Azərbaycan dilinin izahlı lüğəti

  • ƏRƏBLƏŞDİRİLMƏK

    “Ərəbləşdirmək”dən məch

    Tam oxu »
  • ƏRƏBLƏŞDİRMƏ

    1. “Ərəbləşdirmək”dən f.is. 2. Ərəb hakim millətçilərinin ərəb olmayan xalqları ərəblərin içində əritmə (assimilyasiya etmə) siyasəti

    Tam oxu »
  • ƏRƏBLƏŞDİRMƏK

    f. 1. Ərəb dilini, adət və ənənələrini qəbul etdirmək, ərəb milləti içərisində əritmək. 2. Dilə çoxlu ərəb söz və ifadələri gətirmək, yaxud ana dilini

    Tam oxu »
  • ƏRƏBLƏŞMƏ

    “Ərəbləşmək”dən f.is

    Tam oxu »
  • ƏRƏBLƏŞMƏK

    f. Ərəb dilini, adət və ənənələrini qəbul etmək

    Tam oxu »
  • ƏRƏBŞÜNAS

    is. [ər. və fars. …şünas] Ərəb dili və ədəbiyyatı mütəxəssisi, ərəb filologiyası mütəxəssisi

    Tam oxu »
  • ƏRƏBŞÜNASLIQ

    is. Ərəb dilini, ədəbiyyatını, tarixini və s. tədqiq edən elmlərin məcmusu

    Tam oxu »
  • ƏRƏFƏ

    is. [ər.] Bayramdan əvvəlki gün, bayram axşamı. Bayram ərəfəsi. // Hər hansı bir hadisədən qabaqkı vaxt

    Tam oxu »
  • ƏRƏĞAC

    sif. və zərf dan. Tezyetişən, tez əmələ gələn; tez əkilən. Ərəğac tarla. – Yağ, ağaclar çiçək açsın ərəğac; Başını, bəhrə verib, qoy yerə diksin hər a

    Tam oxu »
  • ƏRƏQ

    is. [ər.] klas. 1. Tər. Ol gülüzardə ərəqin xoş səfası var; Türfə budur ki, saziş edər atəş ab ilə. Q

    Tam oxu »
  • ƏRƏMİK

    sif. 1. Doğmayan, uzun müddət qısır qalan. Ərəmik inəkdən öküz olmaz. (Məsəl). Kəllər və bəzən ərəmik (uzun müddət qısır qalan) camışlar iş və nəqliyy

    Tam oxu »
  • ƏRƏN

    is. (adətən cəm şəklində). 1. Ər, qoçaq, igid. Ərənlər kimi döyüşmək. – Ərənlər əlindən badə içdinmi? Bulanlıq çayları üzüb keçdinmi? “Aşıq Qərib”

    Tam oxu »
  • ƏRƏSAT

    is. [ər. “ərsə” söz. cəmi] 1. Dini etiqada görə məhşər (qiyamət) günü yenidən diriləcək insanların öz əməllərinə dair haqq-hesab vermək üçün toplaşaca

    Tam oxu »
  • ƏRƏŞ

    is. köhn. Dirsəkdən barmaqların ucuna qədər olan uzunluq ölçüsü

    Tam oxu »
  • ƏRƏVÜŞ

    is. dan. Budama, ağacların budağını kəsmə, yan-yörəsini təmizləmə. □ Ərəvüş etmək – budamaq, budağını kəsmək, yan-yörəsini təmizləmək

    Tam oxu »
  • ƏRƏZƏN

    sif. dan. Gecyetişən, gec əmələ gələn; gec əkilən. Ərəzən taxıl. – Əkin ki ərəzənə düşdü, məhsul az olacaq

    Tam oxu »
  • ƏRGƏN

    sif. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. – Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Zib

    Tam oxu »
  • ƏRGƏNLİK

    is. 1. Həddi-büluğa çataraq, hələ evlənməmiş oğlanın və ya ərə getməmiş qızın hal və keyfiyyəti. 2. Yeniyetmə qız və oğlanların üzündə çıxan sızanaqla

    Tam oxu »
  • ƏRGİN

    sif. Əriyib maye halına gəlmiş, ərinmiş, əridilmiş. Ərgin qurğuşun

    Tam oxu »
  • ƏRGİNLİK

    is. Əriyib maye halına gəlmiş şeyin halı

    Tam oxu »
  • ƏRĞƏNUN

    is. [əsli yun.] İçərisində olan borulara körüklər vasitəsilə hava verilərək çalınan klavişli böyük musiqi aləti; orqan

