LƏVƏRƏ

I
(Cəbrayıl, Cəlilabad, İsmayıllı, Qazax, Quba, Naxçıvan, Salyan, Şamaxı)
səfeh, gic, şüursuz, qanmaz. – Ləvərə adamı ülsən də, başa sala bilməssən (Quba); – Mınnan so:ra Mahmıda inanma, ləvərə:n biridi (İsmayıllı); – Gədə lap ləvərədi ha, danışığına- zadına bax (Cəbrayıl)
II
(Cəbrayıl, İmişli, Kürdəmir, Quba, Oğuz, Salyan, Şuşa, Ucar, Zəngilan)
1. gücsüz, zəif (Cəbrayıl, Kürdəmir, Quba)
2. tənbəl (Cəbrayıl, Quba, Şuşa, Ucar, Zəngilan). – Ləvərə Həsən həftədə bir addım atır (Ucar); – Elman ləvərə uşaxdı (Cəbrayıl)
III
(Beyləqan, Füzuli, Salyan, İmişli, Kürdəmir, Qarakilsə, Quba, Meğri)
1. yarımçıq, vaxtından qabaq (doğulmuş) (Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qarakilsə, Quba). – Asəfin inəyi ləvərə doğmuşdu, qalmadı, öldü (Füzuli)
2. qabığı bərkiməmiş yumurta (Meğri, Şamaxı). – Toyuğ ləvərə yumurta salıb (Şamaxı)
IV
(Zərdab)
böyük daş parçası. – O ləvərəni başua salaram
V
(Qax, Oğuz, Şəki)
qaydasından iri, böyük. – Başmağ çox ləvərədi (Şəki)
VI
(Oğuz)
boş, bikar
LƏVƏR
LƏVƏRÜVƏ

Digər lüğətlərdə