Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ZOLA

    (Basarkeçər, Çənbərək, Gədəbəy, Karvansaray, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz, Zəngilan) 1. qoz çırpmaq üçün uzun ağac (Gədəbəy, Qazax, Meğri, Ord

    Tam oxu »
  • ZOLABƏNT

    (Ordubad) tənəkləri bağlamaq üçün işlədilən şiv. – Biz tənəx’ləri zolabəntnən bağlarıx, küləx’ yıxmasın

    Tam oxu »
  • ZOLAX

    (Şəki) rəndənin bir növü. – Bizdə zolax rəndə yoxdu

    Tam oxu »
  • ZOLATA

    (Meğri) qoz çırpmaq üçün ağac. – Mən çıxım cəvizə, sən də altdan zolatanı ver mq:

    Tam oxu »
  • ZOLATAY

    (Balakən, Qax) iri, nəhəng

    Tam oxu »
  • ZOLHAY

    I (Balakən, Qax) iri, nəhəng II (Zaqatala) tez-tez. – Niyə zolhay o yana baxısan?

    Tam oxu »
  • ZOLLAMAX

    (Çənbərək, Kürdəmir, Qazax, Şamaxı, Tovuz, Zəngilan) gönü uzununa kəsmək, zolaq-zolaq kəsmək. – Gönü qurudub zollamağ lazımdı (Şamaxı); – Gönü qabaxca

    Tam oxu »
  • ZOLUBEŞDƏN

    (Cəbrayıl) saymazyana, ağayana. – Zolubeşdən uzanıfdı ojağın başında

    Tam oxu »
  • ZOM

    (Ağcabədi, Cəbrayıl, Kürdəmir, Zəngilan) ləklərin arasında düzəldilən kiçik tirə. – Kələmi ləkin zomuna şitillə (Zəngilan); – Ləkin zomun yaxşı qayırı

    Tam oxu »
  • ZOMAR

    (Füzuli) qış azuqəsi

    Tam oxu »
  • ZOMBURD

    (İrəvan) üzdə olan şiş

    Tam oxu »
  • ZOMBUT

    (Zəngibasar) yumruq. – Orduna bir zombut vurdu

    Tam oxu »
  • ZOMLAMAX

    (Tərtər) bənd düzəltmək, bəndləmək. – Bəşir, arxın qabağın zomla, tez gə bura

    Tam oxu »
  • ZOMURT

    (Xanlar) yetişməmiş, kal (meyvə). – Ay uşax, yemə, dəymiyif, hələ zomurtdu

    Tam oxu »
  • ZOMUT

    (Xanlar) bax zomurt. – Almanı yemə, laf zomurtdu

    Tam oxu »
  • ZONQUR VURMAX

    (Zəngibasar) zoqquldamaq. – Ətim a:rıdan zonqur vu:r

    Tam oxu »
  • ZOP

    (Qazax) 1. çox iri 2. güclü. – Abbas zop adamdı

    Tam oxu »
  • ZOPA

    (Kürdəmir, Qazax) iri, yoğun ağac

    Tam oxu »
  • ZOPALAMAX

    (Qazax) zopa ilə döymək. – Eşşəyi zopaladım, getmədi

    Tam oxu »
  • ZOPANAX

    (Meğri) qoz çırpmaq üçün ağac. – Mən çıxım cəvizə, sən də altdan zopanağı ver mq:

    Tam oxu »
  • ZOPIBAŞI

    (Ucar) zopıya oyununda başçı. – Zopıbaşı dəsdənin qabağında gedər

    Tam oxu »
  • ZOPIYA

    (Ucar) milli oyun adı, yallı. – Zopıya oyunu ancax toylarda olur ◊ Zopıya getməx’ – yallı getmək. – Oyunda on iki adam zopıya gedir

    Tam oxu »
  • ZOPU

    zopu təpbəx’: (Gədəbəy, Gəncə, Qazax, İrəvan) bax zopuya getməx’. – Nə zoru təpirsiηiz? (İrəvan); – Kişi öydən çıxıf deyin, gənə öydə zopu təpillər (Q

    Tam oxu »
  • ZOR

    I (Ağcabədi) ağır, çətin. – Bu, çox zor işdi, öhdəsinnən gəlmiyəjəx’səη II (Şəki) 1. çox 2. yaxşı. – Biyil zor baramamız olcaxdı; – Köçüf gəlmaxda laf

