Azərbaycan dilinin frazeologiya lügəti

  • DAĞA DIRMAŞDIRMAQ

    sıxışdırmaq, sınağa çəkmək; ~ əziyyət vermək.

    Tam oxu »
  • DAĞA ƏL ATSA, YERİNDƏN QOPARAR

    çox güclü, iricüssəli adam barədə deyilən ifadə.

    Tam oxu »
  • DAĞARCIĞI ÇUVALA TAY ELƏMƏK

    böyüklərlə bir səviyyədə tutmaq, nüfuzu olmayan bir kəsi hörmətli, ləyaqətli bir şəxslə eyniləşdirmək, bərabər tutmaq

    Tam oxu »
  • DAĞARCIĞINI BOŞALTMAQ

    ürəyində olanları açıb demək.

    Tam oxu »
  • DAĞARCIQ ÇUVALDAN BÖYÜK OLUB

    daha ləyaqətliləri qoyub heç nə ilə fərqlənməyən birisinə dəyər və səlahiyyət verildikdə işlədilən ifadə

    Tam oxu »
  • DAĞDAN AĞIR

    sayılıb-seçilən, hörmətli, izzətli.

    Tam oxu »
  • DAĞDAN GƏLİB BAĞDAKINI QOVMAQ

    özünə aid olmayan bir şeyə sonradan zorakılıq və haqsızlıqla sahib çıxmaq; ~ yersiz gəldi, yerli, qaç

    Tam oxu »
  • DAĞI ARANA, ARANI DAĞA DAŞIMAQ (APARMAQ)

    bax: aranı dağa, dağı arana daşımaq.

    Tam oxu »
  • DAĞI DAĞ ÜSTƏ QOYMAQ

    çox böyük, ağır bir işin öhdəsindən gəlmək, hünər göstərmək.

    Tam oxu »
  • DAĞINA BAXIB QAR VERMƏK

    işi, əməli necədirsə, həyatı da elə olmaq.

    Tam oxu »
  • DAXMA QARALTMAQ

    yaşamaq üçün kiçik ev-eşik düzəltmək.

    Tam oxu »
  • DAL-QABAQ VURMAQ

    dolaşıq danışmaq, nə dediyinin fərqində olmamaq.

    Tam oxu »
  • DAL QAPIDAN ÖTÜRMƏK

    1. Gizlicə qaçırmaq, aradan çıxarmaq.  2. Bir şeyi gizlicə, əlaltından satmaq, oğurlamaq.

    Tam oxu »
  • DALA ATMAQ

    1. Geri qalmağa səbəb olmaq, gecikdirmək, ləngitmək.  2. Qənaət edib saxlamaq, yığmaq, gələcək üçün maddi ehtiyat toplamaq

    Tam oxu »
  • DALA DURMAQ

    1. İştirak etməkdən boyun qaçırmaq, özünü kənara çəkmək, iştirak etməmək.  2. Sözünü geri götürmək; ~ geri vermək

    Tam oxu »
  • DALA DÜŞMƏK

    bax: geri düşmək.

    Tam oxu »
  • DALA GETMƏK

    getdikcə zəifləmək, pisləşmək; ~ geri getmək.

    Tam oxu »
  • DALAĞI SANCMAQ

    şübhələnmək, ehtiyatlanmaq; ~ ürəyinə dammaq, dilini dişləmək.

    Tam oxu »
  • DALANA DİRƏNMƏK

    hər hansı məsələnin həllinin çətinə düşməsi, qəlizləşməsi;  ~ düyünə düşmək, yoxuşa dirənmək.

    Tam oxu »
  • DALDAN ATILAN DAŞ

    gecikmiş, vaxtında, məqamında olmayan tədbir.

    Tam oxu »
  • DALI DAĞA SÖYKƏNMƏK

    arxalı-dayaqlı olmaq.

    Tam oxu »
  • DALINA BAXMADAN QAÇMAQ

    tələsik və birdəfəlik getmək.

    Tam oxu »
  • DALINA DÜŞMƏK

    1. Maraqlanmaq, təqib etmək, izləmək.  2. Əldə etməyə çalışmaq, bir şeyin qeydinə qalmaq.

    Tam oxu »
  • DALINA-QABAĞINA BAXMAMAQ

    ehtiyatlı olmamaq, hərtərəfli yoxlamamaq, götür-qoy etməmək; ~ dalını-qabağını düşünməmək.

