Azərbaycan dilinin frazeologiya lügəti

  • GÖZ QAYTARMAQ

    pis nəzərlərdən, bəd niyyətlərdən qorunmaq üçün özünü, imkanlarını olduğundan daha zəif, solğun təqdim etmək

    Tam oxu »
  • GÖZ QIRMAQ

    hədələmək, qorxutmaq; ~ gözünün odunu almaq.

    Tam oxu »
  • GÖZ QIRPIMINDA

    bax: bir göz qırpımında.

    Tam oxu »
  • GÖZ QOYMAQ

    hiss etdirmədən diqqətlə baxmaq, müşahidə etmək; nəzarət etmək; ~ gözdən qoymamaq, nəzarət altında saxlamaq

    Tam oxu »
  • GÖZ-QULAQ OLMAQ

    muğayat olmaq, himayə etmək, nəzarət etmək; ~ gözdən qoymamaq, üstündə göz olmaq, üstündə durmaq, başının üstündə durmaq, gözü üstündə olmaq, gözündən

    Tam oxu »
  • GÖZ OXŞAMAQ

    gözəl görünmək; ~ xoş gəlmək, ürəyə yatmaq.

    Tam oxu »
  • GÖZ OLMAQ

    nəzarət etmək; muğayat olmaq, qayğı göstərmək.

    Tam oxu »
  • GÖZ ÖNÜNƏ ALMAQ

    təhlükəni nəzərə alaraq hərəkət etmək.

    Tam oxu »
  • GÖZ ÖNÜNƏ GƏTİRMƏK

    xatırlamaq; ~ təsəvvüründə canlandırmaq, yada salmaq.

    Tam oxu »
  • GÖZ ÜSTƏ SAXLAMAQ

    əzizləmək, göz bəbəyi kimi qorumaq; ~ əziz tutmaq.

    Tam oxu »
  • GÖZ VERİB İŞIQ VERMƏMƏK

    incitmək, davamlı əzab vermək, daim sıxışdırmaq, narahat etmək, təzyiq altda saxlamaq; ~ gözümçıxdıya salmaq, qoz qabığına soxmaq (salmaq), gününü göy

    Tam oxu »
  • GÖZ VURMAQ

    1. İşarə etmək üçün göz qapağını qaldırıb-endirmək; ~ göz basmaq, göz atmaq.  2. Sataşmaq.

    Tam oxu »
  • GÖZ YAŞI TÖKMƏK

    ağlamaq.

    Tam oxu »
  • GÖZ YAŞINA DƏM VERMƏK

    çox ağlamaq, göz yaşı tökmək; ~ qan ağlamaq.

    Tam oxu »
  • GÖZ YAŞLARINI BOĞA BİLMƏMƏK

    hıçqırtı ilə ağlamaq.

    Tam oxu »
  • GÖZ YETİRMƏK

    ötəri baxmaq, diqqət etmək; ~ nəzər salmaq, göz gəzdirmək, gözdən keçirmək.

    Tam oxu »
  • GÖZ YUMMAQ

    ciddi əhəmiyyət verməmək, nəzərə almamaq, boş buraxmaq, güzəştə getmək; ~ dərinə getməmək.

    Tam oxu »
  • GÖZ YUMUB-AÇINCA

    Bax: bir göz qırpımında

    Tam oxu »
  • GÖZALTI ELƏMƏK

    müəyyən məqsədlə kimisə və ya nəyisə hədəfə almaq, nəzərdə tutmaq, nəsə planlaşdırmaq.

    Tam oxu »
  • GÖZAYDINLIĞI VERMƏK

    hər hansı xoş hadisə ilə bağlı təbrik etmək.

    Tam oxu »
  • GÖZDAĞI ÇƏKDİRMƏK

    bax: gözdağı vermək.

    Tam oxu »
  • GÖZDAĞI VERMƏK

    mənəvi zərbə vurmaq, iztirab çəkməsinə səbəb olmaq; ~ gözdağı çəkdirmək.

    Tam oxu »
  • GÖZDƏ-QULAQDA OLMAQ

    ciddi nəzarət etmək, təqib etmək, davamlı izləmək; ~ nəzarətdə saxlamaq.

    Tam oxu »
  • GÖZDƏN DÜŞMƏK

    əvvəlki hörmətini itirmək, sayılmamaq; ~ etibardan düşmək, nüfuzdan düşmək, nəzərdən düşmək, ulduzu batmaq

    Tam oxu »
  • GÖZDƏN İTİ

    görmə qabiliyyəti yaxşı olan, itigözlü.

    Tam oxu »
  • GÖZDƏN İTİRMƏK

    uzaqlaşdığı üçün artıq görə bilməmək.

    Tam oxu »
  • GÖZDƏN İTMƏK

    görünməz olmaq, yox olmaq, tez çıxıb getmək.

