CƏRGƏLƏRARASI

sif. k.t. Əkilmiş bitki cərgələri arasında olan. Cərgələrarası sahə. Əkinlərin cərgələrarası becərilməsi.
[Bilal:] …Cərgələrarası suvarma cızlarını çəkmək böyük ustalıq istəyir. B.Bayramov.

// is. Əkilmiş bitki cərgələri arasında olan sahə. Cərgələrarasının şumlanması. Bağ sahələrində cərgələrarasını becərmək üçün ayrıca “PV-1,7” markalı kotan tətbiq edildi.
CƏRGƏLƏNMƏK
CƏRGƏLƏŞMƏ

Digər lüğətlərdə