TİLİZ-PİLİZ
TİMİG
OBASTAN VİKİ
Tim
Tim - vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. == Həyatı == Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. == İstinadlar == == Xarici keçidlər == Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Tim Conway
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Dankan
Tim Dankan, (25 aprel 1976[…]) karyerasını başa vurmuş, 19 il NBA komandalarından olan San-Antonio Spörs forması geymiş peşəkar amerikalı basketbolçu. Tim Dankan NBA tarixində ilk 3 mövsümdə liqanın bütün simvolik komandalarına düşən 2–ci basketbolçudur. == Həyatı == 1976-cı ildə anadan olan Dankan basketbolla 9-cu sinifdən məşğul olmağa başlayıb. Uşaqlıqda üzgüçülüyə gedən Tim 400 metr məsafəyə sərbəst üsulda öz yaş qrupunda ölkə çempionu olub. Lakin 1989-cu ildə Xyuqo Uraqanı hovuzu yararsız hala gətirdikdən sonra o üzgüçülüklə vidalaşır. Veyk Forestdə psixolgiyadan təhsil alan Dankan soyuq silah kolleksiyası toplayır. Onun kolleksiyasında hətta uzunluğu 92 santimetr olan Samuray qılıncı da var. San-Antonio Spörs komandasının bütün ev oyunlarında xeyriyyə məqsədilə 25 bilet alaraq azarkeşlərə verən Dankan 2000-ci ildə boulinq turniri təşkil edərək, oradan əldə edilən 100000 dolları xarçənglə mübarizə edən xəstəlik fonduna yönəldib. Həmçinin bir neçə şirkətlə reklam müqavilələrindən gələn gəliri də ehtiyacı olan xərçəng xəstələrinin müalicəsinə ünvanlayıb. Bundan əlavə ənənəvi qolf turniri təşkil edərək mənfəəti Kids sorts Netvork təşkilatına keçirir.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Kuk
Timothy D. "Tim" Cook (1 noyabr 1960, Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.
Tim Makkord
Tim Pik
Tim Pik (ing. Timothy Nigel Peake; 7 aprel 1972, Çiçester[d]) — Avropa Kosmik Agentliyinin astronavtı. == Əsərləri == Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.]. — London : Century, 2016. — 239 p. — ISBN 978-1780897158. — OCLC 975302603. Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.].
Tim Robbins
Tim Robbins (16 oktyabr 1958[…]) — amerikalı aktyor, kinorejissor və musiqiçi. O, The Şouşenkdən qaçış (1994) filmində Endi Dyufrey obrazı ilə tanınır və Oyunçu (1992) və Mistik çay (2003) filmlərindəki rollarına görə Akademiya Mükafatı və iki Qızıl Qlobus Mükafatı qazanıb.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
Tim Berners-Lee
Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur. == Həyatı == Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-ci ildə özünə İngiltərə Kraliçası tərəfindənsor (sir) ünvanı verilmişdir. == Fəaliyyəti == Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-ci ildə, inkişaf etdirmişdir. 1994-ci ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır.
Tim Berners-Li
Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur. == Həyatı == Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-ci ildə özünə İngiltərə Kraliçası tərəfindənsor (sir) ünvanı verilmişdir. == Fəaliyyəti == Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-ci ildə, inkişaf etdirmişdir. 1994-ci ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır.
Tim Berners Li
Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur. == Həyatı == Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-ci ildə özünə İngiltərə Kraliçası tərəfindənsor (sir) ünvanı verilmişdir. == Fəaliyyəti == Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-ci ildə, inkişaf etdirmişdir. 1994-ci ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır.
Tim Bernerz Li
Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur. == Həyatı == Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-ci ildə özünə İngiltərə Kraliçası tərəfindənsor (sir) ünvanı verilmişdir. == Fəaliyyəti == Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-ci ildə, inkişaf etdirmişdir. 1994-ci ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır.
Tim Keyn (geymdizayner)
Tim Keyn (ing. Tim Cain; 25 avqust 1965) — ABŞ geymdizayneri, proqramçısı və prodüseri. O, orijinal "Fallout" (1997) videooyununun istehsalında iştirak edən ən vacib şəxslərdən biridir. Keyn Leonard Boyarski və Ceyson Anderson ilə birlikdə müstəqil "Troika Games" studiyasını qurmazdan əvvəl altı il "Interplay" şirkətində çalışmışdır. o, "Troika Games" studiyasında işləyərkən "Arcanum: Of Steamworks and Magick Obscura" (2001), "The Temple of Elemental Evil" (2003) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. == Şəxsi həyatı == Keyn irsi rəng korluğundan əziyyət çəkir. O, yemək bişirməyi, xüsəsən də Yaponiya və Çin mətbəxlərindən olan yeməkləri bişirməyi evir. O, Robert Land adlı bir kişi ilə evləndirmişdir. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Tim Keyn — MobyGames saytında.
A Matter of Time (Sennek mahnısı)
A Matter of Time (azərb. Zaman məsələsi‎) — Belçikanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sennek "A Matter of Time" mahnısı ilə Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcək. Mahnı ifaçı Laura Qrusıniken və eyni zamanda onun musiqi yoldaşları olan Aleks Kallye və Maksim Tribex tərəfindən bəstələnmişdir.
Afrika ensizburun timsahı
Afrika ensizburun timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Afrikada yayılmış timsahların dörd növündən biri. Son tədqiqat məlumatları nəticəsində DNT göstəricilərinə görə ayrı bir Mecistops cinsinə ayrılır. == Görünüşü == Afrika ensizburun timsahı adını Orinoko timsahına bənzər ensiz burun sayəsində almışdır. Ölçüləri ümumiyyətlə 2,5 m-dən çox olmur, bəzən uzunluğu 4 m-ə qədər olan fərdlərə də rast gəlinir. Boyunun arxasındakı qoruyucu sümük lövhələri 3–4 cərgədə boyunca uzanır və bu növü iki cərgəyə sahib olan Crocodylus cinsinin nümayəndələrindən fərqləndirir. Bu xüsusiyyətinə görə bu növə zirehli timsah (alm. Panzerkrokodil‎) də deyilir. Afrika ensizburun timsahın xallı dərisi onu əsl timsahlardan daha çox alliqatorlara və ya qaviallara bənzədir.
Ainu Times
Ainu Times (azərb. Aynu vaxtları‎) – aynu dilində nəşr olunan yeganə jurnal. İlk sayı 20 mart 1997-ci ildə işıq üzü görüb. Jurnalda həm katanaka, həm romaci qrafikaları ilə məqalələr nəşr olunur. 2006-cı ildən redaktoru gitaraçı Takaşi Hamadadır. İldə 4 sayı nəşr olunur. Hər sayın buraxılmasından 3 ay sonra onun yapon dilindəki tərcüməsi çapdan çıxır.
Amerika timsahı
Amerika timsahı və ya İtiburunlu timsah (lat. Crocodylus acutus) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi və Şimali Amerikada ən çox yayılan timsah növüdür. ABŞ-də bu növ timsaha Floridanın cənubunda (həmçinin Puerto-Rikoda) rast gəlinir, lakin iqlimin istiləşməsi səbəbiylə sərhədləri daha da şimala doğru genişlənə bilər. == Yayılması == Amerika timsahı Yeni dünyada dörd əsl timsah növündən ən çox yayılanıdır. Bu növ timsahlar manqrov bataqlıqlarında, çay mənsəblərində, şirin və duzlu göllərdə yaşayırlar. Daraqlı timsah kimi Amerika timsahı Karib dənizi, Cənubi Florida, Böyük Antil, Cənubi Meksika, Mərkəzi Amerika və Cənubi Amerika ölkələri olan Kolumbiya və Ekvadorda geniş yayılması duzlu suda qalma qabiliyyəti ilə izah edilir. Amerika timsahı Kosta-Rikada xüsusilə çoxdur. Ən böyük populyasiyasından biri Dominikan Respublikasındakı Lago Enriquillo gölündədir. Amerika timsahları Missisipi alliqatorundan fərqli olaraq, aşağı temperaturlara çox dözmümlü deyil və yalnız tropik sularda yaşayır.
Anna-Tereza Timineçka
Anna-Tereza Timineçka (ing. Anna-Teresa Tymieniecka) — Polşa əsilli amerika filosofu, müasir dövrün ən məşhur və daim fəaliyyətdə olan fenomenoloqlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, Springer nəşriyyatı tərəfindən nəşr edilən Analecta Husserliana adlı (100-dən artıq cildi çapdan çıxmış) kitab silsiləsinin redaktoru . == Həyatı == === Təhsil və müəllimlik fəaliyyəti === Anna-Tereza Timineçka 28 fevral 1923-cü ildə Polşanın Marianovo şəhərində Polyak-Fransız aristokrat ailəsində anadan olmuşdur. Onun fəlsəfə ilə tanışlığı erkən illərdən başlanmışdır. Belə ki, bu dövrdə o, Lvov-Varşava Fəlsəfi məktəbinin yaradıcısı olan Kazimir Tvardovskinin (Kazimierz Twardowski) Zur Lehre vom Inhalt und Gegenstand des Vorstellungen (Təsəvvürlərin məzmunu və predmetinə dair) adlı fundamental əsəri və həmçinin Platonun və Berqsonun bir çox əsərləri ilə tanış olur. Sonuncu müəllifin fəlsəfəsinə maraq onun anası Mariya-Ludvika de Lanval Timineçka (Maria-Ludwika de Lanval Tymieniecka) tərəfindən yaradılmışdı. İkinci dünya müharibəsindən sonra Anna-Tereza Timineçka fəlsəfə ilə Krakovda Jagiellon universitetində (Jagellonian University) sistematik məşğul olmağa başlayır. Burada o, Kazimir Tvardovski və Edmund Hüsserl kimi məşhur müəllimlərin tələbəsi olmuş Roman İngqarden rəhbərliyi altında çalışır. Eyni vaxtda o, Krakov İncəsənət Akademiyasında təhsil alır. İki ilə universitet proqramını tam başa vuran Anna-Tereza Timineçka öz təhsilini davam etdirmək üçün İsveçrəyə gedir.
