ÜZLÜ I sif. Üzü qəşəng olan. Məni xəbər alsa gül üzlü canan; Salam deyərsiniz yara, buludlar (B.Azəroğlu)
ÜZMƏK I f. Suda hərəkət etmək, çimmək. Üzür sularda min gəmi; Sükançının nədir qəmi (Ə.Kürçaylı). ÜZMƏK II f
ÜZSÜZ I sif. Həyasız, sırtıq, riyakar. Bir sıra vicdansız, bir sıra üzsüz; Gəzib qara-qara hər yerdə güdür (M
ÜZÜCÜ I sif. Üzücü, suda üzən. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu iti axan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi (S
ÜZÜK I is. Barmağa keçirilən bəzək əşyası. Hər əlinə alıb bir danə üzük; Üzüyü dəstinə alan oynasın (M
ÜZÜLMƏK I f. Zəifləmək. Sara xəstəlikdən üzülmüşdü. ÜZÜLMƏK II f. Aralı düşmək... Mən necə dərd çəkməyim, əlim yardan üzülür
VAR I is. Dövlət, sərvət, mal-mülk. Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları (S.Vurğun)
VARLIQ I is. Olma, var olma, mövcud olma, mövcudiyyət. Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur (S
VERGİ I is. Müəssisədən, idarədən, əhalidən və s. alınan məcburi dövlət rüsumu. Vergi, biyar bizi gətirdi cana (S
VƏZİFƏ I is. [ ər. ] Bir şəxsin üzərinə qoyulan və onun mütləq yerinə yetirməli olduğu iş; borc. Hər bir işdə vəzifəni; Sən biləsən əsgər kimi! (B
VƏZN I is.[ ər. ] Çəki, ağırlıq. Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az (Ə.Haqverdiyev)
VURAN I is. riyaz. Vurma əməlində: vurma hasilini almaq üçün bir ədədin digər ədədə neçə dəfə vurulduğunu göstərən ədəd
VURĞU I is. Döyünmə, vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vurğusunun öz mənası var (S.Vurğun)
VURULMAQ I f. Zərbə endirilmək, çalınmaq, güllə ilə vurulub öldürülmək və s. Üzvlərdən Hacı Mirzə Həsən vuruldu (M
YAD I is. [ fars. ] Hafizə. Hərdən düşür mənim də; Məktəb illərim yada (Ə.Cəmil). YAD II sif. [ fars
YAĞ I is. Qida maddəsi, süddən hazırlanan məhsul. Nənəm yağ gətirir, anam bal qoyur; Bacım işləməli bir dəsmal qoyur (O
YAĞLI I sif. Yağı çox olan ət, xörək, süd və s. İçilən çay, yeyilən yağlı plov; Çəkilən hoqqavü qəlyan oldu (M
YAXALAMAQ I f. Qəflətən tutmaq, yapışmaq. Geri dönərək məni yaxaladı (S.Rəhman). YAXALAMAQ II f. Suya çəkmək
YAXALANMAQ I f. Yuyunmaq. Get, ocağın üstündə isti su var, yaxalan, gəl... (M.İbrahimov). YAXALANMAQ II f
YAXMAQ I f. Sürtmək, çəkmək. ...Əslində isə bir kəndçi öz bicliyi ilə yüz şəhərlinin başına piy yaxar (M
YAL I is. coğr. Sıra dağların və ya dağ massivlərinin ən hündür hissəsi. Yaz olanda yaşıllaşır; Gülür yamacın, yalın (O
YALAQ I is. İti yemləmək üçün qazılmış yer. İtin yalını yalağa tök. YALAQ II sif. dan. Yaltaq; xəsis; qazan dibi yalayan
YALMAN I is. Atın boynu, yal bitən yeri. Sindi yalmanına cahillər; Buraxıb cilovu, nə qədər ki var (O
YALNIZ I zərf Tək, tənha, kimsəsiz. Axşama qədər orada yalnız qaldım (H.Nəzərli). YALNIZ II ədat Məhdudlaşdırma mənasında; ancaq
YAN I sif. Böyür, tərəf. Yan küçələrdən iki böyük dəstə gəlirdi (M.Hüseyn). YAN II f. Od tutmaq, əzab çəkmək