    Tam oxu »
  • ZORAPA

    (Cəbrayıl, Füzuli, Şəki, Zəngilan) zoğ, pöhrə. – Qurdu yayanda zorapeynan yayırıx (Zəngilan); – Bir çəngə zorapa olseydi, qurdu yayardıx (Cəbrayıl); –

    Tam oxu »
  • ZORAPALAMAX

    (Goranboy) zoğlamaq, pöhrələmək, zoğ atmaq. – Ağacın başını qırmışdım, indi elə zoralıyıf ki

    Tam oxu »
  • ZORNAXLAMAX

    (Çənbərək) cırmaq. – Piri üzümü yaman zornaxladı

    Tam oxu »
  • ZORRAMA

    (İmişli) güclü. – Üş-dört zorrama çahal gəldi haravanı çıxatdı

    Tam oxu »
  • ZORRU

    (İrəvan) güclü. – O, yaman zorru adamdı

    Tam oxu »
  • ZORT

    (Gədəbəy) qaba, kobud (adam). – Zort adamı dindirməsəη hamısınnan yaxşıdı

    Tam oxu »
  • ZORTDAMMAX

    (Cəbrayıl, Mingəçevir) acıqlanmaq, üstünə qışqırmaq . – Sən nə zortdanısaη mə:m üsdümə? (Cəbrayıl)

    Tam oxu »
  • ZORUX

    (Çənbərək, Qazax) tənbəl. – Zorux Hümbət axşamatan cöyüzün kölgöyündə yaterdı (Çənbərək)

    Tam oxu »
  • ZORVA

    (Şəki, Tovuz) zorba, böyük, iri. – O mənnən çox zorvadı (Şəki)

    Tam oxu »
  • ZORVALAMMAX

    (Şəki) zorbalanmaq, böyümək. – Zorvalanıf dana boydə olmuşdu qoyin

    Tam oxu »
  • ZORZANAX

    (Gədəbəy) uzun. – Çox zorzanaxdı Bayram

    Tam oxu »
  • ZOT VERMƏX’

    (Şərur) acıqlandırmaq, acıq vermək. – Oturub əvdə, axşamacan ma: zot ve:r

    Tam oxu »
  • ZOTİ

    (Sabirabad) yumruq, dürtmə. – O vaxtdarı gəlif vergini isdiyirdi, vermiyəndə boynunnan bir zoti də vırardı

    Tam oxu »
  • ZOZAN

    I (Göyçay) çoxdanışan. – Deyillər zozandı, danışğandı II (Zəngibasar) uzun. – Bu zozan arvat kim idi bellə?

    Tam oxu »
  • ZÖVZÜMƏX’

    (İrəvan) hürmək. – Bu it axşamacan zövzüyür, adamın zəhləsin tökür

    Tam oxu »
  • ZUBDA

    (Meğri) kök. – Xanəlinin quyini zubda quyindi

    Tam oxu »
  • ZUĞ

    (Çənbərək) paya. – Çəpərdən zuğları çəkif çıxarıf, uşaxlar yandırıflar

    Tam oxu »
  • ZUĞA

    (Qazax) naxışlı qadın başmağı

    Tam oxu »
  • ZUĞAT

    (Meğri) bax zoğat

    Tam oxu »
  • ZUL

    I (Xaçmaz) bax zol IV II (Xaçmaz, Meğri) bax zol II. – Ağaquli mq: altı zul gamış göni göndərmişdi (Meğri); – İnegin derisinnən bir neçə çaruğluğ zul

    Tam oxu »
  • ZULA

    (Qazax) bax zola

    Tam oxu »
  • ZULATA

    (Meğri) bax zolata. – Zulatanı tez gətir, cəvizi çırpax

    Tam oxu »
  • ZULLAMAĞ

    I (Xaçmaz, Quba) bax zollamağ. – Güni zulla (Xaçmaz) II (Quba) atmaq, tullamaq. – Al bunu, zulla bayıra gidsün

    Tam oxu »
  • ZUPANAX

    (Meğri) bax zopanax. – Zupanaxnan cəviz çırpallar

    Tam oxu »
  • ZUPLAMAĞ

    (Xaçmaz) döymək. – Tutıb uni bir-iki dənə zupladum

    Tam oxu »
  • ZURUĞ

    (Zəngibasar) tikanlı bitki növü. – Zuruğ heyvani kökəldey

    Tam oxu »