BAŞLAMAQ

BAŞLAMAQ Sona oxumağa 8 yaşında başladı (N.Nərimanov); AĞAZ ETMƏK Gündə bir şəbədə ağaz etdin; Çox olan lütfü bizə az etdin (S.Ə.Şirvani); GİRİŞMƏK Bu yol ilə o işə girişmiş ve Şamo ilə səkkiz aydan sonra görüşə bilmişdir (S.Rəhimov); İQDAM ETMƏK (kl.əd.) [Mirzə ağa xan:] Qibleyi-aləm, madam ki, siz heç bir işə qarışmırsınız, o zaman məmləkətin xeyrinə hər nə lazımsa, ona iqdam etməyə borcluyam (C.Cabbarlı); QOŞULMAQ Naçalnik: Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə qoşuldun? (M.F.Axundzadə); ŞÜRU ETMƏK (dan.) Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şüru etdilər (S.S.Axundov).

BAŞQA
BAŞLANĞIC
OBASTAN VİKİ
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.

Digər lüğətlərdə