Anna Timofeyeva
Anna Timofeyeva (d. 18 iyul 1987) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anna Timofeyeva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Azərbaycan–Şərqi Timor münasibətləri
Azərbaycan–Şərqi Timor münasibətləri — Azərbaycan Respublikası ilə Şərqi Timor Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Bataqlıq timsahı
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. == Görünüşü == Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Big Time
Big Time (azərb. Böyük vaxt‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır.
Brassica integrifolia var. timoriana
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Bursa Timsah Arena
Bitçi Timsah Park və ya Bursa Böyükşəhər Stadionu — Türkiyənin Bursa şəhərində yerləşən idman stadionu. 24 fevral 2011-ci ildə Bursa Böyükşəhər Bələdiyyəsinin keçirdiyi tenderi Gintaş-ın qazanmasıyla başlayan layihədən sonra tikilən stadionun açılışı 21 dekabr 2015-ci ildə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilmişdir. Türk Telekom Arena və Vodafone Arena ilə birlikdə Türkiyədəki C90 görüş bucağına sahib üç stadiondan biri olan stadionun ümumi tutumu 43.361 nəfər təşkil edir.
Castin Timberleyk
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[…], Memfis, Tennessi) — Amerikalı müğənni və aktyor == Həyatı == Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. === İlk illər === O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu.
Coordinated Universal Time
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated, fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı - (ing. Zulu time, ru. зулусское время;;) – (slenq) zamanın Qrinviç meridianına görə qiymətini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daraqlı timsah
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən. Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir. Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.
Datura timoriensis
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
E'timad ü səltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda еlmi dərnəklərin təşkilində, rəsmi qəzеtlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yеni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi bеş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, еləcə də saray tərcümə idarəsinə başçılıq еtmişdi. 1871-ci ildə dövlət, milli və еlmi qəzеtlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Еtimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Etimoni Timuani
Etimoni Timuani (d. 14 oktyabr 1991; Funafuti, Tuvalu) — Tuvalunu təmsil edən futbolçu və yüngül atlet. Etimoni Timuani Tuvalunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timuani həm də Tuvalunun futbol və futzal yığmasının heyətində çıxış edir. == Həyatı == Etimoni Timuani 1991-ci ilin 14 oktyabr günündə Tuvalunun Funafuti şəhərində anadan olub.
Filippin timsahı
Filippin timsahı (lat. Crocodylus mindorensis) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Filippində yaşayır. Əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü sayılırdı. Bu növün erkəkləri maksimum 3,1 m uzunluğa çatır, dişilər isə bir qədər kiçikdir. Sakit okean bölgəsindəki bir çox digər timsahlarla müqayisədə geniş ağıza və böyük pulcuqlara sahibdir. Bu növ olduqca aqressivdir. Baxmayaraq ki, kiçik ölçüsü və yaşayış yerlərinin insan məskənindən uzaq olması səbəbindən insanlara hücumu çox nadirdir. Çoxalma strategiyası baxımından Yeni Qvineya timsahına bənzəyir və qapalı su hövzələrində yerləşməyə üstünlük verir. Digər əsl timsahlar kimi, Filipin timsahı da heyvanın ölçüsü və yaşına görə dəyişən çox müxtəlif bir pəhrizə sahibdir.
Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. == Ümumi məlumat == Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
Fundiseius timagami
Fundiseius timagami (lat. Fundiseius timagami) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Gay Times
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.. 1975-ci ildən bəri hər ay buraxılır. == Nəşr və məzmun == Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi). Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər. Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər.
It's My Time
"It's My Time" (azərb. Bu mənim zamanımdır‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniya iştirakçısı Jade Ewenin oxuduğu mahnıdır. Mahnının musiqisi Andrew Lloyd Webberə, sözləri isə Diane Warrenə məxsusdur. Bu mahnı 31 yanvar 2009 tarixində Böyük Britaniya milli finalı olan "Eurovision: Your Country Needs You"da qalib gəlmişdir. == Klip == Mahnının rəsmi klipi BBC-nin internet saytında ilk dəfə 31 mart 2009-cu ildə yayımlandı. Klipdə mahnının bəstəkarı Anrew Lloyd Webber də çəkilmişdir. Klipdə Jade Ewenin ağ paltardadır. Həmçinin, klipdə Jade Ewenin səhnə işıqları altında piyano müşaiyətindəmahnı oxuduğu bir hissə də mövcuddur.
Kliment Timiryazev
Kliment Arkadyeviç Timiryazev (22 may (3 iyun) 1843, Sankt-Peterburq – 28 aprel 1920, Moskva) — Təbiətşünas-darvinist rus alim. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
исщепа́ть кункта́торский рю́мочный увола́кивание высокобо́ртный спорти́вки фесто́нный хладосто́йкость глухой чурас autel Calabria excavatory gimlet HO scale macroelement marriage certificate multiple control rah-rah suburban действительность ошуюю подпоясать сымпровизировать швырок