DAMCI Yenə mayeləşib suya dönərik; Yenə damcı olub yerə enərik (A.Şaiq); DAMLA İki damla yaş uzun kirpiklərdən süzülüb yanağına düşdü (Ə.Qasımov); GİLƏ [Soldat:] Sənə demədim ki, bir gilə de su aparmaq olmaz! (S.Vəliyev); QƏTRƏ O dəryanın hər qətrəsi, bir sənəm incisidir; Hər damlası atəş olub ürəkləri isidir (B.Vahabzadə).