BAYRAK

bayraq
BAYLAÇ
BAYRAM
OBASTAN VİKİ
Bayraklı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Bayraktar Akıncı
Bayraktar Akıncı — Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi. == Tarixi == “Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. “Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. “Akıncı” PUA layihəsinin ilk tədarükünün 2020-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Bayraktar Mini PUA
Bayraktar Mini PUA (türk. Bayraktar Mini ) — Türkiyənin Baykar Makina Inc. şirkəti tərəfindən hazırlanan çox məqsədli Pilotsuz uçuş aparatı (PUA). Kompozit materiallardan hazırlanır. Uçuşun idarəsi əl ilə həyata keçirilir. Sistem ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. Türkiyə Quru Qoşunları, Milli Kəşfiyyat Təşkilatı, Jandarma Komandanlığı və Polis Aviasiya xidməti tərəfindən fəal şəkildə istifadə olunur. 2012-ci ildə Qətərə ixracı ilə, Cümhuriyyət tarixində xaricə satılan ilk milli təyyarə sistemi adını almışdır. olma unvanına da sahiptir Təhvil edilən sistemlərin 60.000-dən çox uçuş növü var. 300-dən çox ədəd istehsal olunub istismara verilib.
Bayraktar TB2
Bayraktar TB2 (türk. Bayraktar) — Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi."Baykar Makina" şirkəti tərəfindən istehsal edilir. 2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05 – 06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir. 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır. Mülki aviasiya standartlarına uyğun olaraq hərbi məqsədlərə yarayan Baykar Makina tərəfindən yaradılmış Bayraktar TB2 Bayraktar komandası tərəfindən əsas istehsal yeri Türkiyə olmaqla hər kəs üçün istehsal edilmişdir. Sistem 2014-cü ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu, Qətər ordusu və Ukrayna ordusu da istifadə edir. == Tarixi == 2007-ci ildə Müdafiə Sənayesi Xidməti tərəfindən rəqabət əsasında (hər hansı bir AR-GE dəstəyi olmadan) Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişafı Proqramı başladıldı. Bu proqram çərçivəsində Bayraktar Taktik PUA Sisteminin uçuş testləri (tam avtomatik taksi, qalxma, uçuş, eniş, əyləc və angara qayıtmaq) sərgiləndi və Bayraktar Taktik İHA Sistemi, hədəflənən bütün performans meyarlarını uğurla tamamladı.
Selçuk Bayraktar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.

Digər lüğətlərdə