Azərbaycan dilinin frazeologiya lügəti

  • DAMARI BOŞ OLMAQ

    tez yola gəlmək, üzüyumşaq, üzüyola olmaq.

    Tam oxu »
  • DAMARI TUTMAQ

    bax: tərs damarı tutmaq.

    Tam oxu »
  • DAMARINA BAXIB QAN ALMAQ

    imkanını nəzərə almaqla xərcə salmaq.

    Tam oxu »
  • DAMARINA DÜŞMƏK

    bax: damarını tutmaq (tapmaq).

    Tam oxu »
  • DAMARINI TUTMAQ (TAPMAQ)

    xasiyyətini bilmək; zəif yerini bilib ona uyğun hərəkət etmək; ~ yumşaq damarını tutmaq (tapmaq), zəif damarını tutmaq (tapmaq), nazik damarını tutmaq

    Tam oxu »
  • DAMAZLIĞINI KƏSMƏK

    bax: kökünə daş atmaq.

    Tam oxu »
  • DAMDAN DÜŞMƏK

    gözlənilmədən, təsadüfən, qəfil ortaya çıxmaq.

    Tam oxu »
  • DAMDAN VURUB BACADAN ÇIXMAQ

    bacarıqlı olmaq, gözüaçıq, diribaş olmaq.

    Tam oxu »
  • DAMĞA VURMAQ

    ləkələmək, böhtan atmaq, əsassız ittiham etmək.

    Tam oxu »
  • DAMI BAŞINA UÇMAQ

    bax: ocağı sönmək (qaralmaq).

    Tam oxu »
  • DAMINA ŞİVƏN DÜŞMƏK

    bədbəxtlik baş vermək, şər və fəlakətlə üzləşmək.

    Tam oxu »
  • DAMOKL QILINCI

    hər kəs üçün gözlənilən daimi təhlükə.

    Tam oxu »
  • DAN ATMAQ

    tədricən işıqlanmaq, səhər açılmaq.

    Tam oxu »
  • DAN YERİ AĞARMAQ

    sübh açılmağa başlamaq, səhər tezdən üfüqdə qızartı görünmək; ~ dan yeri sökülmək.

    Tam oxu »
  • DAN YERİ SÖKÜLMƏK

    bax: dan yeri ağarmaq.

    Tam oxu »
  • DANANI QURDA VERMƏK

    başı söhbətə qarışıb hər şeyi unutmaq.

    Tam oxu »
  • DANIŞANIN AĞZINA DAŞ BASMAQ

    etiraz edəni cəzalandırmaq, susdurmaq.

    Tam oxu »
  • DANIŞIĞINI BİLMƏMƏK

    danışarkən etik qaydalara məhəl qoymamaq, səfehləmək; ~ dəyirmanı torpaq vermək, sözünün dalını-qabağını bilməmək, ağzının danışığını bilməmək, ağzını

    Tam oxu »
  • DANIŞMAĞA DİLİ OLMAMAQ

    təqsirkar, günahkar olmaq, diliqısa olmaq.

    Tam oxu »
  • DAR AĞACI QURMAQ

    mühakimə etmək, təhqiqat aparmaq, sorğu-suala çəkmək; ~ məhşər ayağına çəkmək.

    Tam oxu »
  • DAR AĞACINA ÇƏKMƏK

    bax: dara çəkmək.

    Tam oxu »
  • DAR AYAQDA

    çətin vəziyyətdə; ~ dar gündə.

    Tam oxu »
  • DAR KÖYNƏKDƏN QURTULMAQ

    hamiləlikdən azad olmaq.

    Tam oxu »
  • DAR VAXTI

    axşamüstü, günbatan vaxtı.

    Tam oxu »
  • DARA-BARA SALMAQ

    səs-küy salıb ara(nı) qarışdırmaq.

    Tam oxu »
  • DARA ÇƏKMƏK

    çətinliyə salmaq, sıxışdırmaq, sorğu-sual etmək, cəzalandırmaq; ~ dar ağacına çəkmək.