    Tam oxu »
  • GÖZDƏN KEÇİRMƏK

    ötəri baxmaq, səthi yoxlamaq; ~ nəzər salmaq, göz gəzdirmək (dolandırmaq), göz yetirmək.

    Tam oxu »
  • GÖZDƏN QAÇIRMAQ

    diqqətsiz olmaq; ~ nəzərdən qaçırmaq.

    Tam oxu »
  • GÖZDƏN QAÇMAQ

    diqqətdən kənarda qalmaq, əhəmiyyət verilməmək; ~ diqqətdən yayınmaq, nəzərdən qaçmaq (yayınmaq).

    Tam oxu »
  • GÖZDƏN QOYMAMAQ

    daim nəzarətdə saxlamaq, bütün hərəkətlərinə fikir vermək, izləmək, təqib etmək; ~ göz qoymaq, göz-qulaq olmaq

    Tam oxu »
  • GÖZDƏN OĞURLANMAQ

    yayınmaq, gizlənmək; ~ aradan çıxmaq, gözdən yayınmaq.

    Tam oxu »
  • GÖZDƏN OLMAQ

    kor olmaq, görmə qabiliyyətini itirmək.

    Tam oxu »
  • GÖZDƏN PƏRDƏ ASMAQ

    eyiblərini, nöqsanlarını ört-basdır etmək, həqiqəti danmaq, aldadıcı, məkrli niyyət güdmək.

    Tam oxu »
  • GÖZDƏN SALMAQ

    özündən uzaqlaşdırmaq, kənar etmək; nüfuzuna xələl gətirmək, kiminsə haqqında mənfi rəy yaratmaq; ~ nəzərdən salmaq, qiymətdən salmaq, alığını aşırmaq

    Tam oxu »
  • GÖZDƏN TÜK ÇƏKMƏK (QOPARMAQ)

    bir işi çox cəld və məharətlə görmək.

    Tam oxu »
  • GÖZDƏN UZAQ, KÖNÜLDƏN İRAQ

    uzaqda yaşadığından, görünmədiyindən, gediş-gəliş olmadığından unudulan, yada düşməyən şəxs haqqında işlədilən ifadə

    Tam oxu »
  • GÖZDƏN YAYINMAQ

    1. Qaçıb gizlənmək, yayınmaq, gözə görünməmək; ~ gözdən oğurlanmaq.  2. Diqqət edilməmək, əhəmiyyət verilməmək; ~ gözdən qaçmaq, nəzərdən qaçmaq, nəzə

    Tam oxu »
  • GÖZƏ ÇARPMAQ

    ara-sıra görünmək, nəzəri cəlb etmək.

    Tam oxu »
  • GÖZƏ DƏYMƏMƏK

    gec-gec görünmək; ~ aya-günə dönmək, bayram şəkərburasına (aşına) dönmək.

    Tam oxu »
  • GÖZƏ GƏLMƏK

    bax: göz dəymək.

    Tam oxu »
  • GÖZƏ GİRMƏK

    həmişə göz qarşısında olmağa çalışmaq, məqsədli şəkildə kiminsə diqqətini cəlb etmək, etimadını qazanmağa çalışmaq; ~ özünü göstərmək, ürəyinə girmək,

    Tam oxu »
  • GÖZƏ GÖRÜNMƏK

    nəzərə çarpmaq, diqqəti cəlb etmək.

    Tam oxu »
  • GÖZƏ KÜL ÜFÜRMƏK

    kiçik bir uğuru şişirtmək, yalandan tərifləmək, aldatmaq.

    Tam oxu »
  • GÖZƏ SOXMAQ (DÜRTMƏK)

    elədiyi işi şişirtmək, hamıya çatdırmaq, dönə-dönə tərifləmək, elədiyini tez-tez demək.

    Tam oxu »
  • GÖZƏL AĞA GÖZƏL İDİ, BU YANDAN DA VURUB ÇİÇƏK (ÇİBAN) ÇIXARTDI

    onsuz da çoxlu problemləri, dərdləri olan şəxsin daha bir ciddi problemlə üzləşməsini bildirən ifadə

    Tam oxu »
  • GÖZLƏ QAŞ ARASINDA

    tez, bir anda, tələm-tələsik.

    Tam oxu »
  • GÖZLƏMƏKDƏN GÖZÜNÜN KÖKÜ SARALMAQ

    bax: gözünün kökü saralmaq.

    Tam oxu »
  • GÖZLƏRİ AĞARA QALMAQ

    1. Təəccüb etmək, heyrət etmək.  2. Bir işi sona çatdırınca böyük əzab çəkmək, əziyyətə qatlaşmaq.

    Tam oxu »
  • GÖZLƏRİ AXMAQ

    1. Yorğunluqdan və ya başqa səbəbdən gözü yumulmaq, örtülmək.  2. Sərxoş olmaq.

    Tam oxu »