QOPARA

(Ağdam, Ağcabədi, Əli Bayramlı, Füzuli, Kürdəmir, Mingəçevir, Ordubad, Sabirabad, Tərtər, Ucar)
əkin sahələri arasına qoyulan nişan. – O əkin arasındakı qoparanı görürsən? (Füzuli)
◊ Qopara qoymax (Ağcabədi, Əli Bayramlı, Ordubad, Tərtər) – sərhəd nişanı qoymaq. – Qalxozun otlağına qopara qoyuf pirqadalara böldüx’ (Ağcabədi); – Yerrərə qopara qoyurux, kömür tökürük, torpax təpə qaldırrıx, məhlim eli:r kin, bu yer kimindi (Tərtər); – Qabağ yerrərimiz arasında qopara qoyardux (Əli Bayramlı)
QOPAR
QOPARAX