Çingiz Dağçı
Çingiz Dağçı (Krımtatarca: Cengiz Dağcı; 9 mart 1919, Qurzuf, Yalta qəzası[d] – 22 sentyabr 2011, London) — Krım Tatarı yazıçı.
Çingiz Dağçı Qurzufda doğulub. Uşaqlığı Kızıltaş (indiki adıyla Krasnokamenka) kəndində keçib. Çingiz Dağçı Türkiyəyə heç gəlmədiyi halda kitablarını Türkcə ilə yazmış, kitablarının ilk redaktorluğunu da şair Ziya Osman Saba etmişdir. Türkiyədə çap olanan əsərləri sayəsində Türkiyədə bir çox insan Krımı və Krım tatarları nın yaşantılarını öyrənmiş oldu.
İlk və orta təhsilini kəndində və Akməscitdə aldı. 1938-ci ildə orta məktəbi bitirdi. Krım Pedaqoji İnstitutunu ikinci kursda ikən İkinci dünya müharibəsi başladı. 1941-ci ildə Ukrayna cəbhəsində Almanlarla əsir düşdü. Almanların məğlub edilməsindən sonra əsir düşərgəsindən qurtularaq müttəfiq dövlətlər ordusuna sığındı.