Azərbaycan kişi adlarının izahlı lüğəti

  • BƏBİR

    pələngə oxşayan yırtıcı heyvan; qoçaq, dövlətli, qorxmaz

    Tam oxu »
  • BƏBİŞ

    «körpə» sözünün əzizləmə və kiçiltmə forması olan «körpə, körpəcik» deməkdir

    Tam oxu »
  • BƏDƏL

    əvəz, qarşılıq; dəyişmə

    Tam oxu »
  • BƏDƏLBƏY

    Bədəl bəy; «bəy əvəzi, bəy övladı» mənasındadır

    Tam oxu »
  • BƏDİL

    əvəz edən, əvəz, canişin

    Tam oxu »
  • BƏDİR

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDİRBƏY

    Bədir bəy; Ay üzlü bəy, Ay kimi gözəl bəy

    Tam oxu »
  • BƏDİRƏ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDİRXAN

    gözəl xan, göyçək hökmdar

    Tam oxu »
  • BƏDİULLA

    dinin nadiri, dinin qiymətlisi

    Tam oxu »
  • BƏDRƏDDİN

    dinin 14 gecəlik Ayı, dinin bütöv Ayı

    Tam oxu »
  • BƏDRİ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDRİYƏ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDRİYYƏ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDURƏ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏDÜRƏ

    14 gecəlik Ay, bütöv Ay

    Tam oxu »
  • BƏGİ

    igid, qəhrəman, qoçaq

    Tam oxu »
  • BƏHAƏDDİN

    dinin gözəlliyi və yaraşığı

    Tam oxu »
  • BƏHCƏT

    şadlıq, sevinc; gözəllik, göyçəklik

    Tam oxu »
  • BƏHİYƏDDİN

    dinin gözəlliyi və yaraşığı

    Tam oxu »
  • BƏHLUL

    ayıq, tez başa düşən; təlxək, oyunbaz

    Tam oxu »
  • BƏHMAN

    tədbirli, ağıllı, zəkalı; doğru danışan, düzgün adam

    Tam oxu »
  • BƏHMƏN

    tədbirli, ağıllı, zəkalı; doğru danışan, düzgün adam

    Tam oxu »
  • BƏHMƏNYAR

    düz danışan dost, başa düşən sevgili; ağıllı, zəkalı yoldaş

    Tam oxu »
  • BƏHNAN

    gözəl xasiyyətli, xoş və gülər üz olan

    Tam oxu »
  • BƏHRAM

    q. farslarda qələbə Allahının, hazırda Mars, Mərrix planetinin adı

    Tam oxu »
  • BƏHRAMGUR

    gur ovlayan Bəhram; Sasani hökmdarı Bəhram-Gurun adındandır

    Tam oxu »
  • BƏHRƏDDİN

    inam, etiqadın ən yüksək zirvəsi; dinin şöhrəti

    Tam oxu »
  • BƏHRİŞ

    “bəhr” ilə başlanan adların əzizləmə forması

    Tam oxu »
  • BƏHRUZ

    xoşbəxt, ağgün, bəxtiyar

    Tam oxu »
  • BƏHRUZƏ

    xoşbəxt, ağgün, bəxtiyar

    Tam oxu »
  • BƏHYƏDDİN

    dinin gözəlliyi və yaraşığı

    Tam oxu »
  • BƏXŞİŞ

    hədiyyə, peşkəş, bağışlanan şey(oğlan)

    Tam oxu »
  • BƏXTİYAR

    xoşbəxt, ağgün, ağbəxt

    Tam oxu »
  • BƏKDAŞ

    q.t. dillərində «gözətçi, yoldaş, keşikçi» mənasında işlənmişdir; Qədim türk tayfalarından birinin adı

    Tam oxu »
  • BƏKDAŞ

    daş kimi möhkəm; türk tayfalarından biri

    Tam oxu »
  • BƏKDAŞİ

    daş kimi möhkəm; türk tayfalarından biri

    Tam oxu »
  • BƏKDAŞİ

    q.t. dillərində «gözətçi, yoldaş, keşikçi» mənasında işlənmişdir; Qədim türk tayfalarından birinin adı

    Tam oxu »
  • BƏKƏR

    “bəy ər, igid, qoçaq gənc” mənasında olan titul

    Tam oxu »
  • BƏKİL

    elin gözətçisi, ilin qoruyucusu

    Tam oxu »
  • BƏKİR

    təmiz, saf; cavan dəvə; subay oğlan, qız

    Tam oxu »
  • BƏKİRƏ

    təmiz, saf; cavan dəvə; subay oğlan, qız

    Tam oxu »
  • BƏKTAŞ

    q.t. dillərində «gözətçi, yoldaş, keşikçi» mənasında işlənmişdir; Qədim türk tayfalarından birinin adı

    Tam oxu »
  • BƏLƏD

    bələdçi, xəbərdar olan, bilən; ölkə

    Tam oxu »
  • BƏLƏDİYƏ

    yaşayış məntəqələrində abadlıq işləri aparan, üzvləri xalq tərəfindən seçilən idarə

    Tam oxu »
  • BƏLƏDİYYƏ

    yaşayış məntəqələrində abadlıq işləri aparan, üzvləri xalq tərəfindən seçilən idarə

    Tam oxu »
  • BƏNDALI

    Alı qulu, Əli köləsi; Alı adamı, Əli bəndəsi

    Tam oxu »
  • BƏNDƏLİ

    Alı qulu, Əli köləsi; Alı adamı, Əli bəndəsi

    Tam oxu »
  • BƏNDİ

    aşiqə aid, vurğuna məxsus; sevən, aşiq olan

    Tam oxu »
  • BƏRƏKƏT

    xoşbəxtlik, səadət, uğur; bolluq, çox; nemət, Allah vergisi, xeyir

    Tam oxu »