƏG

    (Göyçay, Kürdəmir, Şamaxı, Ucar) yüngül, ağıldankəm, gic, axmaq. – Sərəg adamdı, o:n neyinnən danışırsan; – Adam sərəg olmaz (Kürdəmir); – Sərəg adam

    Tam oxu »
  • SƏRƏGLƏMƏG

    (Şamaxı) ağlına gələni danışmaq, yersiz danışmaq. – İclaslarda sərəgləməg ayıbdı

    Tam oxu »
  • SƏRƏK

    (Zaqatala) qorxaq

    Tam oxu »
  • SƏRƏQƏT

    (Quba) evin bayır tərəfindən damla divarın və tirlərin (pərdilərin) arasında qalan boşluq. – Sərəqətdə quş yuva tikib üzüyçün

    Tam oxu »
  • SƏRƏLƏMƏG

    (İmişli) balıq tutmaq üçün xüsusi alət. – Balığı elə sərələmisən, tikə-tikə olub

    Tam oxu »
  • SƏRƏLİ

    (Cəlilabad) tavada yağla bişirilən fətirəoxşar çörək növü

    Tam oxu »