Ben Bazen
Ben Bazen (azərb. Mən bəzən) — Türk müğənni Simgə Sağının ilk studiya albomu. DMC tərəfindən 1 iyun 2018 tarixində yayımlanmışdır. Oriental janrda olan "Miş Miş" musiqisi yüzlərlə musiqi siyahısında uzun müddət ilk yerdə qərarlaşmış və Simgə Sağının nüfuzunu artırmış, sonralar daha yavaş templi "Yankı" adlı musiqisi sərbəst buraxılmışdır. Bu iki məşhur musiqisilə birlikdə musiqi tərzi ilə bağlı məlumatlar da verməyə başlamışdır. Ozan Bayraşa ilə birlikdə dörd ildə hazırladığı albomunun istehsalını öz üzərinə götürdü və Bayraşa da daxil olmaqla Alper Narman, Ersay Üner, Onurr və Sezən Aksu kimi məşhurlarla çalışdı.
Ümumiyyətlə dans-pop üslubunda olan "Ben Bazen" albomu, dip-hauz, R&B, rok, trep və türkü kimi müxtəlif musiqi üslublarından da əsinlənmişdir. Albomda Simgə, sevgidən ötrü yaşadığı şəhərdən bunalan bir qadın obrazını səsləndirmişdir. Musiqi tənqidçiləri albomu bəyənmiş, musiqi müxtəlifliyini yüksək qiymətləndirmiş və uğurlu bir komanda işi ilə yaradıldığına diqqət çəkmişdir. Əsərin foto çəkilişləri Nihat Odabaşı tərəfindən və müğənninin bir əli və mikrofonu ilə gitara tutduğu örtükdə bir fotoşəkildən istifadə olunub.