Azərbaycan dilinin frazeologiya lügəti

  • DƏYİRMANDA XORUZLUQ ELƏMƏK

    müqavimətin olmadığı bir yerdə özünü ağa kimi aparmaq; ~ meydan sulamaq.

    Tam oxu »
  • DƏYİRMANDA ÜYÜNMƏK

    kütləyə qoşulmaq, sıradan biri olmaq, heç nə ilə fərqlənməmək.

    Tam oxu »
  • DƏYİRMANI DƏN VERİR

    müəyyən vaxtdan sonra danışığı və ya davranışı ilə narahatlıq yaradan adam (əsasən, uşaq) haqqında işlədilən ifadə

    Tam oxu »
  • DƏYİRMANI TORPAQ VERMƏK

    danışarkən etik qaydalara məhəl qoymamaq, səfehləmək; ~ danışığını bilməmək.

    Tam oxu »
  • DƏYİRMANI YAXŞI ÜYÜDÜR

    mədəsi sağlam olan, iştahla, həvəslə və nə gəldi yeyən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DƏYİRMANIN BOĞAZINDAN (GÖZÜNDƏN) ÖLÜ SALSAN, DİRİ ÇIXAR

    zirək, çevik, fərasətli, bacarıqlı adamlar haqqında işlədilən ifadə; ~ oddan diri, sudan quru çıxmaq

    Tam oxu »
  • DƏYİRMANINA SU TÖKMƏK

    bax: düşmən dəyirmanına su tökmək.

    Tam oxu »
  • DƏYMİŞİ DURA-DURA KALI TÖKÜLMƏK

    tutarlı sözdən ağır təsirlənmək, çox pərt olmaq.

    Tam oxu »
  • DIĞ-DIĞ SALMAQ

    deyinib narazılıq salmaq, söz-söhbət yaratmaq.

    Tam oxu »
  • DINQ ELƏYİB YUMURTADAN ÇIXIB

    dan. gənc, təcrübəsiz, lakin iddialı adam haqqında işlədilən ifadə; ~ ağzından süd iyi gəlmək, çiçəyi burnunda olmaq

    Tam oxu »
  • DIRNAĞINA BELƏ DƏYMƏZ

    başqası ilə müqayisədə çox bacarıqsız, dəyərsiz və qabiliyyətsiz sayılan birisi haqqında işlədilən ifadə

    Tam oxu »
  • DIRNAĞINDAN DARI SIZMAQ

    xəsislik etmək, qıymamaq; ~ əli cibinə getməmək.

    Tam oxu »
  • DIRNAQ ARASINDA

    saxta, qeyri-ciddi, gerçək olmayan.

    Tam oxu »
  • DIRNAQ YERİ AXTARMAQ

    girəvə, fürsət, bəhanə axtarmaq.

    Tam oxu »
  • DIRNAQLA ƏTİN ARASINA GİRMƏK

    yaxın, doğma, dost adamların arasını vurmaq, ara qızışdırmaq.

    Tam oxu »
  • DİALOQ QURMAQ

    problemi danışıqlar yolu ilə çözməyə çalışmaq.

    Tam oxu »
  • DİBİNDƏN BALTALAMAQ

    məsələni qəti həll etmək, fikri birbaşa, sərt və açıq söyləmək; ~ kökündən baltalamaq (qazımaq).

    Tam oxu »
  • DİBİNƏ DAŞ ATMAQ

    bax: kökünə daş atmaq.

    Tam oxu »
  • DİBİNƏ İŞIQ SALMAYAN ÇIRAQ

    xeyirsiz, faydasız, kara gəlməyən; savadsız, səviyyəsiz.

    Tam oxu »
  • DİDƏRGİN SALMAQ

    yurdundan, el-obasından qovmaq; ~ qaçaq salmaq.

    Tam oxu »
  • DİFİRAMB OXUMAQ

    kimisə tərifləmək, şəninə mədhiyyələr demək.

    Tam oxu »
  • DİK BAXMAQ

    qürurla, cəsarətlə baxmaq.

    Tam oxu »
  • DİKİLİ AĞACI YOXDUR

    heç bir şeyi yoxdur.

    Tam oxu »
  • DİQQƏT KƏSİLMƏK

    tam diqqət etmək, diqqətlə baxmaq və ya dinləmək.

    Tam oxu »
  • DİQQƏT MƏRKƏZİNDƏ OLMAQ

    əsas müşahidə obyektinə çevrilmək, nəzarətə alınmaq, kənardakıların diqqətini cəlb etmək; ~ gündəmdən düşməmək

    Tam oxu »
  • DİQQƏT MƏRKƏZİNDƏ SAXLAMAQ

    unutmamaq, gündəmdən düşməyə qoymamaq, fikrindən çıxarmamaq; ~ yadda saxlamaq, nəzərdə saxlamaq.