    Tam oxu »
  • DARISINI KOLA TÖKMƏK

    eşidib-bildiyinin hamısını danışmaq.

    Tam oxu »
  • DARLIĞA DÜŞMƏK

    maddi cəhətdən sıxıntı çəkmək, çətin yaşamaq, ehtiyacı olmaq; ağır, çətin vəziyyətə düşmək.

    Tam oxu »
  • DARLIQ ÇƏKMƏK

    bax: korluq çəkmək.

    Tam oxu »
  • DARTMA, YAXAM CIRILDI

    dan. yersiz və gərgin mübahisə, dava-dalaş şəraiti haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DARVAZASINI FƏLƏK VURUB

    “bədbəxtlik, fəlakət üz vermək, bədbəxt olmaq” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • DASTAN AÇMAQ

    uzun-uzadı və detallı danışmaq; ~ mətləbi uzatmaq.

    Tam oxu »
  • DASTAN QOŞMAQ

    baş vermiş hadisəni şişirdilmiş şəkildə, bəzək-düzək vuraraq danışmaq; haqqında pis danışmaq, mənfi mənada məşhurlaşdırmaq; ~ dilə-dişə salmaq

    Tam oxu »
  • DAŞ ATIB BAŞINI TUTMAQ

    qəti razılaşmamaq, nəyi isə danmaq, inkar etmək, boynuna almamaq, imtina etmək.

    Tam oxu »
  • DAŞ ATMAQ

    eyham vurmaq, nəyəsə işarə etmək; sataşmaq.

    Tam oxu »
  • DAŞ DƏYMİŞ AYIYA DÖNMƏK

    narazı, əsəbi, gərgin və kobud olmaq.

    Tam oxu »
  • DAŞ DIĞIRLATMAQ

    mane olmaq, qarşısını kəsməyə çalışmaq.

    Tam oxu »
  • ... DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    hər hansı xoşagəlməz, arzuolunmaz hadisə və ya məqamla bağlı “kaş olmayaydı” mənasında işlədilən qınayıcı ifadə

    Tam oxu »
  • DAŞ HASAR ARXASINDA

    etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq mənasında işlədilən ifadə.

    Tam oxu »
  • DAŞ KİMİ DÜŞMƏK

    çox işləyib yorulmaq, taqətsiz olmaq; ~ ölü düşmək, tirtap düşmək.

    Tam oxu »
  • DAŞ QAYAYA RAST GƏLİB

    özündən də tərs, inadkar, güclüyə tuş gəlmək.

    Tam oxu »
  • DAŞ QOYAN YERƏ BAŞ QOYMAQ

    yolunda ölümə getməyə razı olmaq; ~ ayağını qoyduğu yerə başını qoymaq.

    Tam oxu »
  • DAŞ OLUB QUYUYA DÜŞMƏK

    səs-sorağı kəsilmək, itib getmək.

    Tam oxu »
  • DAŞ OLUB ÜRƏKDƏN ASILMAQ

    yadından çıxmamaq, unutmağı bacarmamaq.

    Tam oxu »
  • DAŞBAŞ ELƏMƏK

    pul qazanmaq, xırda alverlə məşğul olmaq.

    Tam oxu »
  • DAŞDAN CAVAB İSTƏMƏK

    çox bərk utanmaq, utandığından deməyə heç bir sözü olmamaq.

    Tam oxu »
  • DAŞDAN ÇÖRƏK (PUL) ÇIXARMAQ

    çətinliklə, əzab-əziyyətlə qazanc əldə etmək,  çalışqan olmaq, hər şeydən pul qazanmağı bacarmaq.

    Tam oxu »
  • DAŞDAN KEÇMƏK

    çox təsirli olmaq, hər yerdə qəbul olunmaq.

    Tam oxu »
  • DAŞDAN SƏS ÇIXDI, ONDAN YOX

    mühüm bir şey barədə sualları cavabsız qoyan, heç nə danışmayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DAŞDAN YUMŞAQ

    keyfiyyətindən asılı olmayaraq yeyilə bilən hər şey.

    Tam oxu »