Azərbaycan dilinin dialektoloji lüğəti.

  • TİLİLƏMƏK

    (Zaqatala) 1. döymək, əzişdirmək 2. daşa basmaq. – Əhməd Səlimi tililədi

    Tam oxu »
  • TİLİM

    (Xanlar) bax tilət I. – Muna iki dəfədi ki, dəstə düzəldirəm, özü kəsərsiz tilimdi

    Tam oxu »
  • TİLİSBƏT

    (Qarakilsə) keyfiyyətsiz. – İsdol dəyillər ki, tilisbətdi hamısı

    Tam oxu »
  • TİLİŞBƏLƏMƏX’

    (Ağdam) odunu, taxtanı və s. uzununa xırda-xırda parçalara bölmək. – Bu odunu tilişbələməx’ isdiyirəm

    Tam oxu »
  • TİLİT

    (Bakı) heyvanlar üçün islanmış jmıx və samanın qarışığından hazırlanan yem. – A kişi, gün batıb, tilit düzəld ki, hindi heyvannar gələr

    Tam oxu »
  • TİLİZ-PİLİZ

    (Zaqatala) lazımsız paltarpalaz

    Tam oxu »
  • TİM

    (Qax) çınqıl

    Tam oxu »
  • TİMİG

    (Şamaxı) bax tilət II

    Tam oxu »
  • TİMİGLƏŞMƏG

    (Şamaxı) işlənmək nəticəsində sürtülüb nazilmək. – Aş qazanı timigləşir

    Tam oxu »
  • TİMİL

    (Meğri) iki hündür təpə arasındakı keçid. – Üsdən yenişə hər timildə bir atdı çıxərdi qəbağıma

    Tam oxu »
  • TİMİLLO:

    (Salyan) quzu aşığı. – Sə: üş timillo: verim, bir zilan ver mə:

    Tam oxu »
  • TİMO

    (Ağdam, Bakı, Cəlilabad) zökəm. – Uş gündü timo olmuşam, burnum-başım axır (Ağdam)

    Tam oxu »
  • TİMRİ

    (Əli Bayramlı) utanmadan, həyasızcasına. – Cəbrayıl məni timri biabır elədi

    Tam oxu »
  • TİN

    I (Ordubad) kömürün dəmi ◊ Tin vurmax (Ordubad) – kömürün dəmi ilə zəhərlənmək. – Dünən məni tin vurmuşdu, başım yaman ağrıyırdı II (Quba) böyük barda

    Tam oxu »
  • TİNƏ

    (Zaqatala) 4-5 baş qoyun və ya buzov tutan yer. – Tinəni təmizdə

    Tam oxu »
  • TİNGİLİMBİLİ

    (Zaqatala) uşaq oyunu adı. – Əliynən Vəli tingilimbili oynuyur

    Tam oxu »
  • TİNİ

    (Şamaxı) nüfuzlu, sözükeçən. – Oa heç kəs batammaz, çox tini adamdı

    Tam oxu »
  • TİNİG

    (Əli Bayramlı, Sabirabad) qısaboylu. – Görmüşəm Əlisafanı, tinig kişidi

    Tam oxu »
  • TİNQƏ

    (Qax, Zaqatala) zirvə

    Tam oxu »
  • TİNNƏBAXAN

    (Bakı) parça növü

    Tam oxu »
  • TİNYƏT

    (Ordubad) xasiyyət. – Həsə:n tinyəti yaxşıdı

    Tam oxu »
  • TİPİ

    (Bolnisi) qarla qarışıq əsən külək. – Dağ başında tipi əsər

    Tam oxu »
  • TİR

    I (Oğuz, Şəki, Zaqatala) ləklər arasındakı torpaq arakəsmələr ◊ Tir vurmax (Oğuz) – suyun kənara axmaması üçün ləklər arasında arakəsmə düzəltmək

    Tam oxu »
  • TİR-TİP

    (Qarakilsə) 1. forma 2. xarici görkəm. – Tip-tipi nəyə oxşuyur?

