Anam ağaca çıxıb (film, 1986)
Anam ağaca çıxıb qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur.
== Məzmun ==
Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur.
== Filmin üzərində işləyənlər ==
Ssenari müəllifi: D. Seyidova
Rejissor: Firəngiz Qurbanova
Operator: Antonina Korotnitskaya
Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev
Bəstəkar: Cahangir Qarayev
== İstinadlar ==
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.