Azərbaycan dilinin frazeologiya lügəti

  • DANANI QURDA VERMƏK

    başı söhbətə qarışıb hər şeyi unutmaq.

    Tam oxu »
  • DANIŞANIN AĞZINA DAŞ BASMAQ

    etiraz edəni cəzalandırmaq, susdurmaq.

    Tam oxu »
  • DANIŞIĞINI BİLMƏMƏK

    danışarkən etik qaydalara məhəl qoymamaq, səfehləmək; ~ dəyirmanı torpaq vermək, sözünün dalını-qabağını bilməmək, ağzının danışığını bilməmək, ağzını

    Tam oxu »
  • DANIŞMAĞA DİLİ OLMAMAQ

    təqsirkar, günahkar olmaq, diliqısa olmaq.

    Tam oxu »
  • DAR AĞACI QURMAQ

    mühakimə etmək, təhqiqat aparmaq, sorğu-suala çəkmək; ~ məhşər ayağına çəkmək.

    Tam oxu »
  • DAR AĞACINA ÇƏKMƏK

    bax: dara çəkmək.

    Tam oxu »
  • DAR AYAQDA

    çətin vəziyyətdə; ~ dar gündə.

    Tam oxu »
  • DAR KÖYNƏKDƏN QURTULMAQ

    hamiləlikdən azad olmaq.

    Tam oxu »
  • DAR VAXTI

    axşamüstü, günbatan vaxtı.

    Tam oxu »
  • DARA-BARA SALMAQ

    səs-küy salıb ara(nı) qarışdırmaq.

    Tam oxu »
  • DARA ÇƏKMƏK

    çətinliyə salmaq, sıxışdırmaq, sorğu-sual etmək, cəzalandırmaq; ~ dar ağacına çəkmək.

    Tam oxu »
  • DARISINI KOLA TÖKMƏK

    eşidib-bildiyinin hamısını danışmaq.

    Tam oxu »
  • DARLIĞA DÜŞMƏK

    maddi cəhətdən sıxıntı çəkmək, çətin yaşamaq, ehtiyacı olmaq; ağır, çətin vəziyyətə düşmək.

    Tam oxu »
  • DARLIQ ÇƏKMƏK

    bax: korluq çəkmək.

    Tam oxu »
  • DARTMA, YAXAM CIRILDI

    dan. yersiz və gərgin mübahisə, dava-dalaş şəraiti haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DARVAZASINI FƏLƏK VURUB

    “bədbəxtlik, fəlakət üz vermək, bədbəxt olmaq” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • DASTAN AÇMAQ

    uzun-uzadı və detallı danışmaq; ~ mətləbi uzatmaq.

    Tam oxu »
  • DASTAN QOŞMAQ

    baş vermiş hadisəni şişirdilmiş şəkildə, bəzək-düzək vuraraq danışmaq; haqqında pis danışmaq, mənfi mənada məşhurlaşdırmaq; ~ dilə-dişə salmaq

    Tam oxu »
  • DAŞ ATIB BAŞINI TUTMAQ

    qəti razılaşmamaq, nəyi isə danmaq, inkar etmək, boynuna almamaq, imtina etmək.

    Tam oxu »
  • DAŞ ATMAQ

    eyham vurmaq, nəyəsə işarə etmək; sataşmaq.

    Tam oxu »
  • DAŞ DƏYMİŞ AYIYA DÖNMƏK

    narazı, əsəbi, gərgin və kobud olmaq.

    Tam oxu »
  • DAŞ DIĞIRLATMAQ

    mane olmaq, qarşısını kəsməyə çalışmaq.

    Tam oxu »
  • ... DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

    hər hansı xoşagəlməz, arzuolunmaz hadisə və ya məqamla bağlı “kaş olmayaydı” mənasında işlədilən qınayıcı ifadə

    Tam oxu »
  • DAŞ HASAR ARXASINDA

    etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq mənasında işlədilən ifadə.

    Tam oxu »
  • DAŞ KİMİ DÜŞMƏK

    çox işləyib yorulmaq, taqətsiz olmaq; ~ ölü düşmək, tirtap düşmək.

    Tam oxu »
  • DAŞ QAYAYA RAST GƏLİB

    özündən də tərs, inadkar, güclüyə tuş gəlmək.