    Tam oxu »
  • TİRBƏND

    (Ağdam) hasar

    Tam oxu »
  • TİRCAN

    (Lənkəran) qamışlı bataqlıq

    Tam oxu »
  • TİRƏ

    I (Ağdam, Gədəbəy, İmişli, Qarakilsə, Qazax, Qubadlı, Laçın, Sabirabad, Şəmkir, Tovuz) 1. nəsil 2. tayfa 3

    Tam oxu »
  • TİRƏ-TİRƏ

    (Şuşa) tərəf-tərəf, dəstədəstə. – Uşaxlar tirə-tirə oluf dalaşıllar

    Tam oxu »
  • TİRƏBORAN

    (İrəvan) arasıkəsilmədən yağan yağış. – O tirəboranda mən yoldaydım

    Tam oxu »
  • TİRƏLİX’

    (Zəngibasar) nifaq. – Elə eləmə: nən kin, aramızda tirəlix’ tüşsün heş nədən sarı

    Tam oxu »
  • TİRƏLİTƏ

    (Biləsuvar, Cəlilabad) kətmən. – Tirəlitənin ağzı kütəlib (Biləsuvar) ◊ Tirəlitəsini vırmax (Biləsuvar) – kətmənlə alağını vurmaq; dibini boşaltmaq

    Tam oxu »
  • TİRFƏNG

    (Cəbrayıl) yabanı bitki növü

    Tam oxu »
  • TİRİY

    (Zaqatala) iriquyruq Dağıstan qoyunu cinsi. – Aldığımız tiriyları qat sürüyə, qoy otdasunnar

    Tam oxu »
  • TİRQAT

    (Qax, Zaqatala) mətbəx

    Tam oxu »
  • TİRRƏMƏX’

    (Meğri) vurub yıxmaq. – Ayını tirre:p Tervənti quzayında, sifariş eler ki, mal gətirin

    Tam oxu »
  • TİSBİRRİX’

    (Naxçıvan, Ordubad) 1. çətinlik 2. əziyyət. – Qardaş oğlı, biz tisbirrix’ çətinniyə, əziyətə deyərix’ (Naxçıvan) ◊ Tisbirriyə düşməx’ (Ordubad); 3

    Tam oxu »
  • TİSƏX’

    (Borçalı, Qazax) dumanlı havada yağan narın yağış. – Genə bu tisəx’ başdadı, gün üzünə həsrət qaldıx (Qazax)

    Tam oxu »
  • TİSƏX’LƏMƏX’

    (Ağdam, Borçalı, Şuşa) narın yağış yağmaq. – Genə başdıyıfdı tisəx’- ləməyə (Ağdam); – Neçə gündü tisəx’liyir, gün üzünə həsrət qalmışıx (Şuşa)

    Tam oxu »
  • TİSKİNMAX

    (Şəki) iyrənmək. – Aşdan da laf tiskinmişəm

    Tam oxu »
  • TİŞ

    (Xanlar) təkərdə topla şini birləşdirən hissə, təkərin dəndənəsi. – Tiş börkünən topun arasında oloy

    Tam oxu »
  • TİŞARI

    (Şuşa) bayır, çöl. – Həsən tişarıda qaldı, mən içəri girdim; – Tişarıda niyə durursaη, içəri gəl

    Tam oxu »
  • TİŞBÖRK

    (Xanlar) araba təkərində dəndənə ilə şinin arasında olan qövsşəkilli taxta. – Tişbörk şinnən tiştərin arasında olur

    Tam oxu »
  • TİŞDƏMƏ

    (Ağdam, Şuşa) bax dişdəmə. – Şirin işmirəm ma: bir istikan tişdəmə ver (Ağdam); – Şirin çayı işməx’ olmur, bir tişdəmə versəη içərəm (Şuşa)

    Tam oxu »
  • TİŞƏ

    (Ucar) körpə qamış. – Tişədən hasar çəkirik qapıya; – Tişə böyüyəndə qamış olur

    Tam oxu »
  • TİŞƏX’

    (Qazax) vəlin taxtasında alt tərəfdən açılmış oyuqlara keçirilən daş parçaları

    Tam oxu »
  • TİŞƏMƏX’

    (Zəngibasar) bıçqını, mişarı itiləmək. – Apar xizəri əmin tişəsin, gət gə

    Tam oxu »
  • TİŞƏRMƏX’

    I (Gəncə) görünmək, bir qədər nəzərə çarpmaq. – Papağı elə tikif ki, tüxlərin arasınnan tikişi tişərir II (Ağdam, Bərdə, Mingəçevir) bax dişərməx’

    Tam oxu »
  • TİTDİLİ

    (Qazax, Mingəçevir) bax ditdili. – Beyjə yaman titdili vardı (Qazax); –Titdilinin əlinnən yatmamışam (Mingəçevir)

    Tam oxu »
  • TİTƏ

    (Borçalı, Gədəbəy, Meğri, Şəmkir, Şuşa) gözün qarasına düşən ağ ləkə. – Gözündə titə var onun (Borçalı) ◊ Titə tüşməx’ (Ağdam, Gədəbəy, Tərtər, Şəmkir

    Tam oxu »
  • TİTMƏĞ

    (Quba) tətik. – Tüfəngün titməği sınıtdu

    Tam oxu »