    Tam oxu »
  • DİQQƏTDƏN YAYINMAQ

    bax: gözdən qaçmaq.

    Tam oxu »
  • DİQQƏTİ YAYINMAQ

    bax: fikri yayınmaq.

    Tam oxu »
  • DİQQƏTİNİ CƏMLƏMƏK (TOPLAMAQ)

    bax: fikrini cəmləmək (toplamaq).

    Tam oxu »
  • DİL AÇMAQ

    1. İlk dəfə danışmağa başlamaq.  2. Dinmək, dərdini söyləmək, yalvarmaq, xahiş etmək; ~ ağız açmaq.

    Tam oxu »
  • DİL-AĞIZ ETMƏK

    1. Kiməsə razılıq bildirmək üçün xoş sözlər demək; ~ könlünü almaq.  2. Başsağlığı, təsəlli vermək.

    Tam oxu »
  • DİL BİLMƏK

    hər şeyi başa düşmək, vəziyyətdən anlamaq, hal əhli olmaq.

    Tam oxu »
  • DİL BOĞAZA QOYMAMAQ

    çox danışmaq, fasilə vermədən, təkrar-təkrar danışmaq; ~ dil qəfəsə qoymamaq, dili boğazına sığmamaq, dilotu yemək

    Tam oxu »
  • DİL BULAMAQ

    kimdənsə kömək istəmək, kömək barədə xahiş eləmək.

    Tam oxu »
  • DİL ÇATDIRMAQ

    dilli-dilavər olmaq, mübahisə apara bilmək; ~ dil yetirmək.

    Tam oxu »
  • DİL ÇIXARMAQ

    1. Xahiş etmək, yalvarıb-yaxarmaq.  2. Dözməyib dilə gəlmək, etiraz etmək.

    Tam oxu »
  • DİL-DİL ÖTMƏK

    bir şey barədə çox həvəslə danışmaq; tərənnüm etmək.

    Tam oxu »
  • DİL-DODAĞI KİLİDLƏNMƏK

    danışmağa gücü, taqəti olmamaq; ~ nitqi qurumaq, dili qurumaq, dili bağlanmaq.

    Tam oxu »
  • DİL-DODAĞI QURUMAQ

    1. Təəccüb, heyrət içində qalıb danışa bilməmək.  2. Bərk susamaq; ~ içi yanmaq.

    Tam oxu »
  • DİL-DODAĞINI GƏMİRMƏK

    1. Bərk acıqlanmaq, qəzəblənmək.  2. Narazı olmaq.

    Tam oxu »
  • DİL QƏFƏSƏ QOYMAMAQ

    bax: dil boğaza qoymamaq.

    Tam oxu »
  • DİL PƏHLƏVANI

    danışmaqda mahir olub əlindən bir iş gəlməyən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DİL TAPMAQ

    anlaşmaq, ümumi razılığa gəlmək, qarşılıqlı anlaşmaya nail olmaq, bir-biri ilə razılaşmaq; ~ yola getmək

    Tam oxu »
  • DİL TÖKMƏK

    şirin sözlərlə yola gətirməyə, yalvararaq razı salmağa çalışmaq; ~ dilini işə salmaq, dilə tutmaq, dilə basmaq

    Tam oxu »
  • DİL UZATMAQ

    1. Nalayiq söz danışmaq; danışarkən həddini aşmaq.  2. Acizanə xahiş etmək; ~ boğaz çəkmək (uzatmaq), üz vurmaq

    Tam oxu »
  • DİL VERMƏK

    öyrətmək, təhrik etmək, kiməsə qarşı etiraza cürətləndirmək.

    Tam oxu »
  • DİL VERMƏMƏK

    tənqid və müzakirə üçün əsas yaratmamaq.

    Tam oxu »
  • DİL YETİRMƏK

    1. Başqası üçün kimdənsə bir şey xahiş etmək, birinə xahişlə müraciət etmək.  2. Söhbətdə, mübahisədə ayaqlaşa bilmək; ~ dil çatdırmaq

    Tam oxu »
  • DİLDƏ-AĞIZDA GƏZMƏK

    kiminsə, nəyinsə haqqında hər yerdə danışılmaq, geniş dairədə tanınmaq, məşhur olmaq.

    Tam oxu »
  • DİLDƏ-DİŞDƏ DOLAŞMAQ

    bax: dilə-dişə düşmək.

    Tam oxu »