CANYANDIRAN

sif. Tapşırılan və ya öhdəsində olan işi, vəzifəni səylə, ürəklə yerinə yetirən, işə səy göstərən; səyli, çalışqan.
[Məhərrəm bəy:] …İmran kimi işləyən, canyandıran köməkçin var. S.S.Axundov.
Ustaya elə gəlirdi ki, hara köçsə, belə hörmətcil, canyandıran adamlar görə bilməyəcək. M.Süleymanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CANYANDIRAN canyandıran bax səyli
CANVERMƏ
CANYANDIRANLIQ

Digər lüğətlərdə