CULFAÇILIQ

is. Culfanın işi, peşəsi, sənəti.
[Fatmanisə:] Almazın atası səhərdən- axşamacan onun-bunun qapısında culfalıq eləyirdi. C.Cabbarlı.
Qayadalı kəndinin əhalisi isə xüsusilə culfaçılıqla məşğul olmuşdur. “Elm və həyat”.
CULFA
CULFALIQ
OBASTAN VİKİ
Culfaçılıq
Culfaçılıq — Azərbaycanda pambıq parça (bez, cecim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü. Keçmişdə pambıq parçanın özünəməxsus istehsal texnologiyası olmuşdur. Toxuma prosesi culfa dəzgahında nişana və məkik vasitəsilə icra olunurdu. Cecim toxumaq üçün iplik əvvəlcədən müxtəlif rənglərə boyanırdı. Culfaçılıqda bez istehsalı əsas yer tutduğundan, o, bəzzazlıq da adlandırılmışdır. Azərbaycanda əsasən, ev peşəsi səciyyəsi daşımışdır. Naxçıvan, Culfa, Gəncə, Ordubad və s. şəhərlərdə culfaçılıq kustar sənət və əmtəə istehsalı səviyyəsinə qalxmışdır. XIX əsrin 30-cu illərində Ordubad əhalisinin yarıya qədəri bəzzazlıqla məşğul olmuşdur.

Digər lüğətlərdə

багрить воротничо́к гамма-устано́вка дрёмно заме́риваться камнедробле́ние нева́жно оду́л семери́к лущи́льный очерте́ть переора́ть сквозня́к шифро́вочный abroach amateurish axman claret cup cometary crack-brain lenis smoother spin-down tidal zoophilist