Murad Məmmədov (əsgər, 7 dekabr 1995)

Murad Yusif oğlu Məmmədov (7 dekabr 1995; Sumqayıt, Azərbaycan — 25 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Murad Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Qubadlı
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2021

Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyasına qəbul olub və burada 10-cu sinifə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Murad bu müddət ərzində idmanın cüdo növü üzrə yaxından məşğul olmuşdur. 2013–2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Ali təhsilini başa vurduqdan sonra Murad hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını Gəncə şəhərində keçirdikdən sonra qalanını Daşkəsən rayonunda davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Azərişıqda mühəndis vəzifəsində işə başlamışdı. 1 oktyabr 2020-ci ildə qardaşının İkinci Qarabağ müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur.[2].

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. İlham Əliyev. "İlham Əliyevin Tviti" (az.). İlham Əliyev. 2020. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.