BAHALI [Aytəmiz:] Qadın da var ki, bahalı parçadan lap elə bu dəbdə olan kremplindən tikdirdiyi paltar əynindən tökülüb itir... (Ə.Qasımov); BAHA Gözəl: ..özü heç bir şeydən ibarət olan taxt-tac, çox baha qiymətə mal olur (M.S.Ordubadi); DƏYƏRLİ Səba: Əlverişli bir sövda düzəldərsən sizin üçün də dəyərli pay düşər (M.S.Ordubadi); GİRANBAHA Bəli, Sabir əfəndi millətinə soltanlara müyəssər ola bilməyən giranbaha cavahirat ilə məmlüvü-xəzineyi-nayab buraxdı da getdi (A.Şaiq); QİYMƏTLİ Rübabə birini də ehmalca büküb sandıqda ən qiymətli şeylərin arasına qoydu ki, yaxşı qalsın (H.Abbaszadə); PÜRQİYMƏT (kl.əd.) Tacir də bir xeyli pürqiymət parçanı bir xonçaya qoyub, padşahın hüzuruna apardı (Nağıl); ZİQİYMƏT ...qızıl cəngavərlərin geri atdığı hər bir ev öz qoynunda ziqiymət dəfinə gizlədən böyük saraydan belə əzəmətli görünürdü (M.Hüseyn).