1. Ciddi görkəm almaq, ciddi şəkil almaq, ciddi tövr almaq.
– Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq otağının qapısını açdı…
Sədrin üzü ciddiləşdi.
Qardaşı oğlunun gözlərində təşviş və həyəcan oxuyanda istər-istəməz Sultanın da sifəti ciddiləşdi.
2. Güclənmək, şiddətlənmək, gərginləşmək, ciddi şəkil almaq. Mübahisə getdikcə ciddiləşdi.
– Məsələ ciddiləşmişdi, xalq həyəcanda idi.
Ceyran müəllimənin sinfində dərslər ciddiləşir(di)…