BARAMAQURDU (barama hörən qurd) Hətta evlərə də baramaqurdu payladım (Y.Əzimzadə); İPƏKQURDU [Sona:] ...Biz indiyə kimi barama içində dustaq yatan ipəkqurduna bənzəyirdik (S.S.Axundov); QURD (dan.) Heydər bəy: Guya ki, mən... lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm (M.F.Axundzadə).