    Tam oxu »
  • DAŞ QOYAN YERƏ BAŞ QOYMAQ

    yolunda ölümə getməyə razı olmaq; ~ ayağını qoyduğu yerə başını qoymaq.

    Tam oxu »
  • DAŞ OLUB QUYUYA DÜŞMƏK

    səs-sorağı kəsilmək, itib getmək.

    Tam oxu »
  • DAŞ OLUB ÜRƏKDƏN ASILMAQ

    yadından çıxmamaq, unutmağı bacarmamaq.

    Tam oxu »
  • DAŞBAŞ ELƏMƏK

    pul qazanmaq, xırda alverlə məşğul olmaq.

    Tam oxu »
  • DAŞDAN CAVAB İSTƏMƏK

    çox bərk utanmaq, utandığından deməyə heç bir sözü olmamaq.

    Tam oxu »
  • DAŞDAN ÇÖRƏK (PUL) ÇIXARMAQ

    çətinliklə, əzab-əziyyətlə qazanc əldə etmək,  çalışqan olmaq, hər şeydən pul qazanmağı bacarmaq.

    Tam oxu »
  • DAŞDAN KEÇMƏK

    çox təsirli olmaq, hər yerdə qəbul olunmaq.

    Tam oxu »
  • DAŞDAN SƏS ÇIXDI, ONDAN YOX

    mühüm bir şey barədə sualları cavabsız qoyan, heç nə danışmayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DAŞDAN YUMŞAQ

    keyfiyyətindən asılı olmayaraq yeyilə bilən hər şey.

    Tam oxu »
  • DAŞI AĞIR OLMAQ

    bəzi adamlar tərəfindən sevilməmək, paxıllığı çəkilmək.

    Tam oxu »
  • DAŞI DALINDA GİZLƏTMƏK

    1. Fürsət axtarmaq.  2. Kinli olmaq, unutmamaq.

    Tam oxu »
  • DAŞI DAŞ ÜSTƏ QALMAMAQ

    hər şeyi dağılmaq, yerləyeksan edilmək ~  xaraba qalmaq, viran qalmaq.

    Tam oxu »
  • DAŞI DAŞ ÜSTƏ QOYMAMAQ

    tamamilə dağıtmaq, alt-üst etmək, məhv etmək; ~ tozunu göyə sovurmaq, xaraba qoymaq, viran qoymaq.

    Tam oxu »
  • DAŞI ƏTƏYİNDƏN TÖKMƏK

    fikrindən daşınmaq, rəyini dəyişmək, inadından dönmək, tərsliyindən əl çəkmək; ~ yola gəlmək.

    Tam oxu »
  • DAŞI SIXSA, SUYUNU ÇIXARAR

    çox güclü, qüvvətli adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • DAŞIN BÖYÜYÜNDƏN YAPIŞMAQ

    öhdəsindən gələ bilmədiyi, bacara bilmədiyi bir işdən yapışmaq.

    Tam oxu »
  • DAŞIN HARADAN ATILDIĞINI BİLMƏK

    vurulan zərbənin haradan gəldiyini anlamaq.

    Tam oxu »
  • DAŞINI ATMAQ

    vərdiş etdiyi bir şeydən, əvvəlki hərəkətindən imtina etmək, tərgitmək; ~ əl çəkmək, əl götürmək.

    Tam oxu »
  • DAŞLAR DİLƏ GƏLDİ

    hadisənin çox ağır, dözülməz, faciəli olduğunu bildirən ifadə.

    Tam oxu »
  • DAVA AXTARMAQ

    bir səbəb olmadan dava etməyə çalışmaq, dava etmək üçün bəhanə gəzmək; ~ əli gicişmək.

    Tam oxu »
  • DAVA DAĞARCIĞI

    davakar, öcəşkən adam.

    Tam oxu »
  • DAVA-DAVA DEMƏK

    dava etməyə, vuruşmağa bəhanə axtarmaq; ~ dava döymək.

    Tam oxu »
  • DAVA DÖYMƏK

    təkidlə tələb etmək, dalaşmağa bəhanə axtarmaq; ~ dava-dava demək.

    Tam oxu »
  • DAVA QALXMAQ (DÜŞMƏK)

    dava-dalaş, həngamə baş vermək; ~ mərəkə qopmaq.

    Tam oxu »