cendrier
centième
OBASTAN VİKİ
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Nyu-York ştatı) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
Bank of America Center
Bank of America Center (azərb. Amerika Mərkəzinin Bankı‎) — Texas ştatının Hyuston şəhərində yerləşən 240 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1983-cü ildə tikilib, başa çatdırılmışdır.
Bank of America Center (Hyuston)
Bank of America Center (azərb. Amerika Mərkəzinin Bankı‎) — Texas ştatının Hyuston şəhərində yerləşən 240 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1983-cü ildə tikilib, başa çatdırılmışdır.
Café Central
Café Central — Avstriyanın Vyana şəhərində yerləşən kafe. Kafe 1876-cı ildə Pax qardaşları tərəfindən açıldı və XIX əsrin sonlarında Vyana intellektual səhnəsinin əsas görüş yeri idi. Kafenin tanınmış müştərilərindən Piter Altenberq, Teodor Hertsl, Alfred Adler, Eqon Fridel, Huqo von Hofmanstal, Adolf Loz, Leo Perutz, Robert Musil, Stefan Sveyq, Alfred Polqar, İosip Broz Tito, Ziqmund Freyd, Adolf Hitler və Lev Trotskini qeyd etmək olar.
Centaurea
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Centaurea aegyptiaca
Centaurea albispina
Schischkinia (lat. Schischkinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Schischkinia albispina (Bunge) Iljin Sinonim Centaurea albispina (Bunge) B.Fedtsch.
Centaurea ammophila
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Centaurea arenaria
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Centaurea behen
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Centaurea benedicta
Adi güləvər (lat. Centaurea benedicta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurea benedicta var. benedicta Centaurea benedicta var. kotschyi (Sch.Bip.) Ghaz.
Centaurea cyanus
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Centaurea dalmatica
Centaurea dalmatica (lat. Centaurea dalmatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Centaurea diffusa
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Centaurea emilae Hüseynova et Qaraxani
Centaurea hyrcana
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Centrolepidaceae
Centrolepidaceae (lat. Centrolepidaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Centropyxidae
Centropyxidae (lat. Centropyxidae) — ibtidailərin amöbozoylar sinfinə daxil olan fəsilədir. Çanağı eksogen ünsürlərlə — kvars hissəcikləri, göbələk saplarının qalıqları və s. ilə "bəzədilmişdir". Simmetriyası radial və ya bilateraldır. Bədən forması çox vaxt girdə və ya yarımkürə, yumurtaşəkilli və armudşəkilli də ola bilər. Kürəyə yaxın olan formalarda (Cyclopyxis, Trygonopyxis) ağız mərkəzdə yerləşir və ya ekssentrikdir (Centropyxis, Paracentropyxis). Schwabiada çanağının dar qütbündə, Pseudowerin tzewiada isə genişlənmiş qütbündə yerləşir. Ağızcıq həmişə demək olar ki, çanağın daxilinə doğru çökmüşdür. Azərbaycanda 4 növü tapılmışdır.
Centrosaurus
Centrosaurus indiki Kanada ərazisində Gec Təbaşir dövründə yaşamış ceratopsian qrupuna aid otyeyən dinozavr. Növün 75.5-76.5 milyon il əvvəllə aid qalıqları Kanadanın Dinozavr Formasiya Parkında aşkarlanmışdır.
Centrosia aubertii
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis centrosis (Thouars) Steud.
Centrosis corymbosa
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis centrosis (Thouars) Steud.
Centrosis plantaginea
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis centrosis (Thouars) Steud.
Centrosis sylvatica
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis centrosis (Thouars) Steud.
Centrospermae
Qərənfilçiçəklilər (lat. Caryophyllales) — bitkilər aləminə aid bitki dəstəsi. Bu sıraya aid nümayəndələrin böyük əksəriyyəti quraqlıq iqlim şəraitinə uyğunlaşmışdır. Qərənfilçiçəklilərə qarabaşaq, ravənd, çuğundur, ispanaq, turşəng kimi yeməli bitkilər daxildir. Nümayəndələri arasında amarantın bir çox növü, qərənfil kimi dekorativ bağ bitkiləri, eləcə də kaktuskimilərin nümayəndələri astrofitum, himnokalisium, mammilyari kimi otaq bitkiləri də var. Achatocarpaceae Heimerl — Axatokarpkimilər Aizoaceae Martinov — Ayzonkimilər Amaranthaceae Juss. — Amarantkimilər Anacampserotaceae Eggli & Nyffeler Ancistrocladaceae Planch. ex Walp. Asteropeiaceae Takht. ex Şablon:Reveal & Hoogland Barbeuiaceae Nakai Basellaceae Raf.
Centum və satem dilləri
Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir). Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir. Hind-Avropa ailəsinin Kentum dillərinə adətən qərbdə rast gəlinir. Yunan, Kelt, İtalik və German dilləri bu qrupun üzvləridir. Kentum-satem fərqi dillərin erkən formaları ilə əlaqəli olduğundan, bəzi müasir dillər Kentum qrupunun üzvləri olsalar da, müəyyən fərqlərə məruz qalmışdırlar. Rumın-kentum dili olan fransız dilində 100 mənasını verən cent sözünün /s/ səsi ilə oxunması buna misal ola bilər.

Digər lüğətlərdə