BAZƏRB
BAZGƏŞT
OBASTAN VİKİ
Bazərgan
Bazərgan (fars. بازرگان‎) — İranın Qərbi Azərbaycan ostanında, Maku şəhristanının Bazərgan bəxşində şəhər. Bazərgan şəhəri eyniadlı bəxşin inzibati mərkəzidir, Təbriz şəhərinin 310 kilometrliyində yerləşir və əhəmiyyətli ticarət mərkəzlərindən biridir. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası tərəfdən) və Türkiyə Cümhuriyyəti ilə sərhədə yaxın ərazidə yerləşir. 2006-cı ilin siyahıya alınmasına əsasən şəhərdə 9,047 nəfər və 2,126 ailə yaşayır.Şəhərin adı farsca "tacir, ticarət ilə məşqul olan birisi" mənasını verən "bəzirgan/bazirgan" sözündən gəlir.
Bazərgan (Piranşəhr)
Bazərgan (fars. بازرگان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (29 ailə).
Bazərgan (Əfqanıstan)
Bazərgan — Herat vilayətinin rayonlarından biri.
Mehdi Bazərgan
Mehdi Bazərgan (fars. مهدی بازرگان‎) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri. == Həyatı və təhsili == Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir. == Fəaliyyəti == İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir.