DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb getmək istəyəndə “Azərbaycan qadını” yadına düşdü, çantadan çıxarıb ... dördkünc tumboçkanın üstünə qoydu.. (M.İbrahimov); ÇARGÜL Yan divarlardan birisində çargül rəngli pəncərələr arxasında zərli çərçivəyə tutulmuş güzgülər vurulmuşdu.. (Çəmənzəminli); DÖRDBUCAQ(LI) O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi (Çəmənzəminli); KVADRAT Otağın ortasında.. balaca kvadrat stol qoyulmuşdu (M.İbrahimov).