Azərbaycan dilinin frazeologiya lügəti

  • GÖZLƏRİNİ SÜZDÜRMƏK

    əzilib-büzülmək, özünü naza qoymaq.

    Tam oxu »
  • GÖZLƏRİNİ YOLDA QOYMAQ

    gözlətmək, intizarda qoymaq.

    Tam oxu »
  • GÖZÜ AÇILMAQ

    dərk etməyə başlamaq, ayılmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı ayırd etmək; ~ qəflət yuxusundan ayılmaq (oyanmaq)

    Tam oxu »
  • GÖZÜ AĞZINDA OLMAQ

    başqasının nə deyəcəyini gözləmək; əmrə müntəzir dayanmaq.

    Tam oxu »
  • GÖZÜ ALMAQ

    dərhal görmək, diqqətini cəlb etmək, diqqət yetirmək.

    Tam oxu »
  • GÖZÜ ARXASINCA (DALINCA) QALMAQ

    baxmaqdan doymamaq, ürəyinə yatdığı bir şeyi və ya bir kəsi arzulamaq; ~ gözü doymamaq, ürəyi qalmaq

    Tam oxu »
  • GÖZÜ ATMAMAQ

    istəməmək, xüsusi istəyi olmamaq, çox arzulamamaq, ürəyi getməmək, fərqində olmamaq.

    Tam oxu »
  • GÖZÜ AYAĞININ ALTINI GÖRMƏMƏK

    hədsiz təkəbbürlü olmaq, heç kəsi saymamaq, azğınlaşmaq, harınlamaq.

    Tam oxu »
  • GÖZÜ-BAŞI QAYNAMAQ

    bax: gözləri qaynamaq.

    Tam oxu »
  • GÖZÜ DOYMAMAQ

    1. Həris olmaq, tamahkarlıq eləmək, hər şeydə gözü qalmaq; acgözlük eləmək, gözü yemək dalınca qalmaq

    Tam oxu »
  • GÖZÜ DÜŞMƏK

    aşiq olmaq, vurulmaq, sevmək; ~ gözü qalmaq, gözü tutmaq.

    Tam oxu »
  • GÖZÜ GƏZMƏK

    hər tərəfə baxmaq, kimisə və ya nəyi isə axtarmaq.

    Tam oxu »
  • GÖZÜ GÖTÜRMƏMƏK

    paxıllıq etmək, başqasının uğurlarına sevinməmək; ~ gözünə batmaq, gözünə girmək.

    Tam oxu »
  • GÖZÜ HEÇ NƏYİ GÖRMƏMƏK

    bax: gözünə heç nə görünməmək.

    Tam oxu »
  • GÖZÜ KƏLLƏSİNƏ ÇIXMAQ

    həddən artıq təəccüblənmək; ~ heyrətə gəlmək, gözləri dörd olmaq.

    Tam oxu »
  • GÖZÜ-KÖNLÜ AÇILMAQ

    şadlanmaq, sevinmək, fərəhlənmək; ~ ürəyi açılmaq, könlü açılmaq.

    Tam oxu »
  • GÖZÜ-KÖNLÜ TOX

    dünya malında gözü olmayan, nəfsinə yiyəlik edən.

    Tam oxu »
  • GÖZÜ QALMAQ

    baxa-baxa qalmaq, bir şeyin həsrətində olmaq, istəmək, unuda bilməmək, bir şeyin xoş təsirindən qurtara bilməmək; ~ gözünü çəkə bilməmək; gözü düşmək,

    Tam oxu »
  • GÖZÜ QANLI

    intiqam hissi ilə coşan, dəli-dolu.

    Tam oxu »
  • GÖZÜ QAPIDA QALMAQ

    bax: gözü yolda qalmaq.

    Tam oxu »
  • GÖZÜ QIZMAQ

    hirsindən, qəzəbindən heç kəsi görməmək, hiddətlənmək; ~ özünü-sözünü bilməmək.

    Tam oxu »
  • GÖZÜ QORXMAQ

    əvvəllər zərər çəkdiyi bir şeydən ehtiyat etmək, çəkinmək.

    Tam oxu »
  • GÖZÜ OLMAQ

    1. Nə isə ummaq, istəmək. 2. Bax: göz-qulaq olmaq.

    Tam oxu »
  • GÖZÜ ONUN-BUNUN ƏLİNDƏ OLMAQ (QALMAQ)

    təmənnalı, umacaqlı olmaq; ~ gördüyündən gözkirəsi istəmək.

