Azərbaycan dilinin izahlı lüğəti

  • ƏNTƏR

    is. 1. Bədəninə nisbətən çox uzun qolları olan meymun. Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq

    Tam oxu »
  • ƏNTİQ

    sif. [ər. “ətiq”dən; ətiq – qədim] Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl, görünməmiş, hamının marağına səbəb olan

    Tam oxu »
  • ƏNTİQƏ

    1. bax əntiq. [Fizzə:] Çox sağ ol, çox gözəl, çox əntiqə hədiyyələr gətiribsən mənə. Ə.Məmmədxanlı. Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə b

    Tam oxu »
  • ƏNTİQƏBAZ

    [ər. əntiqə və fars. …baz] bax əntiqəçi

    Tam oxu »
  • ƏNTİQƏBAZLIQ

    bax əntiqəçilik. Onun əntiqəbazlığına bələd olan səhiyyə şöbəsinin işçiləri göz qabağında şey qoymağa qorxurlar

    Tam oxu »
  • ƏNTİQƏÇİ

    is. Əntiqə şeylərlə maraqlanan, onları yığıb saxlayan adam

    Tam oxu »
  • ƏNTİQƏÇİLİK

    is. Əntiqə şeylərlə maraqlanma, onları yığıb saxlama

    Tam oxu »
  • ƏNTİQƏFÜRUŞ

    is. [ər. əntiqə və fars. …füruş] Əntiqə şeylər alverçisi, əntiqə şeylər alıb-satmaqla məşğul olan adam

    Tam oxu »
  • ƏNTİQƏFÜRUŞLUQ

    is. Əntiqə şeylər alveri, əntiqə şeylər alıb-satmaqla məşğul olma. ◊ Əntiqəfüruşluq eləmək – özünü yeniyeni və maraqlı xəbərlər bilicisi kimi göstərmə

    Tam oxu »
  • ƏNVA

    is. [ər. “növ” söz. cəmi] Cürbəcür, növbənöv. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qü

    Tam oxu »
  • ƏNVAR

    is. [ər.] köhn. İşıqlar

    Tam oxu »
  • ƏNVƏR

    sif. [ər.] klas. Çox nurlu, çox işıqlı, çox parlaq. Tənha yürür oldu ol səmənbər; Zülmətdə misali-mahi ənvər

    Tam oxu »
  • ƏNZAR

    is. [ər. “nəzər” söz. cəmi] klas. tənt. Nəzərlər, baxışlar. Açma gözün, baxma bir öz halına; Cəlb elə ənzarı yoğun şalına

    Tam oxu »
  • ƏNZƏLİ

    is. [İranda şəhər adından] Azərbaycan xalq oyun havalarından birinin adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki

    Tam oxu »
  • ƏPPƏK

    is. [“ətmək”dən.] Çörək. Ət yeməz, suyuna əppək doğrar. (Məsəl). [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq

    Tam oxu »
  • ƏPPƏKLİ

    is. Qabıqlarında aşı maddəsi olan, meşə rayonlarında və orta dağ qurşaqlarında bitən ağac

    Tam oxu »
  • ƏPRİMƏ

    “Əprimək”dən f.is

    Tam oxu »
  • ƏPRİMƏK

    f. 1. Çürüyüb tökülmək, çürüyüb didilmək, didik-didik olmaq. Çadırın yanları əprimişdir. 2. məc. Əldən düşmək, tökülmək, üzülmək

    Tam oxu »
  • ƏPRİMİŞ

    f.sif. 1. Çürüyüb tökülmüş, çürüyüb didilmiş, didik-didik olmuş. Bəndalı taxt üstündə, tüfəng yanında, Məsmə də oğlu ilə yanaşı, yerdə əprimiş, yamaql

    Tam oxu »
  • ƏR

    1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin

    Tam oxu »
  • ƏR-ARVAD

    is. Kişi ilə arvadı bir yerdə. Ər-arvad bizə qonaq gəlmişdilər. Ər-arvad çox yaxşı yaşayırlar. – Nəhayət, ər-arvad yorulur və daş kimi yıxılıb yatırla

    Tam oxu »
  • ƏR-ARVADLI

    zərf Ər və arvad bir yerdə olduqları halda. Ər-arvadlı gəldilər

    Tam oxu »
  • ƏR-ARVADLIQ

    is. Ərlə arvadın qohumluq münasibəti; izdivac

    Tam oxu »
  • ƏR-ƏR

    is. [ər.] Ardıc ağacı. Qəddintək nə ər-ər, nə şimşad olur; Onu görcək qəmdən can azad olur. M.P.Vaqif