    Tam oxu »
  • DALINA MİNDİRMƏK

    çox üz vermək, qudurtmaq.

    Tam oxu »
  • DALINCA ATLI QOVUR

    sürətlə hərəkət edən, tez-tez yeriyən, daim tələsən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DALINDA DAĞ KİMİ DURMAQ

    bax: arxasında dayanmaq.

    Tam oxu »
  • DALINDA DURMAQ

    kömək etməyə hazır olmaq, himayə etmək, müdafiə etmək; ~ dayaq durmaq.

    Tam oxu »
  • DALINDAN DƏYMƏK

    qovmaq, işdən azad etmək, cəzalandırmaq; ~ sıradan çıxarmaq.

    Tam oxu »
  • DALINI DAĞA SÖYKƏMƏK

    bir şeyə və ya bir adama arxayın olub heç bir şeydən qorxmamaq, heç nədən çəkinməmək.

    Tam oxu »
  • DALINI GÜNƏ VERMƏK

    tənbəllik etmək, bir iş görməmək.

    Tam oxu »
  • DALINI-QABAĞINI DÜŞÜNMƏMƏK

    danışığında emosional olmaq, ehtiyatlı hərəkət etməmək, təmkinli olmamaq; ~ dalına-qabağına baxmamaq

    Tam oxu »
  • DAM DİRƏYİNİ KƏLƏ QOŞUB ÇƏKMƏK

    yıxıb tökmək, məhv etmək.

    Tam oxu »
  • DAMA BASMAQ

    həbs etmək, həbsə salmaq; ~ dama salmaq.

    Tam oxu »
  • DAMA GİRMƏK

    tutulmaq, həbs edilmək.

    Tam oxu »
  • DAMA SALMAQ

    bax: dama basmaq.

    Tam oxu »
  • DAMAĞINA DƏYMƏK

    narazı salmaq; ~ kefini pozmaq, xətrinə dəymək.

    Tam oxu »
  • DAMAQ ETMƏK

    istəyinin gerçəkləşməsinə imkan verməmək; ~ arzusunu ürəyində qoymaq, tamarzı qoymaq, damaq qoymaq.

    Tam oxu »
  • DAMAQ QALMAQ

    arzusuna çatmamaq, bir şeydə gözü qalmaq; daim aldadılaraq gözləmək; ~ tamarzı qalmaq.

    Tam oxu »
  • DAMAQ QOYMAQ

    bax: damaq etmək.

    Tam oxu »
  • DAMARI BOŞ OLMAQ

    tez yola gəlmək, üzüyumşaq, üzüyola olmaq.

    Tam oxu »
  • DAMARI TUTMAQ

    bax: tərs damarı tutmaq.

    Tam oxu »
  • DAMARINA BAXIB QAN ALMAQ

    imkanını nəzərə almaqla xərcə salmaq.

    Tam oxu »
  • DAMARINA DÜŞMƏK

    bax: damarını tutmaq (tapmaq).

    Tam oxu »
  • DAMARINI TUTMAQ (TAPMAQ)

    xasiyyətini bilmək; zəif yerini bilib ona uyğun hərəkət etmək; ~ yumşaq damarını tutmaq (tapmaq), zəif damarını tutmaq (tapmaq), nazik damarını tutmaq

    Tam oxu »
  • DAMAZLIĞINI KƏSMƏK

    bax: kökünə daş atmaq.

    Tam oxu »
  • DAMDAN DÜŞMƏK

    gözlənilmədən, təsadüfən, qəfil ortaya çıxmaq.

    Tam oxu »
  • DAMDAN VURUB BACADAN ÇIXMAQ

    bacarıqlı olmaq, gözüaçıq, diribaş olmaq.

    Tam oxu »
  • DAMĞA VURMAQ

    ləkələmək, böhtan atmaq, əsassız ittiham etmək.

    Tam oxu »
  • DAMI BAŞINA UÇMAQ

    bax: ocağı sönmək (qaralmaq).

    Tam oxu »