    Tam oxu »
  • GÖZÜ ORDA-BURDA OLMAQ

    baxışları ilə daim nə isə axtarmaq; ~ gözləri oynamaq, gözləri qaynamaq.

    Tam oxu »
  • GÖZÜ SATAŞMAQ

    təsadüfən bir şey görmək, birdən görmək; ~ gözünə ilişmək.

    Tam oxu »
  • GÖZÜ SU İÇMƏMƏK

    şübhələnmək, inanmamaq, etibar etməmək.

    Tam oxu »
  • GÖZÜ TUTMAQ

    bəyənmək, sevmək, xoşlamaq, aşiq olmaq; ~ könlünə yatmaq, gözü düşmək.

    Tam oxu »
  • GÖZÜ ÜSTÜNDƏ OLMAQ

    muğayat olmaq; ~ göz-qulaq olmaq, nəzərini üstündən çəkməmək; nəzarət etmək; ~ başının üstündə durmaq

    Tam oxu »
  • GÖZÜ YEMƏMƏK

    bir işin öhdəsindən gələcəyinə əmin olmamaq; qorxmaq, çəkinmək, ehtiyat etmək.

    Tam oxu »
  • GÖZÜ YIĞILMAQ

    əl çəkmək, bir işə son vermək.

    Tam oxu »
  • GÖZÜ YOL ÇƏKMƏK

    bir şeyə gözünü zilləyib fikrə dalmaq.

    Tam oxu »
  • GÖZÜ YOLDA QALMAQ

    kiminsə gəlişini intizarla gözləmək; ~ gözü qapıda qalmaq, gözünün kökü saralmaq.

    Tam oxu »
  • GÖZÜM AYDIN

    hər hansı xəbərə biganə münasibət bildirən ifadə; adətən, ikrah hissi və etiraz əlaməti olaraq işlədilir

    Tam oxu »
  • GÖZÜM ÜSTƏ

    can-başla, bəçeşm, məmnuniyyətlə; ~ baş üstə.

    Tam oxu »
  • GÖZÜM ÜSTƏ YERİ VAR

    kiminsə gəlişinə xoş münasibət, hörmət və məmnunluq bildirən ifadə.

    Tam oxu »
  • GÖZÜMÇIXDIYA SALMAQ

    sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq altda saxlamaq; ~ göz verib işıq verməmək, qoz qabığına soxmaq (salmaq)

    Tam oxu »
  • GÖZÜMÜN İKİSİ DƏ AYDIN

    bax: gözüm aydın.

    Tam oxu »
  • GÖZÜN ÜSTƏ QAŞIN VAR DEMƏMƏK

    incə, xoş davranmaq, qəlbə toxunacaq söz söyləməmək, irad bildirməmək; ~ güldən ağır söz  deməmək.

    Tam oxu »
  • GÖZÜNDƏ BÖYÜMƏK

    kiminsə yanında hörməti artmaq.

    Tam oxu »
  • GÖZÜNDƏ CANLANMAQ

    bax: təsəvvürünə gətirmək.

    Tam oxu »
  • GÖZÜNDƏ KİÇİLMƏK (BALACALAŞMAQ)

    kiminsə nəzərində hörməti, nüfuzu aşağı düşmək.

    Tam oxu »
  • GÖZÜNDƏ QALDIRMAQ

    etibarını, hörmətini daha da artırmaq.

    Tam oxu »
  • GÖZÜNDƏ QALMAQ

    istəyinə, arzusuna nail olmamaq; ~ boğazında qalmaq, ürəyində qalmaq.

    Tam oxu »
  • GÖZÜNDƏ QOYMAQ

    bax: ürəyində qoymaq.

    Tam oxu »
  • GÖZÜNDƏ UCALMAQ

    kiminsə nəzərində hörməti, nüfuzu artmaq.

    Tam oxu »
  • GÖZÜNDƏ YUXU OLMAMAQ

    az yatmaq, tez oyanmaq.

    Tam oxu »
  • GÖZÜNDƏN BATMAQ

    1. Mənbəyindən qurumaq, su çıxmamaq.  2. Məhv olmaq, bərbad olmaq, heç-puç olmaq.

    Tam oxu »
  • GÖZÜNDƏN DÜŞMƏK

    1. Bir şeyə qarşı marağını itirmək, daha maraqlanmamaq.  2. Etibarını, inamını itirmək; ~ gözdən düşmək

    Tam oxu »
  • GÖZÜNDƏN GƏTİRMƏK (TÖKMƏK)

    peşman etmək; ~ haram eləmək, əhvalını korlamaq, burnundan gətirmək (tökmək).

    Tam oxu »