Azərbaycan dilinin frazeologiya lügəti

  • ÜZÜNDƏ YAZILMAQ

    üzündən bəlli olmaq, büruzə vermək; üzünə baxan kimi nə hiss keçirdiyini duymaq, sezmək.

    Tam oxu »
  • ÜZÜNDƏN KEÇƏ BİLMƏMƏK

    xahişini, sözünü yerə sala bilməmək.

    Tam oxu »
  • ÜZÜNDƏN QAN QAÇMAQ

    rəngi saralmaq.

    Tam oxu »
  • ÜZÜNDƏN NUR YAĞMAQ (TÖKÜLMƏK)

    mülayim, imanlı, xeyirxah və xoşsifətli olmaq, alicənablılığı üzündən bəlli olmaq.

    Tam oxu »
  • ÜZÜNDƏN ZƏHRİMAR YAĞMAQ (TÖKÜLMƏK)

    bax: sifətindən zəhrimar yağmaq (tökülmək).

    Tam oxu »
  • ÜZÜNƏ AĞ OLMAQ

    kobud cavab vermək, etiraz etmək; nankorluq etmək, tabe olmamaq; ~ söz qaytarmaq, cavab qaytarmaq, üzünə qabarmaq, üzünə bozarmaq, üzünə qayıtmaq, söz

    Tam oxu »
  • ÜZÜNƏ BAXA BİLMƏMƏK

    bərk utanmaq, hər hansı səbəbdən xəcalət çəkmək; ~ xəcalətdən yerə girmək, yerə girmək, yer yarılsa, yerə girərdi

    Tam oxu »
  • ÜZÜNƏ BAXMAQLA DOYMAQ

    həddindən artıq gözəl, nurlu, yapışıqlı siması olan birinə baxaraq zövq almaq.

    Tam oxu »
  • ÜZÜNƏ BOZARMAQ

    kobud tərzdə cavab vermək; ~ söz qaytarmaq, cavab qaytarmaq, üzünə qabarmaq, üzünə ağ olmaq.

    Tam oxu »
  • ÜZÜNƏ ÇIRPMAQ (VURMAQ)

    bir adamın eybini, qüsurunu, çatışmayan cəhətini kobudcasına üzünə demək; etdiyi yaxşılığı xatırladaraq utandırmaq; ~ başına vurmaq, başına qaxmaq

    Tam oxu »
  • ÜZÜNƏ DAN YELİ DƏYMƏYİB

    utanmaz, tərbiyəsiz, kobud, abır-həyası olmayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ÜZÜNƏ DURMAQ

    əleyhinə ifadə vermək; ~ üzə durmaq.

    Tam oxu »
  • ÜZÜNƏ ƏLƏK TUTMAQ

    yalandan özünü utancaq kimi göstərmək.

    Tam oxu »
  • ÜZÜNƏ GÜN DOĞMAQ

    bax: bəxtinə gün doğmaq.

    Tam oxu »
  • ÜZÜNƏ İTİN SÖZÜNÜ DEMƏK

    bax: itin sözünü demək.

    Tam oxu »
  • ÜZÜNƏ QABARMAQ

    bax: üzünə ağ olmaq.

    Tam oxu »
  • ÜZÜNƏ QAPILAR AÇIQ OLMAQ

    bax: üzünə qapılar açılmaq.

    Tam oxu »
  • ÜZÜNƏ QAPILAR AÇILMAQ

    hər yerdə hörmət və ehtiramla qarşılanmaq, işi avand olmaq; ~ bəxti üzünə gülmək.

    Tam oxu »
  • ÜZÜNƏ QAYITMAQ

    bax: üzünə ağ olmaq.

    Tam oxu »
  • ÜZÜNƏ QOYMAQ

    yalandan şahidliyə vadar etmək, yalan ifadə verməyə məcbur etmək, öyrədərək kiminsə əleyhinə qaldırmaq

    Tam oxu »
  • ÜZÜNƏ PƏRDƏ ÇƏKMƏK

    maskalanmaq, riyakarlıq etmək, yalandan özünü dost kimi göstərmək; ~ cildə girmək.

    Tam oxu »
  • ÜZÜNƏ SALMAQ

    həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq.

    Tam oxu »
  • ÜZÜNƏ ŞAX BAXMAQ

    başqasının yanında heç bir günahı, utanılacaq işi olmamaq, alnıaçıq olmaq.

    Tam oxu »
  • ÜZÜNƏ TÜPÜRMƏK

    yol verdiyi qəbahətə görə təhqir etmək, bərk danlamaq, söymək; ~ abrını ətəyinə bükmək.

