BİLLAH
BİLMƏRRƏ
OBASTAN VİKİ
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.