Azərbaycan dilinin izahlı lüğəti

  • PAPAQLANMAQ

    f. k.t. Yekəlib yumşalmaq (pambıq haqqında)

    Tam oxu »
  • PAPAQLI

    1. sif. Başında papağı olan, papaq geymiş. Papaqlı kişi. – Aslan atasının papaqlı şəklini göstərmişdi

    Tam oxu »
  • PAPAQLIQ

    sif. Papaq tikmək üçün yarar. Papaqlıq dəri

    Tam oxu »
  • PAPAQSIZ

    sif. Başında papaq olmayan, papaq geyməmiş, başıaçıq. Papaqsız oğlan. // zərf Başıaçıq. Papaqsız gəzmək

    Tam oxu »
  • PAPEY

    f. köhn. İzləmə, təqib etmə

    Tam oxu »
  • PAPIŞ

    is. [fars.] Adətən evdə geyilən yüngül ayaqqabı. // Ümumiyyətlə, ayaqqabı mənasında. [Fatma xanım:] O uşaqdı?… Xeyr, bəbədi

    Tam oxu »
  • PAPİRÓS

    [alm. papier – kağız] Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). Papiros çəkmək. Papiros qutusu

    Tam oxu »
  • PAPİROSALIŞDIRAN

    bax papirosyandıran

    Tam oxu »
  • PAPİROSDOLDURAN

    sif. Papiros gilizlərinə tütün dolduran. Papirosdolduran maşın. // İs. mənasında. Papiros dolduran alət, cihaz

    Tam oxu »
  • PAPİROSQABI

    is. Papiros qoymaq üçün qutu; portsiqar. [Nəsir bəy] küçə qapısında cibindən bir gümüş papirosqabı çıxarıb içindən bir papiros götürüb yandırdı

    Tam oxu »
  • PAPİROSYANDIRAN

    is. Papiros yandırmaq üçün alət; alışqan, papirosalışdıran. Kolxoz sədri masanın dalından qalxdı, papirosyandıranı çıxardı… Ə

    Tam oxu »
  • PAPİRUS

    [yun.] 1. Tropik qamış bitkisi. 2. Həmin bitkinin, qədim misirlilərin və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı

    Tam oxu »
  • PAPKÁ

    [rus.] Kağız qoymaq üçün kartondan, dəridən və s.-dən qovluq. [Yaşar:] Hər nə var – proyekt və ya başqa hesablar hamısı bu papkadadır

    Tam oxu »
  • PAPUAS

    cəm Yeni Qvineyanın və Melaneziyanın bəzi başqa adalarının yerli əhalisi

    Tam oxu »
  • PAPUASLAR

    cəm Yeni Qvineyanın və Melaneziyanın bəzi başqa adalarının yerli əhalisi

    Tam oxu »
  • PAR-PAR

    par-par parıldamaq – gözləri qamaşdıracaq dərəcədə parıldamaq. Pəncərələr par-par parıldayır. Stolun üstü par-par parıldayır

    Tam oxu »
  • PARA₂

    is. Pul. Keçən gün [Zeynal] səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün ən aşağısı üç yüz manat para alacaqdır

    Tam oxu »
  • PARA₁

    is. [fars. parə] 1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı. // Parça, tikə. Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoyd

    Tam oxu »
  • PARABELLUM

    [lat. para bellum – müharibəyə hazırlaş] Avtomat tapança növü. Bozumtul adyalla örtülmüş taxta çarpayıların başından sarı qoburlu alman parabellumu as

    Tam oxu »
  • PARÁBOLA

    [yun. parabola – yaxınlaşma] riyaz. Bütün nöqtələri bir nöqtədən (fokusdan) və bir düz xətdən (direktrisadan) eyni məsafədə olan qeyri-qapalı əyri

    Tam oxu »
  • PARABOLİK

    sif. [yun.] 1. Parabola şəklində olan. Kometanın parabolik orbiti. Parabolik tağ. 2. Paraboloid şəklində olan

    Tam oxu »
  • PARABOLÓİD

    [yun. parabole və lidos] riyaz. Bir parabolanın ucunun hərəkətsiz duran başqa parabolaya sürtünməsi nəticəsində alınan səth

    Tam oxu »
  • PARÁD

    [fr.] 1. Qoşunların təntənəli rəsmkeçidi; rəsm-keçid. 2. İdman, tələbə, gənclər və s. təşkilatların üzvlərinin təntənəli yürüşü

    Tam oxu »
  • PARADIRNAQ

    sif. zool. Qoşadırnaq, haçadırnaq (heyvan)

