BİHÜZUR
BİXAB
OBASTAN VİKİ
Bixaceae
Bixaceae (lat. Bixaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Bixor (judets)
Bixor judetsi (rum. Judeţul Bihor) — Transilvaniyada yerləşən Rumıniya judetsi, Macarıstan ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 594 131 nəfər təşkil edirdi , sıxlığı — 78,75 nəf./km². Milli tərkibi: Rumınlar — 67,38 % Macarlar — 25,96 % Qaraçılar — 5,01 % Slovaklar — 1,22 % Almanlar — 0,19 % Əhali sayının dinamikası: == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 90 kommuna daxildir.
Molla Ağa Bixud
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud(1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi. == Həyatı == Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. == Yaradıcılığı == S. Ə. Şirvaninin müasirlərindən biri olan şair.