Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ZINDIX

    I (Füzuli, İsmayıllı, Qazax) sırtıq, həyasız. – Yamanca zındıxsaη, səniη kimi zındığ adam görməmişəm (Qazax) II (Naxçıvan) balaca boylu, qısaboy (adam

    Tam oxu »
  • ZINĞ

    (Salyan) bir şeyin az hissəsi

    Tam oxu »
  • ZINĞIR-ZINĞIR

    (Qax) boş-boş, avara. – Əşi, bütün günü zınğır-zınğır qəziy

    Tam oxu »
  • ZINQ

    (Salyan) bax zing II. – Bi zınq üzim adamı doydırmaz

    Tam oxu »
  • ZINQAX

    (Cəbrayıl) şuluq, nadinc, sözəbaxmayan

    Tam oxu »
  • ZINQI

    (Bakı) tərbiyəsiz

    Tam oxu »
  • ZINQIMAX

    (Füzuli) ağlamsınaraq yalvarmaq. – Əli zınqıyıf, üzüm alıf yeyif

    Tam oxu »
  • ZINQIN

    (Şamaxı) tut çırpmaq üçün ağac

    Tam oxu »
  • ZINTIŞ

    (Mingəçevir, Oğuz) inadkar, tərs. – Ə, sən nə zıntış adamsan (Oğuz)

    Tam oxu »
  • ZIPI

    I (Salyan) kobud II (Cəlilabad, Salyan) yumruq. – Ona bi zıpı vırdım ki, biyağ aşdı (Salyan)

    Tam oxu »
  • ZIPIF

    (Çənbərək) dolu. – Qəşədər İsmeyl bir zıpıf harava ot gətdi

    Tam oxu »
  • ZIPLAMA

    (Lənkəran) ağızbaağız, basabasa. – Kisəni zıplama doldurdım

    Tam oxu »
  • ZIPLAMAĞ

    (Kürdəmir) var qüvvə ilə, möhkəm vurmaq. – Safa dünən böyrümə elə zıpladı, yeri hələ də ağrıdır

    Tam oxu »
  • ZIPPIZ

    (Əli Bayramlı) çılpaq. – Payız olan kimi ağajdar zıppız olur

    Tam oxu »
  • ZIR

    I (Basarkeçər) tamamilə. – Qarpız zır kaldı, heş yeməx’ də olmur; – O, zır qammazın biridi, heş zad başa düşmür II (Barana) kobud

    Tam oxu »
  • ZIR DÜDÜYÜNƏ QOYUB ÇALMAX

    (Şərur) rüsvay etmək. – De:rsən yanı kətdə bizi zır düdüyünə qoyub çalsınnar

    Tam oxu »
  • ZIRAN

    (Basarkeçər, Naxçıvan, İrəvan) bax zılan. – Bu dəfə Seyid zırandı (Naxçıvan); – Ay uşaxlar, zıran kimdi? (İrəvan)

    Tam oxu »
  • ZIRANA

    (Ağbaba) bax zılan. – Oyunda mən zırana qaldım

    Tam oxu »
  • ZIRBIX

    (Böyük Qarakilsə) palçıq

    Tam oxu »
  • ZIRDANNAŞMAX

    (Borçalı, Qazax) kobudcasına zarafatlaşmaq. – Əli, gedirsiηiz gediη, nə zırdannaşırsıηız? (Borçalı)

    Tam oxu »
  • ZIRDƏNƏ

    (Lənkəran) yumurta sarısı

    Tam oxu »
  • ZIRFLAMAX

    (Hamamlı) ağızbaağız, basa-basa doldurmaq

    Tam oxu »
  • ZIRĞIN

    (Bakı) zərbə. – Qapıya bir zırğın dəydi, gördüg ki, bö:g qərdeşim qapını açıb girdi içəri

    Tam oxu »
  • ZIRI

    I (Ağdam, Cəbrayıl, Mingəçevir, Şəki, Ucar, Zəngilan) yekə, böyük. – U nə zırıdı, ə (Ucar); – Yaman zırı şeydi (Ağdam) II (Ağdam, Cəbrayıd, Cəlilabad,

    Tam oxu »
  • ZIRIX

    I (Gəncə, Qazax, Şamaxı, Şəki) yekə, böyük. – Paho, nə zırığ adamdı (Qazax); – O at zırığ atdı, uzunu burdan ora olar (Şəki) II (Şəki) bol, çox

