DÖ:R

(Borçalı, Gədəbəy, Xocavənd, Qazax, Ordubad)
1. otağın yuxarı başı (Borçalı, Gədəbəy, Qazax). – Dö:rə keç (Qazax)
2. toyda gəlinin oturması üçün yer (Ordubad). – Gəlinin dö:rini hazırrayın
3. evin arxa tərəfi (Xocavənd). – İti dö:rə bağlamışam
DÖR
DÖRDƏ:X
OBASTAN VİKİ
36 saylı Xətai dördüncü seçki dairəsi
Albert Sent-Dördi
Albert Sent-Cörci (mac. Nagyrápolti Szent-Györgyi Albert) September 16, 1893 – October 22, 1986) Amerikalı macar fizioloq, 1937-ci ildə tibb üzrə Nobel mükafatı olub, C vitamininin kəşfinə görə tanınır.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Altmış dörd xananın sirri (film, 2015)
Ardıcıl dörd silindrli mühərrik
Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir. Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Bakı dördüncü rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Bir qadının həyatından iyirmi dörd saat (roman)
Bir qadının həyatından iyirmi dörd saat — Avstriya yazıçısı Stefan Sveyq 1927-ci ildə yazdığı romandır. 1931, 1944, 1952, 1968 və 2002-ci illərdə ekranlaşdırılıb. == Haqqında == "O, bir qadını bir gün ərzində izləyir, lakin o gün eyni zamanda onun həyatının ən parlaq və ən gözəl günüdür. O, bir axşam Monte-Karloda uğursuz polyak diplomatın az qala intihara səbəb olacaq ehtiyatsız qumar oyunu ilə heyran olan ingilis dul qadındır.
Birinci Dördyol
Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Budun dördbaşlı əzələsi
Böyük dördlük (Birinci Dünya Müharibəsi)
Böyük dördlük ("Dördlər" şurası) — Birinci Dünya müharibəsindən sonra 1919-cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin başçıları. == Haqqında == Böyük dördlüyün ("Dördlər" şurası)nın tərkibinə Vudro Vilson (ABŞ), Devid Lloyd-Corc (Böyük Britaniya), Vittorio Orlando (İtaliya) və Jorj Klemanso (Fransa) daxil idi. Böyük dördlük 20-dən çox müttəfiq dövlətin nümayəndəsinin iştirak etdiyi Paris sülh konfransında müzakirə ediləcək məsələlərin əvvəlcə məhdud dairədə müzakirə olunması üçün ABŞ prezidenti Vudro Vilsonun təklifi ilə yaradılmışdır. Bu dövlətlərin başçıları Almaniya ilə imzalanan Versal müqaviləsinin, Avstriya ilə imzalanan Sen-Jermen müqaviləsinin, Macarıstanla imzalanan Trianon müqaviləsinin, Bolqarıstanla imzalanan Nöyi müqaviləsinin, Osmanlı imperiyası ilə imzalanan Sevr müqaviləsinin, 1920-ci ildə kecirilən San-Remo konfransının aparıcı arxitektorları olmuşdur.. == Xarici keçid == Всемирная история дипломатии. Раздел шестой. Дипломатия в период подготовки Второй мировой войны (1919–1939 гг.). Глава первая. Версальский мир (1919 г.) (проф. Минц И. И.) Киссинджер Г. Дипломатия.
Böyük dördlük (audit)
«Böyük dördlük» — dünyanın dörd ən böyük auditoriyası və konsaltinq şəbəkəsi:Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və KPMG. Tək şirkətlər deyil həmçinin beynəlxalq şirkətlər şəbəkələridir və bu şəbəkələrdəki şirkətlərin çoxu yalnız bir ölkədə fəaliyyət göstərir. == Tarixi == Əvvəllər səkkiz böyük firma təşkil edirdi və bunlar toplu olaraq "Böyük Səkkiz" adlanırdı. 1989-cu ildə «Deloitte, Haskins and Sells» и «Touche Ross» «Deloitte & Touche» (indiki «Deloitte») birleşmesini, «Ernst & Whinney» и «Arthur Young & Co» «Ernst & Young» nun birleşmesi baş verdi. 1998-ci ildə «Price Waterhouse» və «Coopers & Lybrand» в «PricewaterhouseCoopers»-a birləşdi. Nəhayət, 2002-ci ildə «Arthur Andersen» böyük müştəri axınının getməsi yaşadı, şirkət fəaliyyətini dayandırdı və «böyük səkkiz» «böyük dördlük» oldu.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dördyarpaq çadırçiçəyi
Dördyol
Birinci Dördyol
Dördyol məhəlləsi
Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. == Haqqında == Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
Dördçinar
Dördçinar — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dördçinar Füzuli rayonunun Horadiz inzibati ərazi vahidində kənd. Köndələnçayın sahilində, düzənlikdədir. Kənd əvvəllər dörd uca cinar ağacı olan ərazidə salındığı üçün belə adlandırılmışdır. 1917-ci ildə rayonunun ərazisində Dördçinar Quzey və Dördçinar Üngütlü adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Dördölçülü ağcaqayın
Dördölçülü ağcaqayın — Çində, Tibetdə, Neapolda, Hindistanda təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7–12 m-ə çatan, hamar, tünd qonur qabıqlı, sarı-qəhvəyi rəngdə sürüşkən yarpaqlı ağacdır. Budaqları nazik, çılpaq və yüngül, al qırmızı və ya yaşıldlr. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, uzunluğu 6–8 sm, eni 4–5 sm, bünövrəsi yumru və ya təxminən qısa, ucu iti, qeyri-bərabərdir. Dişləri iti, üstü tünd yaşıl, bəzən tükcüklü, zərifdir, köhnə tükcükləri asanlıqla ayrılır. Alt tərəfi açıq yaşıl, zərif və bəzən bozumtul tükcüklüdür, qocaldıqda tükcükləri tökülür. Çiçəkləri sarı-yaşıl, bircinsli, ikievli, tükcüksüz və nazik salxımlardadır. Erkək çiçəkləri qısa salxımlı, saplaqlıdır. Çiçək saplağının uzunluğu 1–1,5 sm, dişi çiçəklərin uzunluğu 4–5 sm-dir. Onlar qısa budaqların uclarında əmələ gəlir.
Dördüncü Bakı yarmarkası (film, 1925)
Dördüncü Fransa Respublikası
Dördüncü Fransa Respublikası (fr. Quatrième République) — Fransa tarixinin 1946-ci ildən 1958-ci ilə qədər əhatə edən dövrü.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (Azərbaycan)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Dördüncü Zobucuq
Dördüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == İqtisadiyyatı == Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. == Təhsil == Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Digər lüğətlərdə