1. Su və bu kimi mayelərin girdə şəklə düşmüş ayrıca kiçik hissəciyi. Su damcısı. Tər damcıları.
– Sıçrayarkən işıldayır damcılar; San saçılar mirvaridlər, incilər.
Damcılar günün qabağında almaz kimi parıldayırdı.
2. tib. Damcılarla içilən dərman.
Damcı reseptləri də məhlul və miksturaların reseptləri kimi yazılır.
3. “Bir” sözü ilə – çox az miqdar, çox cüzi, bir zərrə. Bir damcı çörək yeyib qalxdım.
– Bir damcı dürr tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir.
◊ Dənizdə bir damcı – lazım olduğu miqdara nisbətən heç dərəcəsində, yox dərəcəsində olan şey haqqında.