    Tam oxu »
  • ZIRILIX

    (Cəbrayıl, Zəngilan) kobudluq. – Zırılığ onda çoxdan var (Zəngilan) ◊ Zırılığına salmax (Cəbrayıl) – kobudluq etmək

    Tam oxu »
  • ZIRINDAZ

    (Meğri) bax zerindaz

    Tam oxu »
  • ZIRNATAN

    (Daşkəsən) ağzına kimi, ağızbaağız. – Çayı istkanın zırnatan süz

    Tam oxu »
  • ZIRNIŞ

    (Mingəçevir) zirinc

    Tam oxu »
  • ZIRPƏLLƏZİNƏ

    (Meğri) nəhəng, yekə. – İldırım bir zırpəlləzinə palıt yıxıp

    Tam oxu »
  • ZIRPI

    (Qazax, Şəmkir) qanacaqsız

    Tam oxu »
  • ZIRPIÇÇI

    (Ağdərə) əkin zamanı kotanın ağzını təmizləyən adam. – Zırpıççı kotanın ağzın təmizdiyir

    Tam oxu »
  • ZIRPIZOĞAL

    (Zəngibasar) böyük, yekə, nəhəng, qüvvətli. – Bı zırpızoğalnan bacarmağ olar bə:m?

    Tam oxu »
  • ZIRRAMAX

    (Çənbərək) yağmaq. – Beyjə gənəjix’ bir metrə qar zırrıyıf

    Tam oxu »
  • ZIRRANQUŞ

    (Karvansaray) ling. – Göyrüşdən zırranquş qayrerıx

    Tam oxu »
  • ZIRTEPƏN

    (Qax) nəhəng, böyük <adam>

    Tam oxu »
  • ZIRZAX

    (Başkeçid) dırmıq

    Tam oxu »
  • ZIRZIR

    (Kəlbəcər) ağlağan. – Mirzə elə uşaxlıxdan zırzırdı

    Tam oxu »
  • ZIVANI

    (Şəmkir) sırıqlı. – Zıvanı yavaşyavaş dəvdən tüşör

    Tam oxu »
  • ZIVIX

    (Borçalı) uzun. – Zıvığ adamın axılı olmor

    Tam oxu »
  • ZIVILLIX

    (Qazax) qalın pöhrəlik, qalın kolluq

    Tam oxu »
  • ZIVIN

    (Gəncə, Mingəçevir, Tovuz) 1. qalın üst geyimi (Gəncə) 2. b a x zıbın (Mingəçevir, Tovuz). – Zıvını hamı geər (Tovuz)

    Tam oxu »
  • ZIVINI

    (Ağcabədi, Basarkeçər, Çənbərək, Kürdəmir, Tovuz, Şəki) 1. b a x zıbın (Şəki). – Altdan zıvını giydim, üsdən paltun, canım elə oldu od kimi 2

    Tam oxu »
  • ZIVIRDIŞ

    (Qazax) qanacaqsız. – Çox zıvırdış adamsaη

    Tam oxu »
  • ZIVIRDIŞI

    (Qazax) icazəsiz, özbaşına. – Zıvırdışı girif bosdanın içinə, elə bil yə:sizdi

    Tam oxu »
  • ZIVIRIX

    (Basarkeçər) tamamilə, büsbütün, bütünlüklə. – Heyvan elə kökəlif, zıvırıx tüx’dən çıxıf

    Tam oxu »
  • ZIVLAX

    (Gədəbəy) düz. – Zıvlağ ağacı qo:yufsuη orda, qəlifsiη qin, munu qəsəcəm

    Tam oxu »
  • ZIZILDAMAX

    (Zaqatala) sızıldamaq. – Bütün qıçdarım zızıldadı səhərə kimi

    Tam oxu »
  • ZİB

    I (Dərbənd) qozun yaşıl qabığı. – Quzun zibinnən xəlçə tuxmağçun yun ipini buyatullar, yəxşi qara irəngi uladu II (Qax) qıf

    Tam oxu »
  • ZİBAN

    (Ordubad) qaracıq, taxılın içərisində bitən xırda qara toxumlu bitki. – Bu gün buğda almışam, içinnən ziban çıxıb

    Tam oxu »