DAMAZLIQ

Bu söz barədə bir neçə ehtimal söyləmək olar:

1. Söz dam kəlməsi əsa­sında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qul­luq göstərilib. Sözün damızlıq forması da mövcud olub. Damız sözü mənbələrdə “döl verən heyvan üçün tövlə” kimi açıqlanıb. 

2. Söz döl kəlməsi ilə bağlıdır və əsli döləzik olub; (döl sözünün bir mənası “toxumluq” deməkdir). Döldaş-“nəsil, döl tutmaq - hamilə”, döləc – “doğum ərəfəsi” mənalarında qeydə alınıb. Döllə bağ­lı ehtimalı daha düzgün hesab edirəm. İndi damazlıq sözü “cins heyvan” kimi başa düşülür. Fars dilində dam sözünün bir mənası “ev heyvanı” deməkdir. Da­mazlıq kəlməsinin bu sözlə bağlı olması daha inandırıcı görünür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAMAQ
DAMBA

Значение слова в других словарях