    Tam oxu »
  • PARADÓKS

    [yun. paradoxos – gözlənilməz, qəribə] Adi və hamı tərəfindən qəbul olunmuş fikrə, mühakiməyə, qənaətə qəti uyğun olmayan, (bəzən ancaq ilk baxışda) d

    Tam oxu »
  • PARADOKSÁL

    sif. [yun.] Qeyri-adi, inanılmaz, ağlasığmaz. Lakin dünya xalqlarının tarixi müqəddəratında paradoksal hadisələr az deyil… Ə

    Tam oxu »
  • PARADOKSALLIQ

    is. Qeyri-adilik, ağlasığmazlıq, inanılmazlıq

    Tam oxu »
  • PARÁF

    [fr.] Qısa imza, adının və atasının, yaxud familiyasının adının ilk hərfləri – inisial (adətən diplomatik sənədlərdə)

    Tam oxu »
  • PARAFİN

    [fr.] Neftdən, habelə torf və ya boz kömürdən quru distillə yolu ilə alınan mumaoxşar ağ və ya sarımtıl maddə

    Tam oxu »
  • PARAFİNLƏMƏ

    “Parafinləmək”dən f.is

    Tam oxu »
  • PARAFİNLƏMƏK

    f. Üzərinə parafin sürtmək, parafin hopdurmaq. Çəlləyi parafinləmək

    Tam oxu »
  • PARAFİNLƏNMƏ

    “Parafinlənmək”dən f.is

    Tam oxu »
  • PARAFİNLƏNMƏK

    məch. Parafin sürtülmək, parafin hopdurulmaq

    Tam oxu »
  • PARAFİNLİ

    sif. Tərkibində parafin olan, parafin sürtdürülmüş, parafin hopdurulmuş

    Tam oxu »
  • PARAFLAMA

    “Paraflamaq”dan f.is. Paraflamanın hüquqi əhəmiyyəti

    Tam oxu »
  • PARAFLAMAQ

    f. dipl. Beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq (adının, atasının adının, yaxud familiyasının ilk hərflərini yazmaqla)

    Tam oxu »
  • PARAFLANMA

    “Paraflanmaq”dan f.is

    Tam oxu »
  • PARAFLANMAQ

    məch. dipl. Rəsmi imzalanmaya qədər ilkin imza (paraf) qoyulmaq (beynəlxalq müqaviləyə). Sülh müqaviləsi paraflandı

    Tam oxu »
  • PARAQ

    is. Uzun qulaqları və yekə başı olan it cinsi. Qapıya paraq; Saqqala daraq. (Ata. sözü). Adətdir quyruğun buduna qısar; Hər yerdə ki, görsə köpəyi par

    Tam oxu »
  • PARAQRAF

    [yun.] 1. Kitab fəslinin, məqalə mətninin müstəqil əhəmiyyəti olan və adətən “§” işarəsi və sıra nömrəsi ilə ayrılan hissəsi

    Tam oxu »
  • PARAQVAYLI

    is. Paraqvayda yaşayan əhali və həmin əhaliyə mənsub olan adam

    Tam oxu »
  • PARALAMA

    “Paralamaq”dan f.is

    Tam oxu »
  • PARALAMAQ

    f. Bütöv bir şeyi para-para etmək, parçalamaq, hissələrə bölmək. Sözün məni yaralar; Ürəyimi paralar

    Tam oxu »
  • PARALANMA

    “Paralanmaq”dan f.is

    Tam oxu »
  • PARALANMAQ

    məch. Para-para olmaq, iki yerə bölünmək, parçalanmaq

    Tam oxu »
  • PARALATMA

    “Paralatmaq”dan f.is

    Tam oxu »
  • PARALATMAQ

    icb. Parçalatmaq, iki yerə böldürmək

    Tam oxu »
  • PARALEL

    [yun. parallelos – yanaşı gedən] 1. sif. bax müvazi. Paralel səth. Paralel xətt. // is. Müvazi xətt. Paralel çəkmək

    Tam oxu »
  • PARALELEPİPED

    [yun. parallelos – paralel, epipedon – müstəvi] riyaz. Oturacağı paraleloqramlar olan çoxüzlü (cisim)

    Tam oxu »
  • PARALELİZM

    [yun.] 1. bax müvazilik. Xətlərin paralelizmi. 2. Eyni işi görmə; təkrarlıq, təkrarlama, paralellik. İdarələrin işindəki paralelizm

    Tam oxu »