    Tam oxu »
  • ƏRİDİCİ

    is. xüs. 1. Başqa maddələri öz daxilində əridə bilən maddə, məhlul. Aptek təcrübəsində əridici kimi ən çox su, spirt, efir və yağlar işlənir

    Tam oxu »
  • ƏRİDİLMƏ

    “Əridilmək”dən f.is. Poladın əridilməsi yeni üsulla – sürətli əritmə üsulu ilə başa çatacaqdır. (Qəzetlərdən)

    Tam oxu »
  • ƏRİDİLMƏK

    “Əritmək”dən məch

    Tam oxu »
  • ƏRİK

    is. 1. Sarı, ətli, şirin, birçəyirdəkli meyvə və bu meyvənin ağacı. Ərik ağacı. Ərik qurusu (qurudulmuş ərik)

    Tam oxu »
  • ƏRİKGÜLÜ

    is. bot. Sarı, çəhrayı və tündqırmızıya çalan çiçəkləri olan bitki və onun çiçəyi. Ərikgülü … Azərbaycanda bir bəzək bitkisi kimi becərilir

    Tam oxu »
  • ƏRİKLİ

    sif. 1. Ərik ağacları olan. Ərikli dərə. – Nəbi bu dəfə özünü ərikli dağına verir. “Qaçaq Nəbi”. 2. Tərkibində, içində ərik olan

    Tam oxu »
  • ƏRİKLİK

    is. Ərik ağacları olan bağ, ərik bağı

    Tam oxu »
  • ƏRİMƏ

    “Ərimək”dən f.is

    Tam oxu »
  • ƏRİMƏK

    f. 1. Hərarətin təsiri ilə bərk, yaxud donmuş haldan maye halına keçmək; ərgin hala gəlmək. Qar əriyir

    Tam oxu »
  • ƏRİMƏZLİK

    is. Əriməyən şeyin hal və keyfiyyəti

    Tam oxu »
  • ƏRİNCƏK

    sif. Tənbəl, kahal, başısoyuq, canını işə verməyən. Şişman məmur uzun bir sükutdan sonra ərincək (z.) halda ağırağır sözə başladı

    Tam oxu »
  • ƏRİNCƏKLİK

    is. Tənbəllik, kahallıq, canını işə verməməzlik

    Tam oxu »
  • ƏRİNGƏN

    bax ərincək

    Tam oxu »
  • ƏRİNİK

    1. bax ərincək. 2. Ərimiş, ərgin

    Tam oxu »
  • ƏRİNMƏ

    “Ərinmək”dən. f.is

    Tam oxu »
  • ƏRİNMƏK

    1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir. – [Rüstəm kişi] …samovara su tökməyə, kömür salmağa ərindi

    Tam oxu »
  • ƏRİNMƏZ

    sif. Ərinməyən, tənbəllik etməyən

    Tam oxu »
  • ƏRİNMƏZ-ƏRİNMƏZ

    zərf Utanmadan, həyasızcasına, sırtıq-sırtıq. O məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar

    Tam oxu »
  • ƏRİNMİŞ

    f.sif. 1. Əridilərək saflaşdırılmış; ərgin. Ərinmiş yağ (sarı yağ). 2. Əridilmiş. Ərinmiş qurğuşun

    Tam oxu »
  • ƏRİNTİ

    is. tex. İki və ya bir neçə metal (yaxud başqa cisimlər) əridildiyi zaman onların qarışması nəticəsində alınan xəlitə

    Tam oxu »
  • ƏRİŞ

    is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. – Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qru

    Tam oxu »
  • ƏRİŞ-ARĞAC

    is. toxuc. Əriş və arğac, ərişlə arğac birlikdə

    Tam oxu »
  • ƏRİŞLƏMƏ

    “Ərişləmək”dən f.is

    Tam oxu »
  • ƏRİŞLƏMƏK

    f. toxuc. Xananın əsas iplərini çəkmək

    Tam oxu »
  • ƏRİŞLİK

    sif. toxuc. Ərişə yarayan, əriş üçün olan. Ərişlik ip

    Tam oxu »
  • ƏRİŞMƏK

    f. dan. Sataşmaq. Gahdan qalxır, uşaqlara ərişir; Abırından, saqqalından utanmır. Aşıq Hüseyn

    Tam oxu »
  • ƏRİŞTƏ

    is. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı

    Tam oxu »
  • ƏRİŞTƏÇİ

    is. köhn. Əriştə bişirib satan adam

    Tam oxu »
  • ƏRİŞTƏÇİLOV

    is. aşp. Əriştə xəmirləri qovrulduqdan sonra, düyü ilə qarışdırılıb bişirilən xörək

    Tam oxu »