    Tam oxu »
  • ÜZÜNƏ ÜZ BAĞLAMAQ

    utanmamaq, çəkinməmək, sırtıqlıq etmək.

    Tam oxu »
  • ÜZÜNƏ ÜZ TUTMAQ

    utansa da, xəcalət çəksə də, hərəkət etmək.

    Tam oxu »
  • ÜZÜNƏ YAXŞI BAXMAQ

    hörmət və mehribanlıqla qarşılamaq.

    Tam oxu »
  • ÜZÜNÜ AÇMAQ

    1. Hər hansı qeyri-münasib hərəkəti və ya sözü ilə yaşca özündən kiçiyin tərbiyəsinə pis təsir göstərmək, utancaqlığını aradan qaldırmaq

    Tam oxu »
  • ÜZÜNÜ AĞ ELƏMƏK

    etimadı, inamı doğrultmaq, hörmətini, nüfuzunu artırmaq.

    Tam oxu »
  • ÜZÜNÜ BOZARTMAQ

    sərt davranmaq; təpinmək, acıqlanmaq.

    Tam oxu »
  • ÜZÜNÜ BULUD ALMAQ

    qəmlənmək, qəmli, fikirli, qaşqabaqlı olmaq.

    Tam oxu »
  • ÜZÜNÜ İT DƏ GÖRSƏ, YALAMAZ

    çox çirkin adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ÜZÜNÜ QARA ELƏMƏK

    yarıtmamaq, başıaşağı etmək, nüfuzuna, ləyaqətinə xələl gətirmək.

    Tam oxu »
  • ÜZÜNÜ TURŞUTMAQ

    narazılığını bildirmək, xoşlamadığını büruzə vermək; ~ ağız burmaq, ağız-burun əymək, ağız-burnunu turşutmaq, ağız büzmək, sifətini turşutmaq, üz-gözü

    Tam oxu »
  • ÜZÜNÜ YUMŞAQ GÖRMƏK

    mülayim və sakit adam hesab etmək.

    Tam oxu »
  • ÜZÜNÜN DƏRİSİ GETMƏK

    bir şey üçün çox xahiş etmək, yalvarmaq.

    Tam oxu »
  • ÜZÜNÜN PƏRDƏSİ YIRTILMAQ

    utanmamaq, abır-həyası olmamaq.

    Tam oxu »
  • ÜZÜNÜN SUYU GETMƏK (TÖKÜLMƏK)

    biabır olmaq, rüsvay olmaq, sırtılmaq; ~ abrı getmək (tökülmək).

    Tam oxu »
  • ÜZÜNÜN SUYUNU TÖKMƏK

    bərk danlamaq, biabır etmək, rüsvay etmək; ~ abrını ətəyinə bükmək, abrını vermək (almaq), abrını tökmək (aparmaq)

    Tam oxu »
  • ÜZÜYUXARI DAŞ APARMAQ

    ehtiyacı olduğundan çətin bir işi qəbul etmək.

    Tam oxu »
  • VAHİMƏ BASMAQ (GÖTÜRMƏK)

    bərk qorxmaq, vahimələnmək, xoflanmaq; ~ qorxuya düşmək, xof götürmək, vahiməyə düşmək.

    Tam oxu »
  • VAHİMƏYƏ DÜŞMƏK

    bax: vahimə basmaq (götürmək).

    Tam oxu »
  • VAHİMƏYƏ SALMAQ

    qorxutmaq.

    Tam oxu »
  • VAXT ALMAQ

    kimisə işdən ayırmaq, fikrini başqa tərəfə yönəltmək.

    Tam oxu »
  • VAXT İTİRMƏK

    vaxtını boş, səmərəsiz yerə sərf etmək.

    Tam oxu »
  • VAXT QAZANMAQ

    niyyətini həyata keçirmək, fürsət əldə etmək üçün zamandan bəhrələnmək; ~ vaxt udmaq, vaxtı uzatmaq.

    Tam oxu »
  • VAXT ÖLDÜRMƏK

    vaxtın tez keçməsi üçün boş bir şeylə məşğul olmaq; ~ başını qatmaq.

    Tam oxu »
  • VAXT UDMAQ

    bax: vaxt qazanmaq.

    Tam oxu »
  • VAXTI UZATMAQ

    bax: vaxt qazanmaq.

    Tam oxu »
  • VALI DƏYİŞMƏK

    mövzunu, söhbətin istiqamətini başqa tərəfə yönəltmək; ~ söz azdırmaq; davranışını, mövqeyini dəyişmək

    Tam oxu »