    Tam oxu »
  • ƏRAF

    is. [ər.] Dinə görə cənnətlə cəhənnəm arasında olan yer

    Tam oxu »
  • ƏRAQ

    is. [xüs. is.-dən] mus. 1. Azərbaycan klassik muğamlarından birinin adı. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, Əraq, İsfahan, zirəfkən

    Tam oxu »
  • ƏRAZİ

    is. [ər. “ərz1” söz. cəmi] Müəyyən hüdudları olan torpaq sahəsi. Respublikamızın ərazisi. – Rey məmləkəti bir padşahın sahib ola biləcəyi ərazidən bir

    Tam oxu »
  • ƏRBAB

    sif. [ər. “rəbb” söz. cəmi] köhn. Ağa, cənab; sahib. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var

    Tam oxu »
  • ƏRBƏİN

    is. [ər.] Müsəlman təqvimində: məhərrəm ayının birindən başlayaraq qırx gün davam edən müddət. □ Ərbəin günü din

    Tam oxu »
  • ƏRCANLI

    sif. Ərini çox sevən və ona yaxşı qulluq edən (arvad)

    Tam oxu »
  • ƏRCİK

    “Ər”dən oxş

    Tam oxu »
  • ƏRDƏM

    is. dan. Hövsələ, səbir, həvəs, girdar. Ərdəmi yoxdur. – [Molla dedi:] …Pilləkənləri düşüb-çıxmağa ərdəmim gəlmir

    Tam oxu »
  • ƏRDO₁

    is. mif. Qorxunc vücud; qulyabanı. Qorxma oğlum! Ərdo yoxdur, yalandır; O ağaran su üzündə dumandır. A

    Tam oxu »
  • ƏRDO₂

    is. dan. 1. Paltar yuyulmuş çirkli su. 2. məc. Horra, yal. Xörək deyil, ərdodur

    Tam oxu »
  • ƏRƏB

    is. 1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam

    Tam oxu »
  • ƏRƏBCƏ

    1. sif. və zərf Ərəb dilində. Ərəbcə kitab. Ərəbcə danışmaq. – [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzar daşlarının sahibləri

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞDİRİLMƏ

    “Ərəbcələşdirilmək” dən f.is

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞDİRİLMƏK

    məch. Ərəb dili qaydalarına uyğunlaşdırılmaq

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞDİRİLMİŞ

    f.sif. Ərəb dili qaydalarına uyğunlaşdırılmış

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞDİRMƏ

    “Ərəbcələşdirmək” dən f.is

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞDİRMƏK

    f. Ərəb dilinin qaydalarına uyğunlaşdırmaq

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞMƏ

    “Ərəbcələşmək”dən f.is

    Tam oxu »
  • ƏRƏBCƏLƏŞMƏK

    f. Ərəb dilinə uyğunlaşmaq, öz şəklini ərəb dilinin təsiri ilə dəyişmək

    Tam oxu »
  • ƏRƏBÇİLİK

    is. dilç. Heç bir lüzum və ehtiyac olmadan Azərbaycan dilinə çoxlu ərəb söz və ifadələri gətirmə və bu yolda göstərilən fəaliyyət

    Tam oxu »
  • ƏRƏBDOŞANI

    is. İncə belli, quyruğu qotazlı, uzunsov bir heyvan

    Tam oxu »
  • ƏRƏBİ

    sif. [ər.] Ərəbcə; ərəb dilinə və xalqına mənsub; ərəb üslubunda, ərəb qaydasında. Ərəbi bir uzun don əynində

    Tam oxu »
  • ƏRƏBİST

    is. 1. bax ərəbşünas. 2. Ərəbçilik tərəfdarı

    Tam oxu »
  • ƏRƏBİSTİKA

    bax ərəbşünaslıq

    Tam oxu »
  • ƏRƏBİZM

    is. 1. bax ərəbçilik. 2. dilç. Azərbaycan dilinə girmiş ərəb söz və ifadələri, yaxud ərəb dili qaydalarına oxşadılaraq işlədilən söz və ifadələr

    Tam oxu »
  • ƏRƏBLƏŞDİRİLMƏ

    “Ərəbləşdirilmək”dən f.is

    Tam oxu »