YAR I is. [ fars. ] Dost, yoldaş. Bulmadım onda bir müvafiq yar; Yar sandıqlarım bütün əğyar... (M.Ə
YARA I is. Xəstəlik; güllə yarası. Sürünür döşündə, qolunda yara; Sürünür bu yaxın təpəni aşır (Ə.Cəmil)
YARI I is. İki yerə bölünmüş şeyin bir hissəsi; orta. Pis olmaz, yarıda bir ayaq saxlamaq (R.Rza). YARI II f
YAŞ I is. İl, sinn. Bahar oldu, qış oldu – itirdiyim ömür, gün; Qazandığım yaş oldu (B.Vahabzadə). YAŞ II is
YAŞLANMAQ I f. Yaşa dolmaq, qocalmaq. Artıq Ədhəm kişi yaşlanmışdı. YAŞLANMAQ II f. Nəmlənmək, yaş olmaq
YAŞLI I sif. Xeyli yaşı olan, yaşa dolmuş. Hər dəfə bu mənzərəni görəndə mən yaşlı, atam kimi güclü olmağı arzulayırdım (Ə
YATMAQ I f. Yuxulamaq. Bütün ailələr səhər məlumatını dinləməmiş evdən çıxmır və gecə məlumatını dinləməmiş yatmırdılar (S
YAVA I sif. Pozğun, ədəbsiz, azğın. Mən səni gəlin gətirdim ki, oğlumun ayağını qumarxanalardan, yava yollardan çəkəsən (Çəmənzəminli)
YAY I is. İlin fəsillərindən birinin adı. Bu yay istirahətə öz bağımıza köçəcəyik! (S.Qədirzadə). YAY II is
YAYLA I is. coğr. Dəniz səviyyəsindən hündürdə yerləşən sərin yer. YAYLA II f. İstilənmək. – Niyə evə gələn kimi soyunub tökürsən? – Yaylamışam
YAYLIQ I is. Dəsmal, örtük. Görürkən yuxuda qoçaq babamı; Hönkürüb ağlaram əlimdə yaylıq... (S.Vurğun)
YAZ I is. İlin fəsillərindən birinin adı. Qaydadır, boranlı, qarlı qışların; Sonunda çiçəkli, güllü yaz olar (S
YAZI I is. Qeyd, məktub, gözəl xətt. Stolun üstündə qaldı yarımçıq; Qızıl qələminlə yazdığın yazı (S
YEL I is. Bir tərəfə axın edən hava cərəyanı. Su gəlsə sel bilərdim; Meh əssə yel bilərdim; Dağda bir oba salsan; Mən səni el bilərdim (Bayatı)
YELKƏN I is. Gəmi. Lermontovun yelkəni tək; Sakitliyi tufanlarda aramışam (B.Vahabzadə). YELKƏN II sif
YELLİ I sif. Küləkli. Yelli havada həyətə düşməsən olmaz? YELLİ II sif. Yel xəstəliyinə tutulmuş. O, yelli ayağını dəriyə bükmüşdü
YETİŞMƏK I f. Dəymiş. Xəstə nə qədər darıxsa da, armud vaxtında yetişər, – dedi. – Hər şeyin öz vaxtı var (M
YOL I is. Gediş-gəliş üçün yer. Kəndimizin qəşəng yolu var. YOL II is. Vasitə, üsul. Məsələni hansı yolla həll etmək olar? YOL III f
YOLUXMAQ I f. Xəstəliyə tutulmaq. Sarılıq, elə bil yoluxdu o birilərinə (B.Azəroğlu). YOLUXMAQ II f. dan
ZƏFƏR I is. [ ər. ] Qələbə, qalibiyyət, müvəffəqiyyət. Gəzib bu dost elləri, dolansan qarış-qarış; Hər yanda görəcəksən, yüksəliş, zəfər, yarış (Ə
ZƏR I is. [ fars. ] Qızıl, qızılı rəng. Çöllər zərə boyanır; Günün şüalarından (B.Azəroğlu). ZƏR II is
ZƏRF I is. [ ər. ] Bükülən, bükmək üçün olan paket. Elə əlimə keçən qəzeti qaldıranda arxasından ağ bir zərf düşdü (S
ZİL I sif. mus. Yuxarı səs, yuxarı registr. Cəlal da zil səslə deyir bayatı; Tutub qışqırığı bütün elatı (S
ZİNDAN I is. [ fars. ] köhn. Qaranlıq və dəhşətli həbsxana, qazamat. Sabah Şərqin yəqin mərd oğulları; Zindanların qapısını döyəcəklər (S